Mövzu İqtisad elmi yaranana qədərki iqtisadi fikirlər


Qədim Yunanıstanda iqtisadi fikirlərin təşəkkülü



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə3/14
tarix26.06.2022
ölçüsü1,6 Mb.
#117260
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu 2 İqtisadi fikir tarixi fənninin predmeti, 220421 230356

 
Qədim Yunanıstanda iqtisadi fikirlərin təşəkkülü 
 
İlk əvvəl qədim yunan miflərində iqtisadi həyat, əmək, məişət, maddi və mənəvi sərvətlər 
haqqında fikirlərə rast gəlmək olur. Ozaman pul və var- dövlətin insan həyatnda mənfi rol 
oynaması, maddiyata həddindən artıq meyl edilməsi, insanların mənəviyyatının dağılması 
haqqında fikirlər mövcud idi. 
İqtisadiyyat haqqında söhbət edərkən, bir qayda olaraq, bu sözün ilkin şərhini vermiş qədim 
yunanlar haqqında düşünməli oluruq. Lakin cəmiyyətin davranış qaydaları, faydalı fəaliyyətləri 
haqqında bəhs edən iqtisadiyyat lap qədim dövrlərdən bəri mövcud olsa da ancaq bir elmi təfəkkür 
tərzi kimi, uzun müddət elmin müxtəlif sahələri ilə bağlı öyrənilmişdir. Özü də bu proses Qədim 
Yunanıstanda özünə xüsusi məkan qazanmışdır. Heç də, təsadüfi deyildir ki, biz iqtisadiyyat haq-
qında danışarkən, bu məfhumun mənşəyini yunan sözü olan "təsərrüfat" və "qanun" olduğunu 
qeyd etməli oluruq. 
"İliada" və "Odisey" əsərlərində sərvətin mənbəyi, natural təsərrüfat, xüsusən, taxılın, 
heyvanların yığımı hər cür məhsulların ehtiyatı sayılırdı. Kənd təsərrüfatı işləri ilə məşğul olmaq 
azad adamların ləyaqətli işi hesab olunurdu.
Yunanıstanda e.ə. VIII-VII əsrlərdə sənətkarlığın əkinçilikdən ayrılması, ticarətin 
genişlənməsi, eləcə də sələmçiliyin güclənməsi, bir tərəfdən adamların torpaqdan məhrum olun-
masına gətirib çıxarırdı, digər tərəfdən cəmiyyətin Polisey (şəhər-dövlət) deyilən, xüsusi qrupu 
meydana gəldi ki, onlar da kollektiv şəkildə qullara, digər asılı adamlara və yadelli adamlara qarşı 
dururdular. Poliseyaya daxil olan vətəndaşlar, torpaq və qullar üzərində hakim mövqedə dayanmaq 
hüququnu daşıyırdılar. 
Antik dövrün iqtisadi fikri haqqında bəhs edərkən Qədim Yunanıstanda e.ə. V-VI əsrlərdə 
həyata keçirilən Solonanı və Periklin islahatlarından irəli gələn iqtisadi görüşləri xüsusi qeyd 
etmək lazımdır. Bu dövrlərdə azad əhali kütləsi ilə kübarlar arasında gedən mübarizə sənətkarlığın 
əkinçilikdən ayrılması nəticəsində yeni şəhərlərin əmələ gəlməsi, qul borcunun birmənalı qəbul 
olunması, quldarlıq quruluşunun sosial bazasının möhkəmləndirilməsi, siyasi sistemin 
demokratikləşməsi və s. ilə bağlı iqtisadi görüşlər üstünlük təşkil edirdi. 
Solon borc hüququ ilə bağlı irəli sürdüyü fikir bütün borcları və onunla bağlı faizləri, qul 
borc verməsini ləğv etdi. Borc yerinə verilmiş afinalılar dövlət hesabına alınıb geri qaytarılırdı. 
Qədim Yunanıstanda iqisadi fikir, ilkin olaraq, bədii ədəbiyyatda, iqtisadi siyasətdə, 
qanunçuluqda öz əksini tapsa da, lakin daha sonralar o öz əksini məşhur filosofların görüşlərində 
tapırdı. Məsələn, Demokrit (e.ə. 470) hesab edirdi ki, əgər hər hansı kəs "öz payından razıdırsa, 
onu yoxsul adlandırmaq olmaz". Yaxud "malik olduğundan razı olmayanı da dövlətli adlandırmaq 
olmaz". 
Bundan əlavə Demokrit iri torpaq sahibkarlığını, həddindən artıq pul yığımını qəbul etmirdi. 
Göstərirdi ki, həddindən artıq pula pərəstişlik və onun ödənilməsinin sonu yoxdur. Görünməmiş 
mənfəət "vicdanın itirilməsinə" gətirib çıxarır. Yoxsulluğu ləyaqətlə keçirməyi, sağlam düşüncəni 
əks etdirən cəhət kimi qəbul edirdi. 


Qədim Yunanıstanın "Özün-özünü dərk et" tezisinin müəllifi məşhur Sokratın (469-399) 
iqtisadi görüşlərində əsas yeri "mənəvi xeyirxahlıq" tuturdu. O qeyd edirdi ki, sərvət əldə etmək 
üçün qətiyyətlilik, enerji və xeyirxahlıq lazımdır. Sərvətin saxlanılması üçün isə, adamlarda onsuz 
keçinmək xüsusiyyəti olmalıdır. Bununla əlaqədar olaraq o, geniş əhali kütləsini aza qane olmağa, 
əldə olunan sərvəti mənəvi xeyirxahlıqla bağlı olaraq qorumağa çağırırdı. 
Sokrat insanların iqtisadi və qeyri-iqtisadi fəaliyyətləri haqqında deyirdi: insanlar hər hansı 
bir işin “yaxşı iş” olduğunu bildikdə onu həyata keçirirlər. Aristotel sonralar Sokratın bu görüşünə 
etiraz edir. O deyir: Bir çox hallarda insanlar müəyyən bir işin yaxşı və ya pis olduğunu bilsə və 
tam dərk etsə də onu yerinə yetirmir. Amma tədqiqatçılar qeyd edir ki, Sokratın sözünün mənası 
budur ki, əgər hər bir insan müəyyən bir işin yaxşı və ona faydalı olduğuna tam “inanarsa” onu 
mütləq həyata keçirəcək.
Qədim Yunanıstanın iqtisadi fikir tarixinin, bəlkə də bəşəriyyətin antik dövrlə bağlı ən parlaq 
tərəqqi dövrü e.ə. IV əsridir. Bu dövrdə quldarlıq quruluşu inkişafının yüksək mərhələsinə 
çatmaqla, onun daxili ziddiyyətləri kəskinləşmiş, Polisey (şəhər-dövlət) sistemi böhrana uğramış, 
demokratik proseslər isə özünü doğrultmuşdur. Belə bir şəraitdə Ksenofontun (e.ə. 430-354), 
Platonun (e.ə. 427-347), Aristotelin (e.ə. 384-322) fikirləri üçün münbit bir şərait yaranmağa 
başladı. 
Afina Poliseyinin kübar ailəsində dünyaya gəlmiş Ksenofont göstərirdi ki, iqtisadi inkişafın 
yolu natural təsərrüfatdır. Əmək bölgüsünə xüsusi diqqət yetirən Ksenofont qeyd edirdi ki, eyni 
bir ustanın müxtəlif əşyalar hazırlamaq qabiliyyətinə baxmayaraq o, heç də onları eyni qaydada 
yaxşı hazırlaya bilməz. Ona görə də hərə öz məşğul olduğu peşəyə uyğun məhsul hazırlasa və 
məhdud bir işlə məşğul olsa daha çox fayda gətirə bilər və daha yaxşı hazırlaşa bilər. 
Azad vətəndaşlar, əkinçilər, sənətkarlar, tacirlər və aristokratiya arasında ciddi ziddiyyətlər 
meydana gəlmişdi. Məhz belə şəraitdə görkəmli filosof Platonun iqtisadi və sosial proseslərə olan 
münasibəti, iqtisadi fikirdə olduqca dəyərli görüşlərin əmələ gəlməsinə səbəb oldu. Onun əsas 
iqtisadi fikirləri "Dövlət" və "Qanunlar" əsərində şərh olunmuşdu. 
Platon hesab edirdi ki, ümumiyyətlə qeyri-bərabərlik insanların təbiətindən irəli gəlir və onu 
aradan qaldırmaq mümkün deyil. Ona görə də hər adam təbii qabiliyyətinə uyğun gələn payı 
almalıdır. 
Xüsusən əmlakın çoxalmasına dövlət nəzarətinin gücləndirilməsi qeyd olunurdu. Əgər 
əmlak mövcud payın dəyərindən 4 dəfə çox olarsa, onda əlavə əmlak dövlətə və ya allah hesab 
olunan hökmdara verilməlidir. Belə şəraitdə varlı nə kasıb olacaq, nə də deməli, vətəndaşlar 
arasında ciddi narazılıqlar baş verməyəcək. 
Platon öz dövlət layihəsində faizlə borcun verilməsini, kreditlə mal alınmasını qadağan 
edirdi. Platon hesab edirdi ki, yaşadığımız dünya həqiqi dünya deyil, çünki burada hər şey 
müvəqqəti və dəyişkəndir. Dünyada hər bir şeyin əsl mahiyyətini isə, “eydos” (ideyalar və ya 
növlər) adlanan, onların səbəbləri və yaxud formaları təşkil edir. Onlar duyğular vasitəsi ilə hiss 
edilmir. Deməli, bu dünyada hər bir şeyin ideyası vardır. Onlar hər şeyin səbəbidir. İdeyalar bir 
növ qəliblərə bənzəyir, çünki hər şey onların formasında mövcuddur. Hətta müasir dövrdə də 
platonik sözü "realda var olmayan, xəyallarda qalan, ən ideal sayılan” anlayışlar üçün istifadə 
edilir, məsələn, platonik eşq, platonik dövlət və s.
Platonun dövlət nəzəriyyəsi də onun insan və ruh haqqında təlimi ilə sıx əlaqəlidir. O, 
mükəmməl insan cəmiyyəti yaratmağı qarşısına məqsəd qoymuşdu. Platonun utopik dövlət 
nəzəriyyəsi onun insan ruhu haqqında olan nəzəriyyəsinin davamıdır. Platon insanları üç təbəqəyə 
bölmüşdür. Birinci təbəqəni ağıllı insanlar təşkil edir. Onların yüksək əqli keyfiyyətləri vardır. 
Məhz bu adamlar ideyaların ahəngini, gözəlliyini dərk edib, “xeyrə” tərəf yönəlirlər. Onlar ədalət 
tərəfdarları olub, dünya malına bağlı deyillər. Bu insanlar sözün əsl mənasında müdriklərdir 
(filosoflardır) və onlar dövləti idarə etməlidir. İkinci təbəqəni emosional insanlar təşkil edir. 
Onlarda emosiyalar (affektlər) və ehtiraslar, başqa hissləri üstələyir və onların mühitindən 
qəhramanlar və igidlər çıxır. Bu adamlar dövlətin keşiyində durub əsgərlik xidmətlərini 
çəkməlidirlər. Üçüncü təbəqəni isə, dünyaya bağlı olan, ruhları şəhvətə meyl edən adamlar təşkil 
edir. Onlar fiziki əməklə məşğul olmalı və dövlətin rifahını təmin etməlidirlər. 
Antik dövrün iqtisadi problemlərinə dair ən mütərəqqi fikirlər irəli sürən Aristotel, dünya 
elminin korifeylərindən hesab olunur. Aristoteldir. Məntiqi elmi yaradıcılığa əsaslanan, cə-


miyyətdə baş verən sosial-siyasi, mədəni-iqtisadi dəyişikliklərin əsasında duran əsas prinsipləri 
Aristotel açıb göstərmişdir. Elm aləmində dahi Platonun şagirdi, qədim dünyanın bənzərsiz 
sərkərdəsi Makedoniyalı İsgəndərin müəllimi kimi tanınan Aristotel, quldarlıq quruluşunun 
iqtisadi sistemini şərh edən ilk iqtisadçı hesab olunur. Аристотел гядим дцнйанын игтисади 
биликляринин ян йцксяк нцмунялярини вермишдир. О, биринжи дяфя олараг игтисади 
щадися вя просеслярин нязяри жящятдян дярк едилмясиня вя о заманкы cəмиййятин 
игтисади ганунларыны тящлил етмяйя жящд етмяйя чалышмышдыр. Буна эюря дя о, 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin