İslamda maliyyə, bank və vergi sistemi Banklar maliyyə sisteminin əsas atributudur. Ona görə də faizsiz bankların fəaliyyətinə
keçməmişdən əvvəl islam maliyyə sisteminin izahını verməliyik. İslam maliyyə sisteminn
strukturu aşağıdakı kimidir.
1. İslam (Faizsiz) Bankları (İB) – depozit qəbul edən və yığılan vəsaitləri investisya şəklində
yatırmaqla gəlir əldə edən maliyyə institutlarıdır.
2. İslam maliyyə institutları (bank olmayan) – Bu qrupa lizinq və faktorinq şirkətləri, maliyyə
şirkətləri, yaşayış-tikinti kooperativləri, mikromaliyyə institutları, xüsusi investisya və vençur
fondları, həmçinin dini mərasimləri icra edən və ya xeyriyyə ilə məşğul olan fondlar aid edilir.
Lakin bəzən İslam Bankları bəzi ədəbiyyatlarda maliyyə instutları kimi verilir. Kitab da onlar
ümumi halda institutlar kimi təqdim ediləcək.
3. İslam sığorta şirkətləri - “Təkafül” adlanan və özündə bütün sığorta şirkətlərini birləşdirən
həlqədir.
4. İslam kapital bazarı – bura broker kontorları və investisya bankları aid edilir.
5. İslam maliyyə infrastrukturu.
İslam Maliyyə Sistemi modeli iqtisadi vahidlər arasında risklərin minimuma endirilməsinə
əsaslanır ki, bu da qarşı tərəfin müflis olmasının və kapiatlın bir mərkəzdə təmərküzləşməsinin
qarşısını alır. İslam maliyyə sistemi şəriət qaydaları əsasında fəaliyyət göstərməlidir.
İslam maliyyə sisteminin fəaliyyəti aşağıdakı əsas prinsiplər üzərində qurulur:
➢ Faiz dərəcələrinin qadağan edilməsi. Ribada risk ancaq borc alan tərəfin, qazanc isə borc verən
tərəfin üstünə düşür. İslamın sosial ədalət prinsiplərinə əsasən sərbəst maliyyə vəsaitinə malik olan
fərd gəlir əldə etmək istəyirsə, bu sərbəst vəsaiti sahibkara etibar etməklə onunla həm qazanca,
həm də itkiyə (riskə) şərik olmalıdır.
➢ Risklərin bölüşdürülməsi. Faiz gəlirinin qadağan edilməsi pul təklif edənlərin bazarda sələmçi
(kreditor) kimi yox, sərmayəçi (investor) kimi çıxış etməsini məcbur edir. Bu səbəbdən pul
vəsaitlərinə sahib olan də istənilən investor gələcək dövrdə ümumi gəlirdə paya sahib olmaq üçün
biznes risklərini də borcalanla bölüşdürməli olur.
➢ Pula potensial kapital yanaşması. Pul o zaman əlavə real dəyər yaradır ki, o kapital formasında
hər hansı bir sahəyə investisya edilir. Pul məhz kapital formasında yatırılan zaman maddi dəyərə
malik olur, ondan kənarda isə o sadəcə olaraq ticarət, mübadilə və s. kimi iqtisadi münasibətlərin
formalaşmasında vasitə rolunu oyayır. Pul real kapitala çevrildiyi zaman yeni dəyər yarada, gəlir
gətirə bilər.
➢ Spekulyativ (möhtəkirlik) davranışların qadağan olunması.