Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər


İslamın sosial siyasəti vergi sistemi ilə sıx əlaqədardır



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   ...   6   7   8   9   10   11   12   13   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

 
İslamın sosial siyasəti vergi sistemi ilə sıx əlaqədardır. Şəriət vergiyə cəlb olunmanın 
aşağıdakı formalarını müəyyən etmişdir: 
1. Xüms - əldə olunan qənimət və ya qazancın, eləcə də ona bərabər tutulan illik gəlirin beşdə bir 
hissəsi. 
2. Zəkat - həddi və vaxtı müəyyən olunmuş malın qırxdan bir və ya 2,5 hissəsi. 
3. Fitrə - orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya, 
qarğıdalıya və s. bərabər tutulan məbləğ. 
4. Cizyə - müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi. 
5. Xərac və üşr - torpaq vergisi, müəyyən edilmiş hədd əsasında məhsulun onda bir hissəsi. 
Verginin göstərilən formalarına diqqət yetirdikdə, aydın olur ki, onun əsas məqsədi 
müsəlmanların əmək fəaliyyəti, işgüzarlığı ilə bağlıdır və onların işgüzarlığı mal ilə ibadət etməyə 
sövq edir. İslam vergi sistemi gəlirlərin varlıdan yoxsula transferini nəzərdə tutur ki, bu da 
könüllülük prinsipi ilə aparılır. Qərb ölkələrində yoxsul əhalinin rifahı bilavasitə dövlətin sosial 
siyasətindən asılıdır. Qərbdə Rifah dövləti (welfare state) sosial siyasət vasitəsilə varlılardan aldığı 
vergiləri yoxsullara kömək transfer edir. Bunun üsulla dövlət gəlirlərdəki bərabərsizliyi azaldır. 
İslamda isə axirət anlayışı var. Məhz axirətə inanan müsəlmanlar öz gəlirlərinin bir qismindən 
könüllü şəkildə imtina edir, onu yoxsula verirlər. İslam yoxsullara yardımı tamamilə dövlətin 
üzərinə qoymur və islam iqtisadiyyatında dövlət varlılara yüksək vergi tətbiq etməklə onların 
gəlirini yoxsullar üçün yenidən bölüşdürmür və yoxsullara yardım daha çox könüllü olaraq imkanlı 
şəxslərin öhdəsinə buraxılır.
İslam yoxsulluğun nisbi olması konsepsiyasını da müdafiə edir. İmam Hadidən (ə) bir hədis 
var: "Zənginlik və ehtiyacsızlıq odur ki, istəkləri azaldasan və yaşayışın üçün nə qədər kifayət 


edirsə, onunla razılaşasan. Həqiqi yoxsulluq, insanın daxilindəki tamahdır. İstəklərə çatmaqla 
bağlı kəskin ümidsizlikdir". İmam deyir ki, arzularını azalt, sadə və ləyaqətli bir həyat yaşa. Bu 
zənginlikdir, çünki bu halda istəklərinə çatmış olursan. Amma yoxsulluq budur ki, tamahkar 
olasan, əlində kifayət qədər sərvət olsa da yenə istəklərinə çata bilməyəsən, arzularınla imkanların 
uyğun olmaya. 
 
Beləliklə, islami iqtisadiyyatda mövcud olan əsas "qadağalar"ı belə sadalamaq olar: 
❖ 
Sələmçilik ilə məşğul olmaq; 
❖ 
Rüşvət vermək və almaq; 
❖ 
Fırıldaq və yalan yolu ilə qazanc əldə etmək; 
❖ 
Haram kateqoriyasına aid məhsul (narkotik maddələr, spirtli içkilər, donuz və ondan 
hazırlanmış məhsullar, fahişəlik, qumar və s.) istehsal etmək və satmaq; 
❖ 
Bazarı monopollaşdırmaq məqsədilə tədbirlər görmək və səhlənkar rəqabət aparmaq; 
❖ 
Oğurlanmış və ya zəbt olunmuş mülkiyyətin və ya qanuni yolla əldə olunmayan hər hansı bir 
şeyin alqı-satqısını təşkil etmək; 
❖ 
Möhtəkirlik əməliyyatları; 
❖ 
Alıcıları çaşdırmaq və qorxutmaq; 
❖ 
Süni şəkildə artırılmış qiymətlərlə məhsulları satmaq və s. 
Yekun olaraq deyə bilərik ki, islam iqtisadi sisteminin əsas xüsusiyyətləri aşağıdakılardır: 
1. İqtisadi imkanlar və iqtisadi azadlıqlar 
2. İqtisadi idarəetmənin bütün aspektlərində ədalət 
3. İşçilərin daha yaxşı müalicəsi, iş yerlərinin yaradılması və məşğulluğun artırılması 
4. İnsanların bərabər təhsil alma imkanları 
5. Yoxsulluğu aradan qaldırmaq, kömək etmək və insanların əsas (təməl) ehtiyaclarını təmin 
etmək, israf etməmək 
6. Zənginlik və gəlir nisbətinin daha çox insanları əhatə etməsinə çalışmaq 
7. Daha yaxşı sosial vergitutma və sosial rifah vasitəsilə infrastruktur və sosial xidmətlərin təmin 
edilməsi 
8. Təbii resurslardan qənaətli şəkildə istifadə etmək 
9. Yüksək mənəvi dəyərlər, dürüstlük və dövlət əmlakından şəxsi məqsədlər üçün istifadə 
olunmaması, yəni korrupsiyanın olmaması 
10. İslam maliyyə sistemi ənənəvi borc müqavilələrindən fərqli olaraq risk mübadiləsinin 
tərəfdarıdır, yəni bu sistemdə risk bir tərəfin üzərinə düşmür 
11. Maliyyə sahəsində spekulasyaların aradan qaldırılması 
12. Ticarətin təşviq edilməsi 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin