Faiz (riba) heç bir əmək sərf etmədən, borc pulun müəyyən olunmuş müddətdə əsas sərmayə də daxil olmaqla razılaşdırılmış nisbətdə müəyyən vaxtda əlavə qazanc götürmək məqsədi ilə alınan əlavə pulun məbləğidir. Riba sözü yerinə türkcədə daha çox "faiz"
terminindən istifadə edilir. Faiz daşan, daşqın, dolu, borc verilən pul üçün alınan mənfəət kimi
məna verir. Bir çox mütəxəsis və ekspertlər faizi “haqq edilməmiş qazanc” (unearned income)
adlandırırlar. Müasir iqtisadiyyatda faiz dərəcəsi pulun qiymətidir. İslam - dinlər arasında borc
faizlərinin (sələmin) alınması və verilməsi işini pisləyən heç də yeganə və ya yaxud da birinci din
deyildir. Sələmçiliyə qarşı olan mənfi münasibəti nəinki monoetik cəmiyyətlərdə, eyni zamanda
həm də antik dövrün politeist (politeizm - çoxilahilik, eyni zamanda bir neçə ilahiyə tapınmaq)
cəmiyyətləri arasında da görmək olar. İslama əsasən pul əmtəə sayılmır, bu səbəbdən də pul pul
gətirə (pul faiz qarşılığına satıla bilməz) bilməz.
Sələmçiliyin (hər hansı bir borc faizinin alınması və verilməsi) qadağan edilməsi məsələsi İslam
iqtisadiyyatının mahiyyətinin başa düşülməsində mühüm rol oynayırİslam dinində birmənalı
olaraq faizin alınması və verilməsi Qurani-Kərimdə göstərilən ayələrə uyğun qadağan edilmişdir.
Bununla əlaqədar olaraq Uca Allah (sübhənahu-təala) bunu Qurani-Kərimdə bu cür bildirir.
“Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah mərhəməti ilə genişdir. Allah hər şeyi biləndir”. (Bəqərə surəsi /268). “Qurani-Kərim”də faiz haqqında bəzi ayələrə baxaq:
1. Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz. (Bəqərə surəsi /276). 2. Ey mömünlər! Əgər, doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən vaz keçin! (Onu borclulardan almayın). (Bəqərə surəsi /278). 3. Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! (Bəqərə surəsi /279) 4. Sələm yeyənlər qiyamət günü qəbirlərdən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi şeydir”-dedikləri üzündəndir. Halbuki Allah satışı halal, sələm (faiz) almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar! (Bəqərə surəsi /275). Ayələrdən güründüyü kimi Uca Allah (sübhənahu-təala) insanlara faiz almamağı məsləhət
görür. Daha sonra isə faizin alınmasını haram buyurur.
İslamın yasaqladığı faiz iki yerə ayrılır.
➢ Cinsi (növü) eyni olub miqdarı eyni olmayan və növü eyni olmayan malların mübadilə
edilməsi. Məsələn, 60 qram qızılı, 50 qrama mübadilə etmə. Və yaxud 100 kq buğdanı, 150 kq
buğdaya dəyişmək və s. Yenə də 100 kq buğdanı, 100 kq arpaya da dəyişmək caiz deyildir.
➢ Kredit əməliyyatında borc pulun sələmə verilməsi. Bu növ faiz eyni növdən iki şeyin birinin
digəri qarşlığında borca verilməsidir. Məsələn, 1000 manatı 1100 manat ödəmək şərti ilə borca
vermək.
Faizin qadağan olunması bütün hər şeydən əvvəl ilahi bir əmrdir. Ümumiyyətlə təfsirçilər
faizin ümumi (əsas) ziyanlarını aşağıdakı kimi qruplaşdırırlar.