Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər


eqalitarizm sayılır. İslamın sosial ədalət nəzəriyyəsi bu nəzəriyyələrdən kəskin fərqlənir



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

eqalitarizm sayılır. İslamın sosial ədalət nəzəriyyəsi bu nəzəriyyələrdən kəskin fərqlənir. 
Çikaqo Universitetinin professoru iqtisadçı-filosof Fridrix Fon Hayek yazırdı ki, sosial ədalət sözü 
cəfəng sözdür, "mənəvi daş" sözü kimi mənası olmayan anlayışdır. 
İqtisadiyyatda ədalətin təmin edilməsi mexanizmindən biri gəlirlərin yenidən bölgüsü sayılır. 
Bəs gəliri kim bölməli və necə bölməli? Liberal iqtisadçıların (M.Fridmen, F.Hayek) fikrincə
gəliri bazar özü bölüşdürməlidir. Bunun üçün bazarda hamı üçün bərabər hüquq yaradılmalıdır. 
Bundan sonra isə bazarda daha bacarıqlılar qalib gələcək və gəlirlər beləcə bölünəcək 
(məğlublardan qaliblərə). Onların fikrincə, bu halda cəmiyyətdə varlı və kasıbın olması 
ədalətsizlik sayılmır. Dövlət kasıbın xeyrinə yenidənbölgü (məsələn, vergi vasitəsilə varlının 
gəlirindən 
yığıb, 
kasıba 
sosial 
yardım 
vermək) 
etməməlidir. 
Amma Eqalitaristlər (ingilis "equal" sözündən), xüsusən Con Roulza görə gəliri dövlət 
bölüşdürməli və ən yoxsulların rifahını artıra biləcək sosial müdafiə sistemi yaratmalıdır.
İslama əsasən aclıq, yoxsulluq və iqtisadi gerilik təbii ehtiyatların çatışmaması ilə yox, 
insan tərəfindən yaradılan ədalətsiz sistemdən və qanunlardan irəli gələn nemətlərin düzgün 
olmayan (ədalətsiz) bölünməsinin nəticəsidir. İmam Əli deyirdi ki, kasıbın ehtiyacı varlının israfı 
qədərdir. İslamda sosial siyasət cəmiyyətin tələbatını ödəməyə istiqamətləndirilib. O, hər bir kəs 
üçün “yaşama minimumu”nu təmin etməli və bundan başqa insana onun bacarığına müvafiq və 
İslamda izn verilmiş hüdudlarda əlavə nemətlərə yol açmalıdır. İslam iqtisadiyyatındakı sosial 
2
Nəcməddin Ərbakan (1926-2011) – mühəndis, siyasətçi, Türkiyə Cümhuriyyətinin 33-cü baş naziri. 


ədalət prinsipinin sosialistlərin eqalitarist ədalət prinsipindən əsas fərqi bundan ibarətdir ki, islam 
insanların maddi cəhətdən qeyri-bərabər yaşamasını təbii hesab edir və gəlirlərin dövlət tərəfindən 
bərabər şəkildə bölüşdürülməsini ədalətli hesab etmir. İslama əsasən ədalətlə bərabərlik ayrı-ayrı 
məfhumlardır. Ədalət hüquq bərabərliyidir. İslama əsasən hər kəsin xüsusi mülkiyyətə yiyələnmək 
və daha çox çalışıb, daha artıq sərvətə sahib olmaq hüququ var. Bununla bərabər islam liberalistlər 
kimi yoxsulları yaddan çıxarmır. Sosial ədalət islamda dörd prinsip üzərində qurulur: 1. Bütün 
sərvət Allaha məxsusdur: (Quran: 24:33); 2. Sərvət insan cəmiyyətinə “etibar əsasında idarəetmə 
hüququ” ilə verilir: (Quran: 57:7); 3. Sərvətin məqsədsiz toplanması qadağandır: (Quran: 9:34); 4. 
Ehtiyacı olanlarla bölüşmək - hər bir müsəlmanın borcudur: (Quran: 59:7). 
Kapitalizm görə dövlət heç nəyi ümumi mənfəət naminə tənzimləmir. Hər şey tələb və təklif 
prinsiplərinin öhdəsinə buraxılmışdır. Varlı varlı olaraq, kasıb da kasıb olaraq qalır. Yoxsulluq 
təhbəllik və tüfeyliklə bərabər götürülür, şəxsi çatışmazlıqlar kasıblığın əsas səbəbi kimi çıxış edir. 
Xalis kapitalizm sistemində yoxsul və ehtiyaclılara qarşı heç bir mərhəmət və qayğıkeşlik yer 
almır. Bu oxşar mentalitet qədim Məkkənin bəzi aristokratlarına xas idi. Qurani-Kərim buyurur 
ki, “Onlara deyiləndə ki, Allahın sizə verdiklərindən xeyirxahlıq üçün xərcləyin, inanmayanlar 
inananlara dedilər ki, bizmi insanları yedizdirməliyik, Allah istəsəydi özü yedirdərdi”. Halbuki 
dini mənbələrdə də qeyd edilir ki, bəzi şəxslərin varlı, digərləinin kasıb olması Allahın imtahanıdır. 
Allah bu halda həm varlını səxavət və yardımlaşma ilə, həm də kasıbı səbr və təvəkkül ilə imtahan 
edir. Qurani-Kərim buyurur: “Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir 
imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Quran 64:15). 
Tarixdə yazılır ki, İmam Əli hətta xilafət dövründə də (xəlifə olarkən) gecələr evdən çıxar, 
özünü tanıtdırmadan qaranlıqda miskinlərə və kimsəsiz qadınlara xurma və çörək aparardı. İslam 
Peyğəmbərinin hədislərinə əsasən 
"Kim qonşusu açkən tox yatsa Allaha və axirətə inanan biri 
deyil". İslamda ən ali infaq və sədəqə insanın sevdiyi bir şeyi Allah yolunda verməsidir. Bu barədə 
Qurani-Kərimdə buyurulur: “
Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba 
çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!
”. 
İslamın sosial ədalət konsepsiyasında müasir dövrün sosial müdafiə sisteminin əsas 
elementlərindən olan pensiya təminatının da xüsusi yeri vardır. Rəvayət olunur ki, bir dəfə İmam 
Əli yol kənarında dilənən qoca bir kişinin yanından ötür. İmam soruşur: “Bu kimdir?” İnsanlar 
deyir: “Ya Əmirəl Möminin, o kişi Xristiandır”. İmam buyurur: “O qoca və imkansız olana qədər 
onun əməyindən istifadə etmiş və sonra onu təməl ehtiyaclarından məhrum etmisiniz! Ona dövlət 
xəzinəsindən yardım edin”.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin