Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir



Yüklə 1,76 Mb.
səhifə21/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   17   18   19   20   21   22   23   24   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Iqtisadi ehtiyatlar müxtəlif üsullarla təsnifləşdirilir. Onları hər şey­dən əvvəl, bərpa edilməsi mümkün olan və mümkün olmayan eh­ti­yat­lara bölmək olar. Birinciyə tor­paq, su hövzəsi, meşələr, habelə əmək eh­tiyatları, ikinciyə isə daş kömür, neft, qaz, dəmir filizi yataqları və s. aid edilə bi­lər.

Iqtisadi ehtiyatlar istehsal prosesində oynadıqları roldan və məh­sulda öz əksini tapıb-tapmamasından asılı olaraq iki qrupa bö­lü­nür: 1) Istehsal prosesini təmin edən iq­tisadi ehtiyatlar; 2) Məhsulda mad­diləşən iqtisadi ehtiyat­lar. Maşınlar, avadanlıqlar, bina və tikililər, ha­belə əmək ehtiyatları bir neçə istehsal dövründə (tsiklində) iştirak et­mək­lə, istehsal prosesini təmin edən iqtisadi ehtiyatlara aiddir. Xam­mal və materiallar, yanacaq isə bir istehsal döv­ründə iştirak etməklə, is­teh­sal olunan məhsulda maddiləşir. Nəhayət iqtisadi ehtiyatlar ob­yek­tiv (mad­di) və subyektiv (şəxsi) ehtiyatlara bölünür. Maddi ehtiyatlara bi­na­lar, ma­şın­lar, avadanlıqlar, xammallar, yanacaq və s. şəxsi ehti­yat­la­ra isə əmək ehtiyatları daxildir.

Iqtisadi ehtiyatları həm də kəmiyyət və keyfiyyət baxımından nə­zərdən keçirmək lazımdır. Çünki cəmiyyət inkişaf etdikcə istifadə olu­nan ehtiyatların miqyası genişlə­nir, istehsal prosesinə daha çox iqti­sadi ehtiyatlar cəlb olu­nur.

Tarixi inkişafın gedişində iqtisadi ehtiyatların rolu və əhə­miy­yə­ti dəyişir. Məsələn, vaxtilə aqrar bölmədə ənə­nəvi əl “əməyi”, dartıcı qoş­qu qüvvəsi kimi iş heyvanları üstünlük təşkil edirdisə, səna­yeləş­dir­mə­nin həyata keçiril­mə­si istehsal olunan maşın və xammalların ön pla­na keçməsi­nə, elmin iqtisadi ehtiyata çevrilməsinə imkan vermişdir.

Elm keyfiyyətcə xüsusi iqtisadi ehtiyat, elmi biliklər isə təbiət və cəmiyyətin inkişaf qanunları, onların təcrübədə tətbiq olunması üsul­ları haqqında informasiya mənbəyidir. Hər cür inkişaf kimi, texnoloji tərəqqi də həm təka­mül, həm də in­qilab yolu ilə baş verə bilər.

Iqtisadi ehtiyatlar məhsul buraxılışının potensial im­kanlarıdır. Istehsal prosesində onlar birləşdirilir və istehsa­lın amillərinə çevrilir. Da­ha konkret desək, müəyyən texno­logiya əsasında digər ehtiyatlarla birləşdirilən iqtisadi ehti­yat­lar istehsalın amilləri adlanır.

Iqtisadi ehtiyatlara bir çox hallarda istehsal ehtiyat­ları da deyi­lir. Bütün iqtisadi ehtiyatlar ümumi bir xassəyə malikdirlər. Bu, ondan iba­rətdir ki, onların hamısı nadir tapılan və ya məhdud miqdardadır.
3. Məhdud miqdarda ehtiyatlardan istifadənin səmərəliliyi.
Səmərəlilik iqtisadi nəzəriyyənin əsas problemidir. Səmərəlilik de­dikdə cəmiyyətin artan sonsuz tələbatını da­ha yaxşı, yaxud da imkan daxilində maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda ehtiyatlardan daha səmərəli istifadə edilməsi əsasında, yüksək nəticələrə nail olunması nəzərdə tutulur.

Iqtisadi səmərəlilik istehsal prosesində istifadə olu­nan məhdud ehtiyatların miqdarı ilə əldə edilən hər hansı bir məhsulun miqdarı ara­sın­dakı əlaqəni səciyyələndirir, başqa sözlə, “xərc-məhsul buraxılışı” prob­lemini əhatə edir.

Beləliklə, məhsul istehsalı ilə istehsalın amilləri ara­sındakı qar­şı­lıqlı əlaqə iqtisadi səmərəlilik göstəriciləri vasi­təsilə təzahür edir. Bun­lar da öz növbəsində iqtisadi ehtiyat­ların hər vahidinə düşən məhsulun həc­mi ilə ölçülür. Iqti­sadi səmərəliliyə qiymət verərkən təkamilli və ço­xa­milli metodları bir-birindən fərqləndirmək lazımdır. Birinci hal­da bu­ra­xılan məhsul növbə ilə ayrı-ayrı iqtisadi ehtiyat­ların, ikinci halda isə bütün iqtisadi ehtiyatların həcmi ilə müqayisə edilir.

Səmərəliliyin qiymətləndirilməsində çoxamilli ya­naş­ma meto­dun­dan istifadə edilməsi, məhsul istehsalının artmasında hər bir iqti­sa­di ehtiyatın oynadığı rolu müəyyən etməyə imkan verir.

Bütün bunlar nəzərə alınmaqla hər bir cəmiyyətdə ehtiyat­lar­dan səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məq­səd­­lə də cəmiyyətin malik olduğu eh­tiyatlardan tam istifadə olunmaqla istehsalın mümkün olan həcmi təmin edilməlidir. Bunun üçün isə tam məşğulluğa və istehsalın tam həcmdə fəaliyyət göstərməsinə nail olun­malıdır.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin