Latın qrafikalı Azərbaycan əlifbası - Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin əlifbası. Latın əlifbasını bir modifikasiyasıdır, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır.
Əlyazmalar İnstitutunda Mirzə Fətəli Axundovun (1812-1878) çap olunmuş və çap olunmamış əlyazmalarının arxivi var. Axundov teatr və dram əsərləri yazmasına baxmayaraq onun əlifba düzəlişinə böyük təsiri olmuşdur.
Axundov Tbilisidə tərcüməçi kimi fəaliyyət göstərmiş və əlifba düzəlişi işinə 1850-ci ildən başlamışdır. Onun ilk cəhdi ərəb yazısının dəyişdirilməsi üzərində cəmlənmişdir ki, bu, Azərbaycan dilinin fonetik tələblərinə daha uyğun olacaqdı.
Əvvəlcə Axundov hər bir səsin ayrı hərf tərəfindən ifadə (ikiləşdirmə və məhəl qoymama olmaması şərti ilə) olunması fikri üzərində dayandı. Belə ki, ərəb əlifbasında 3 sait səs olduğu halda Azərbaycan əlifbasında 9 sait səs olmalı idi. Daha sonra Axundov yazını onun sürətini aşağı salan nöqtələrdən və ilmələrdən azad eləmək istəyirdi. Üçüncüsü, əgər yazı davamlı olaraq hərflər qırılmadan yazılsa yazı yazmaq asanlaşar. Bu oxuculara sözün harada başlanıb harada bitməsini tapmağı asanlaşdırar.
1863-cü ildə Axundov İstanbulda Osmanlı Elm Cəmiyyətində öz fikrini irəli sürmüşdür. Onun təklifi türk mətbuatında yeni mübahisələrə səbəb oldu. Türk mətbuatı və alimləri bu islahatın əleyhinə oldu. Lakin şair Namiq Kamal bu islahatı dəstəklədi.
Türk dilini saflaşdırmaq və türk leksikonunu ərəb, fars sözlərindən təmizləmək istəməyənlər mübahisələri qızışdırırdılar. Köhnə əlifba tərəfdarları təkcə Azərbaycanda deyil, Osmanlıda da sonda qalib gəldilər. Ən böyük müqavimət isə müqəddəs Quran ərəb dilində yazıldlğı üçün ərəb dilini müqəddəs hesab edənlər tərəfindən oldu. Sonda Axundov başa düşdü ki, ərəb əlifbasında hətta cüzi dəyişikliklər eləmək mümkünsüzdür. İnstitutdakı arxiv materialları göstərir ki, İran da bu layihənin qəti əleyhinə olmuşdur.
1878-ci ildən Axundov ərəb yazısını dəyişmək cəhdindən əl çəkdi və diqqətini bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: "Kim istəyirsə ənənəvi ərəb yazısından, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə kiril hərfləri daxil edilməsinə baxmayaraq Rusiya höküməti onun tətbiqinə icazə vermədi. Yenə də layihə rədd edildi.
Bununla belə o bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barəsinədə məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firudin bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.
"Molla Nəsrəddin" (1906-1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".
XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid etdi. N.Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.
Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Əvvəllər hər iki əlifba istifadə olunurdu. 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxartmaq məqsədi güdürdü.
Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə də bu əlifbaya keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi.
MÖVZU 4.
OXU TƏLİMİ METODİKASININ ELMİ ƏSASLARI.
OXU TƏLİMİNİN ƏHƏMİYYƏTİ VƏ BAŞLICA İSTİQAMƏTLƏRİ.
PLAN
1. Oxu təlimi metodikasının elmi əsasları
2.Oxu təliminin əhəmiyyəti və başlıca istiqamətləri
3.Oxunun növləri.
ƏDƏBİYYAT SİYAHISI
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta aməktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
1.Oxu təlimi metodikasının elmi əsasları.
İbtidai siniflərdə ana dili tədrisinin əsas vəzifələrindən biri oxu təlimidir. Oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin, onların nitq və təfəkkürünün, həm də ümumi inkişafını təmin etməyin mühüm vasitəsidir.
Gənc nəslin təlim və tərbiyəsində oxunun rolu böyükdür. Oxu dərslərində şagirdlərdə vətənə məhəbbət və sadaqət tərbiyə olunur, əxlaq keyfityyətlər aşılanır, onların dünyagörüşünün formalaşması üçün ilkin bünövrə yarınır. Bu dərslərdə tədris olunan materiallar uşaqlarda xeyirxahlıq və ədalətlilik, mərdlik, düzlük, təvazökarlıq və s. Kimi yüksək əxlaqi keyfiyyətlərin yaranmasına stimul verir.
Bədii əsərlər uşaqlarda yaradıcı təxəyyülü oyadır, bədii zövqü tərbiyə edir, ana dilimizə məhəbbət aşılayır. Oxu şagirdlərdə şüurlu, düzgün, sürətlə və ifadəli oxumaq və oxuluğunun məzmununu yaxşı nağıl etmək bacarığı yaradır, nitqini inkişaf etdirir, lüğətini zənginləşdirir. Elmi-kütləvi və bədii ədəbiyyatın oxunması şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir, fikrin itiliyini artırır, əqli fəallığını yüksəldir.
Oxu dərslərində şagirdlər tədricən oxunun ən mühüm keyfiyyətlərinə yiyələnirlər. Onlarda kitaba maraq və məhəbbət güclənir. Onun idraki əhəmiyyətini dərk edirlər. Oxu dərsləri uşaqlarda müstəqil mütaliəyə meyli gücləndirir.
2.Oxu təliminin əhəmiyyəti və başlıca istiqamətləri
İbtidai siniflərdə ana dili tədrisinin ən mühüm və çətin sahələrindən biri oxu təlimidir. Oxu təlimi geniş məfhum olmaqla şagirdlərin oxu texnikasına yiyələnmələrini, onlara oxu vərdişlərinin aşılanmasını, bu texnika və vərdişlərin köməyi ilə uşaqların dərslik və əlavə mənbələrdən ətraf aləm haqqında biliklər əldə etmələrini və müstəqil mütaliə mədəniyyətinə yiyələnmələrini əhatə edir.
Yeni proqram və dərsliklər məktəblilərdə oxu vərdişlərinin yaranması, oxu dərslərinin səviyyəsinin yüksəlməsi üçün real şərait yaradır. Hazırda ibtidai siniflərdə geniş sürətdə tətbiq edilən izahlı qiraətin məqsədi şagirdlərə yaxşı oxumaq vərdişləri aşılamaq, ana dilinə, xalqına məhəbbət hissi aşılamaq – təbiət, həyat haqqında düzgün bilik verməkdir.
Oxu təliminin normal gedişi ibtidai təlimin müvəffəqiyyətini təmin edir. Gənc nəslin təlim tərbiyə və inkişafında oxu təliminin rolu böyükdür. Oxu dərslərində şagirdlər təbiət, coğrafiya, astronomiya, fizika, kimya haqqında, vətənimizin tarixi, ölkəmizdə baş verən mühüm hadisələr və s. Haqqında ilkin biliklərə yiyələnirlər.
Ümumiyyətlə, oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin onların nitq və təfəkkürlərini, həm də ümumi inkişaflarını təmin etməyin mühüm vasitəsidir.
Oxu təlimini səmərəli təşkil etmək üçün oxu materiallarının düzgün seçilməsinin əhmiyyəti böyükdür.
Ümumiyyətlə, uşaq ədəbiyyatı uşaqlar üçün ayrıca yazılmış bədii və elmi-idrakı əsərlərdən ibarətdir.
İbtidai siniflər üçün proqramda nəzərdə tutulan mövzular da öz xarakterinə görə iki qrupa bölünür: bədii materiallar, elmi-kütləvi materiallar.
Oxunun növləri.
Oxu nitq fəaliyyətinin növlərindən biridir.
Oxu səsli (ucadan) və səssiz olmaqla iki növdən ibarətdir. İlkin oxu vərdişi ` ucadan oxumaq şəklində aşılanır. Ucadan oxu həm tələffüz, həm də nitqin inkişafı üzrə məşqdir. Təlimin ilkin illərində, ucadan oxuya geniş yer verilməlidir. Bu oxunun əhəmiyyəti böyükdür. Belə ki, səsli oxu prosesində oxunan parçanı hamı eşidir, bu oxu daim nəzarət altında olduğundan rəvanlığı və ifadəliliyi ilə seçilir.
Səsli oxu prosesində şagirdlər ədəbi tələffüzə riayət etməyə, orfoepik normaları gözləməyə çalışırlar ki, bu da nitq mədəniyyətinə güclü təsir göstərir.
Oxunun digər növü səssiz oxudur. Bu oxu yaşlı insanların həyatında az qala yeganə oxu prosesidir. Səssiz oxu da tələffüz prosesi dayanır, nitq – hərəkəti prosesi baş vermir, oxuyan şəxs gözlərin bir hərəkəti ilə çox işarəni əhatə edir. Sürətli oxuya imkan yaranır. Səssiz oxu görmə qavrayışının inkişafına gömək göstərir. Səssiz oxumaq vərdişi çox yavaş inkişaf edir. III sinifdən etibarən bu oxuya geniş yer vermək mümkündür.
Səssiz oxunun üstün cəhəti ətrafdakıların ümumi işinə mane olmamaqda, başqalarının diqqətini cəlb etməmək, yayındırmamaqda özünü göstərir. İnsanın həyatı boyu bu normaları gözləməsi son dərəcə vacibdir. Hətta pıçıltı ilə aparılan oxu başqalarının diqqətini yayındırır, intizamı pozur.
Səssiz oxunun səmərəliliyi mətnin məzmununun nə dərəcədə mənimsənilməsi ilə müəyyən edilir. Oxu və anlamanın vəhdəti oxunun avtomatlaşmış nəticəsi hesab olunur.
3.Oxunun növləri
Oxu nitq fəaliyyətinin mühüm növlərindən biri olmaqla avtomatlaşanadək uzun inkişaf yolu keçir.Oxu vərdişi ucadan(səsli) nitq planında işlənib, tədricən özünün inkişaf etmiş mərhələsi olan səssiz oxu fəaliyyətinə çevrilir. Deməli oxu səsli və səssiz olmaqla iki növdən ibarətdir. İbtidai siniflərdə oxuya savad təlimi dövründə ucadan oxumaq şəklində başlanılır və tədricən oxunun inkişaf etmiş mərələsinə öz-özünə (səssiz) oxu fəaliyyətə çevrilir. I-II siniflərdə ucadan oxu oxunun şüurluluğunun təmin olunması üçün əlverişli şərait yaranır. Məktəb şəraitində həmin mərhələdə ucadan oxuya güniş yer verilir. Səsli oxu prosesində oxunan parça bütün sinif tərəfindən eşidilir və diqqətlə dinlənilir. Uşaqlar oxuyandan nümunə göstərməklə yanaşı, hiss etdikləri səhvlərə düzəlişdə verirlər. Ucadan oxu zəif və utancaq uşaqların oxu vərdişlərinin inkişafına güclü təsir göstərir. Bu məqsədlə əyani vasitələrdən istifadə etməklə şagirdlərin oxusundakı səhvləri özünə tapdırmaq faydalıdır. Səsli oxu daim nəzarət altında olduğundan rəvanlığı, sürətliliyi, ifadəliliyi və şüurluluğu ilə fərqlənir. Səsli oxu prosesində müxtəlif növ ümumsinif işləri-növbə ilə oxumaq, xorla oxumaq, rollar üzrə oxumaq və s. asanliqla təşkil olunur. Bu zaman müəllim və şagirdlərin oxusunun ifadəliliyi kollektivi vahid fikir və həyacan ətrafında birləşdirir. Səsli oxu vərdişinin aşılanması üçün savad təlimi dövründən etibarən şagirdlərin fərdi oxusuna düzəliş verilməli, xorla oxu prosesi təşkil edilməlidir.
Oxunun digər növü səssiz oxudur. Oxunun bu növü yaşlı adamların həyatında az qala yeganə oxu prosesinə çevrilir. Səsli oxudan fərqli olaraq səssiz oxuda təlləffüz prosesi eləbil dayanır. Səssiz oxu görmə qavrayışının inkişafına kömək göstərir. O, gözlərinin bir hərəkəti ilə çox işarəni əhatə edir. Bu isə öz növbəsində sürətlə oxumağa imkan verir. Səssiz oxu prosesində cümlənin məntiqi mərkəzi ondakı vurğulu sözlər asan müəyyən edilir. əlifba təlimi başa çatdıqdan sonra şagirdlər səsiz oxumaq vərdişinə yiyələnməli olurlar. II sinifdə tapşırıqların xaraqterindən asılı olaraq səssiz oxu getdikcə səsli oxunu üstələyir. Bu dövrdə oxunun hər iki növünün düşünülmüş şəkildə növbələşdirmək tələb olunur. Təcrübə göstərirki səssiz oxumaq vərdişi çox yavaş inkişaf etdiyindən, hər dərsdə əsərin səssiz oxunması məzmuna dair sual-cavab, məzmunun nəql edilməsi üzrə rəngarəng şalışmalar yerinə yetirməlidir. Səssiz oxunun şüurluluğunu təmin etməl üçün mətnin məzmununa dair nə kimi şəkillərin çəkilməsini mümkün olması üzərində düşünmək, mətni hissələrə ayırıb başlıqlar vermək müəyyən hissəni tapmaqla seçmə oxuya və ya nəql etməyə hazırlaşmaq, müəyyən ifadələri seçib dəftərə yazmaq va sair şəklin iş gedir. Ilk dövrdə səssiz oxu üçün kiçik həcimli maraqlı mətnlər verilməli, sonralar tədricən mətnlər həcminə və məzmununa görə çətinləşdirilməlidir. Səssiz oxu prosesində şagirdlər fərdi işləməklə tapşırığını müstəqil yerinə yetirdiklərindən onların məsuliyyəti artır.
Adətən sagirdlər səssiz oxuya alışma prosesində yalnız baxmaqla oxuya bilmir. Dodaqaltı təlləffüzdən istifadə edirlər. Belə pıçıltı sinifdə intizamı pozur, uşaqların diqqətini yayındırır. Dodaqaltı təlləffüzün qarşısı vaxtında alınmadıqda bəziləri yaşlaşdıqda da səssiz oxuya bilmirlər. Səssiz oxunun səmərəliliyimətnin məzmununun nə dərəcədə mənimsənilməsi ilə müəyyən edilir.
Ucadan oxu həm tələffüz, həm də şifahi nitqin inkişafı üçün məşqdir.
İbtidai siniflərdə ucadan oxuya geniş yer verilməsi məsləhət görülür.
Səsli oxunu hamı dinləyir, səhvlər düzəldilir. Bu növ oxu zəif və utancaq uşaqların vərdişinin inkişafına da müsbət təsir göstərir.
Səsli oxuya nəzarət olduğundan rəvanlığı, ifadəliliyi ilə fərqlənir. Şagirdlər ədəbi tələffüzə riayət etməyə, orfoepik normaları gözləməyə çalışırlar. Bu da onların nitq mədəniyyətinə güclü təsir göstərir. Ucadan ifadəli oxunun köməyi ilə əsərin məzmunu şüurlu qavranılır.
Səsli oxu vərdişlərinin əsaslanması üçün I sinifdən şagirdlərin fərdi oxusuna diqqət yetirilməli, yeri gəldikcə, xorlaş oxu təşkil edilməlidir.
Oxu təliminin əhəmiyyəti
Ana dili tədrisinin mühüm vəzifələrindən biri də oxu təlimidir.
Oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin, onların nitq və təfəkkürünün, həm də ümumi inkişafının təminatına dair mühüm vəzifədir.
Oxu təliminin normal gedişi ibtidai təlimin müvəffəqiyyətini təmin edir. Gənc nəslin təlim, tərbiyə və inkişafında oxunun rolu böyükdür. Cəmiyyətin bütün elmi və mədəni nailiyyətlərini qoruyub saxlayan və nəsildən-nəslə ötürən kitab tükənməz bilik mənbəyidir. Oxu vərdişlərində müxtəlif fənlər haqqında, vətənimizin tarixi, ölkəmizdə baş verən mühüm hadisələr, xalqımızın azadlıq, sülh uğrunda mübarizəsi, onun əmək və döyüş şöhrəti və s. aid ilkin biliklərə yiyələnirlər.
Oxu prosesində əsas məsələ uşaqlarda ətraf aləmə dair düzgün biliklərin formalaşdırılmasıdır. Oxunun məzmunu ideya-siyasi, mənəvi və estetik tərbiyəni təmin edir. Oxu materialları düzlük, xeyirxahlıq, rəhmdillik, təvazökarlıq kimi keyfiyyətlər aşılayır, uşaqların nitq və təfəkkürünü inkişaf etdirir, idrakını artırır.
Ümumiyyətlə, oxu dərslərinin tədrisini yüksək səviyyədə qurmaq çox əhəmiyyətli və vacibdir.
Şübhəsiz ki, bütün başqa fənn müəlimlərindən daha çox ana dili müəllimləri şagirdlərin məharətli oxucu olmasına səy göstərirlər. Müəllimin bütün fəaliyyəti ona yönəldilməlidir ki, şagird oxunun onun həyatındakı əhəmiyyətini dərk etsin. Dərk etsin ki, oxunan səhifələr vasitəsi ilə bütün dünyanı qavramaq, gözəl söylənmiş bir hekayədən zövq almaqla bərabər, həm də uğur qapılarını öz həyatına açmaq olar.
Elə şagirdlər də var ki, bu məsələlərdə ciddi problemlərlə üzləşir. Həmin şagirdlri oxuya cəlb etmək və gələcəkdə “ömürboyunca öyrənənlər” olmasını təmin etmək üçün onlara maraqlı kitablar təqdim etmək lazım gəlir. Elə ktablar ki, heç zaman oxudan xoşlanmayan insanı da ecazkar və qüdrətli söz dünyasından zövq almağa yönəltsin.
Şagirdlər sinifdən-sinfə keçdikcə onlara təqdim edilən mətnlər müəllim tərəfindən diqqətlə təhlil edilib, seçilməlidir. Bu zaman müəlim sinifdəki şagirdlərin idrak səviyyəsini, əldə edilən nailiyyətəri və boşuqları nəzərə almalıdır. Əgər oxu üçün seçilən mətn çox asan olarsa, o strategiyalı oxuya heç bir ehtiyac yaratmaz. Oxu materialı çox mürəkkəb olarsa, şagirdi oxudan uzaqlaşdırar və oxuya olan marağını azaldar. Məzmunun səviyyəsi məsələsində elə seçim edilməlidir ki, şagird mətnin mənasını dərk etmək üçün ardıcıl və mütəşəkkil fəaliyyətdə olmaq ehtiyacı duysun. Sinifdə təhsil alan şagirdlərin idraki səviyyələri, oxu bacarıqlarının fərqli olduğu nəzərə alınaraq onlara təqdim olunan oxu materiallarının da bir neçə səviyyədə olmasını təmin etmək lazımdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da semantik baxımdan əlaqəli olmalıdır ki, mövzular bir-birini tamamlasın, bir dərsdə müxtəlif problemlər ətrafında müzakirələr açılmasın. Oxu startegiyasının tətbiqinin ilkin mərhələsində müəllim kiçik mətnlər üzrə şagird fəalyyətini təşkil etməlidir. Qısa mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra, artıq geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Şagird mövqeyindən problemə nəzər salaq. Ümumiyyətlə oxuya belə bir münasibət formalaşıb. Əgər şagird sözləri ucadan və düzgün oxuyursa, deməli o oxuyur. Səlis və ifadəli oxuya bilməyən uşaqlar isə pis oxucular hesab ediliblər. Bu yanaşmada bir həqiqət olsa da, etiraf etmək lazımdır ki, biz çox hallarda ucadan və yaxşı oxuyan uşağın oxuduğunun mənasını dərk etmədiyinin şahidi oluruq. Eyni zamanda əksinə, mətni çətinliklə oxuyan şagirdlərin əsas fikri dərk etdiyini və təhlillər apardığını müşahidə edirik. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir. Amma bu da yaxşı oxucu olmağın bütün şərtləri deyil. Bunun üçün əslində daha geniş aspektdə fəaliyyət göstərmək lazımdır. Oxudan əvvəl, oxu zamanı, oxudan sonra anlamanı idarə etmək, suallar vermək, nəticələr çıxarmaq, əlaqələndirmək, ümumiləşdirmək, inteqrasiya etmək və dərk etmklə fəal düşünənlərə çevrilirlər.
Buna necə nail olmalı? Müəllim bu barədə şagirdləri ilə söhbət aparır. “Oxu nədir?”, “Yaxşı oxucu nə etməlidir?” Təlim zamanı şagirdərə mətn, əsər, kitab haqqında danışmaq deyil, oxu strategiyasını necə istifadə etdiyini nümayiş etdirmək lazımdır.
Bu zaman müəllimin vəzifələri və fəaliyyəti köklü şəklidə dəyişir. Müəllim mətnin oxusunu tapşırıb, sonra da onun necə oxunduğunu qiymətləndirən bir ekspert vəzifəsindən oxu prosesini təşkil edən, modelləşdirən bir köməkçiyə, məsləhətçiyə, yol göstərənə, çevrilir. Eləcə də qiymətləndirmə zamanı mətnin əsas ideyasının aşkar edilməsi deyil, həmin ideyanın necə və hansı yollarla aşkar edildiyi qiymətləndirilir. Buna nail olmaq üçün müəllim “ucadan düşünməyi” bacarmalıdır. Bu zaman sanki müəllim şagirdləri qarşısında ”öz beyninə bir pəncərə açır” və onları həmin “pəncərəyə baxmağa” dəvət edir. Uşaqlar müəllimin əsas fikri müəyyənləşdirmək üçün düşünmə ardıcıllığını, baş verən prosesləri izləyirlər.Uşaqlardan “Mətndən nə başa düşdünüz?” sualı əvəzinə “Nəyə görə belə qərara gəldiniz ki, mətn bu mənanı verir?” sualını soruşmaq lazımdır. Bir nümunəyə nəzər salaq:
I Strategiya: Mətni işarələmək. Bu strategiyadan birinci sinfin sonunda və ikinci sinifdə istifadə etmək faydalıdır. Həm məlumatlandırıcı, həm də təsviredici mətnin tədrisi zamanı bu strategiyadan istifadə edilə bilər. Hər hansı bir mətni oxuyan zaman müəllim uşaqlara tapşırır ki, o mətni oxuduqca aşağıdkı işarələrin mətn üzrə düzülməsini müşahidə etsinlər. (Bununla müəllim praktik olaraq strategiyalı oxu nümunəsini şagirdlərə nümayiş etdirir):
* Mən artıq bunu bilirəm.
+ Bu mənim üçün yeni məlumatdır.
! Nə gözəl yenilik!
? Mən bunu başa düşmürəm.
Müəllim mətni oxuduqca hər abzasdan sonra dayanır, ucadan oxunmuş hissə haqqında danışır. Abzasın yanına yapışdırılmış qeyd vərəqinə işarələri yazır. O abzasın yanında qeydlər etməklə verdiyi qərarın səbəbini izah edir. Bu cür işarələrin yapışdırılması işi müstəqil oxu zamanı hər bir şagird tərəfindən yerinə yetirilir. Növbəti dərs işarələrlə bağlı məsələlər şagirdlərin oxusu zamanı müzakirə edilir. İşarələrin yapışdırılması strategiyası şagirdləri oxuya daha da cəlb edir. Ounan hər cümlə üzərində düşünməyə təhrik edir, bununla da mətnin dərk edilməsini yüksəldir.
Nümunə: I sinifdə Ana dili fənni üzrə “Ad günü” mövzusunda mətn tədris edilir. Mətn:
Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. Onlar Səbinəyə hədiyyə gətirmişdilər.
İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu.
Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi?
Mən bilirəm ki, hər bir insan öz ad gününü həvəslə gözləyir. Ətrafdakılara bu haqda heç nə deməsə belə, həmin gün insanın daxilində özü üçün bir bayram olur. Sanki hamıya demək istəyir:”Bilirsiniz? Bu gün mənim ad günümdür.” İnsanlar həmin gün ən yaxın qohumların, dostların əhatəsində olmağa çalışır. (Oxudan əvvəl düşünmə). Mətndə haqqında oxuduğumuz Səbinə də belə edib.Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. (Əlaqələndirmə). Onlar Səbinəyə hədiyyə gətirmişdilər.Görəsən ad gününə gələnlər nəyə görə müxtəlif hədiyyələr gətirilər.(Sual vermək) İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu.Nəyə görə mətndə digərlərinin hədiyələrinin haraya qoyulduğu haqda məlumat verilmir, yalnız Əlinin gətirdiyi güllərin güldan qoyulduğu göstərilir?(Sual vermək) Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi?(Nəticə çıxarma) Sizcə hansı hədiyyə Səbinənin xoşuna gəldi? Nəyə görə belə qərara gəldiniz? (Oxudan sonra düşünmə)Sizə təqdim edilən hədiyyəni necə qəbul edərdiz. (Təsəvvür etmə)
Müəllim ucadan düşünməklə şagirdlrini düşündürərək oxudan əvvəl, oxu zamanı, oxudan sonra
II strategiya: Mətnlərin müqayisəsi. Mövzu təqdim edilir. Şagirlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yaratdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəldən tapşırıq verilir:Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Seçimi aşağıdakı məsəllərə əsasən aparın:
Sizin tərtib etdiyiniz mətndə olan məsələlər
Dərslikdə təqdim edilən mətndə olan məsələlər
Hər iki mətndə təqdim edilən məsələlər.
Fikirlərinizi ifadə etmək üçün Venn* diaqramı tərtib edin.
Öyrəndiklərinizdən nə kimi qənaətə gəldiniz?
Bir də bu mövzuda mətn yaratsaydınız oraya daha nələr əlavə edərdiniz?
Venn diaqramı
Şagirdin tərtib etdiyi mətndə Dərslikdə təqdim edilən mətndə olan məsələlər olan məsələlər
Hər iki mətndə olan məsələlər
MÖVZU : 5
STRATEGİYA İLƏ OXU.ƏNƏNƏVİ OXU İLƏ STRATEGİYALI OXUNUN FƏRQLƏRİ. OXUNUN MƏRHƏLƏLƏRİ
PLAN:
1. Oxu strategiyaları nədir?
2. Strateji oxunun məqsədi və başqaları ilə əməkdaşlıq
3.Strategiya ilə oxunun ənənəvi oxu ilə fərqləri
4.Mətni strategiya ilə oxuyan oxucunun növləri
5.Strateji Oxu və İnternet
ƏDƏBİYYAT SİYAHISI
1.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
2.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
3.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
4.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
5.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
6.M.Aranlı,C.Yusifova “ Kurikulum” Bakı,2015
1.Oxu strategiyaları
Oxu bacarıqları təhsilalanların mətnlərdən məlumat toplamaq,mətni şərh və təhlil etmək,mətnə münasibət bildirmək bacarıqlarıdır.Oxu bacarıqlarını qiymətləndirmək üçün bədii və məişət tipli mətinlər ilə yanaşı, siyahılar,qrafiklər,dioqramlar kimi müxtəlif növ oxu materiallarından istifadə olunur.
Strategiya ilə oxu nə deməkdir?Əsas ideyanı analamaqdır?
Hərfləri tanımaqdır? Sözləri oxumaqdır? Düzgün və sürətli oxumaqdır?Düşünərək oxumaqdır? Əlaqələndirərək oxumaqdır?
Strategiya ilə oxu- hərflərlə kodlaşdırılmış sözlərin altında yatan mənanı aşkar etmək və həmin məna üzərində müxtəlif üsullarla düşünməkdir.
Strategiya ilə oxuyanlar özlərinə məqsədli şəkildə suallar verir ,mətni aramla yenidən oxuyur,mühüm fikirləri seçir və ya açar sözlərin mənasını araşdırır. Strategiya ilə oxuyan oxucu mətində dərk etmədiyi bölməni dərhal aşkar edir və müxtəlif metodlarla dərketmənin təşkilinə yardım edir. Strategiya ilə oxuyan oxucu oxu zamanı müəyyən edir ki,nəyi bilir ,nədə çətinlik çəkir.Onlar oxunu uğurla davam etdirmək üçün məqsədyönlü suallar müəyyənləşdirirlər.Düşünərək oxu (ucadan oxu)strategiyası uğurlu oxu strategiyası hesab olunur.Müəllim “Düşünərək oxu” üsulundan istifadə edərək öz “beyninin pəncərəsini”şagirdlər üçün açır və onlara oxu zamanı necə düşünməyin yollarını nümayiş etdirir.” Düşünərək oxu”oxucu üçün lazım olan mühüm bacarıqları müəllim tərəfindən modelləşdirir,yəni əlaqələndirmək,ümumiləşdirmək,nəticə çıxarmaq,dərk edib-etmədiyini yoxlamaq və s. kimi keyfiyyətləri üzə çıxardır. “Düşünərək oxu”strategiyasından istifadə edilən dərs iki hissəyə ayrılır:
I hissə- mətnin məzmunu üzərində düşünərək oxunun təşkili
II hissə-mətn üzrə düşünərək oxumaq üçün istifadə edilən üsulların təlimi
1.Strategiya ilə oxuyan oxucu məsədləri müəyyənləşdirir və inkişaf üzərində düşünür:
Strategiya ilə oxuyan insan mətnin məqsədini müəyyən etməyi bacarır. Oxucunun mətndə hər hansı məsələyə aydınlıq gətirmək üçün konkret məqsədinin olması isə onun oxu marağını, motivini yüksəldir və onu fəal oxucuya çevirir;
Məqsədli oxucu nəyi oxumağı və necə oxumağı müəyyənləşdirməyi bacarır;
Məqsədləri müəyyənləşdirmək üçün oxucu əsasən BiBÖ üsulundan istifadə edir;
Kollektiv sinif məqsədinin müəyyənləşməsi isə oxuyanların əməkdaşlığına şərait yaradır. Şagirdlər vahid məqsəd ətrafında birləşən zaman onlar daha gərgin işləyir və öyrənirlər.
Məqsədlərə o zaman nail olunur ki, davamlı şəkildə inkişaf təmin olunsun. Şagirdlər də oxu prosesində inkişaf etməklə məqsədə çatırlar.
BiBÖ (Bilirəm, Bilmək istəyirəm, Öyrəndim) məqsədləri müəyyənləşdirmək üçün uğurlu üsul hesab edilir.
2. Strategiya ilə oxu zamanı yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirirlər:Bütün təlimlər əvvəlki biliklərə əsaslanır. Yeni biliklər öyrənənin həyatında qarşılşdığı və ya hər hansı mənbədən öyrəndiyi hər növ məlumata aid edilə bilər.
Strategiya ilə oxuyan oxucu avtomatik olaraq məsələ ilə bağlı bildiklərini önə çəkir;
Mövcud bilikləri önə çəkmək nə üçün lazımdır:
- Məsələ ilə bağlı mövcud bilik və ya təcrübə oxunun məqsədinin müəyyən edilməsində yardımçı olur.
- Məqsədli oxucu isə diqqətli oxucu deməkdir;
- Diqqətin yayınma ehtimalı oxu nəticələrinin dəyərləndirilməsini aktuallaşdırır.
Aşağıdakı strategiyalar mövcud bilik və təcrübələrimizin aşkar edilməsinə yardımçı ola bilər: Anlayışın müəyyən edilməsi; NOYÇ (Nəzərdən keçir, Oxu, Yoxla, Çalış), Hissetmə qaydaları
3. Oxucu mənanı aşkar etmək üçün fəal işləyir.Oxucu mətnlə qarşılıqlı fəaliyyətdə olan zaman mənanı aşkar edir; Mənasız məlumat tezliklə unudulur. (İştirak etdiyiniz axırıncı toplantını xatırlayın. Orada qarşılaşdığınız insanlardan yalnız sizin üçün əhəmiyyətli hesab edilən və ya hər hansı məqsədlə qarşılıqlı fəalyyətdə olduğunuz insanlar yadınızda qalıb.)Oxumaq - mətndəki məna üzərində düşünməkdir.Strategiya ilə oxuyan oxucu məsələ ətrafında öz təsəvvür və yanaşmalarını müəllifin təsəvvür və yanaşmaları ilə müqayisə edərək oxuyur.Məna- müvafiq ilkin bilikləridən və strategiyalardan istifadə etməklə aşkar edilir.
4.Oxucu oxunun təşkili formalarından istifadə edir.Öyrənənlərin təlimin və ya oxunun təşkili formalarından xəbərdar olması, onların düşünərək oxusuna yardım edir.Oxunun təşkilinin müxtəlif formalarının olmasına baxmayaraq oxu zamanı onlardan yalnız birindən istifadə edilir.Eyni mətni oxuyan zaman bir şagird bir nümunədən, digər şagird digər nümunədən istifadə edə bilər.
Səbəb/Keyfiyyət forması;
Müqayisə/Qarşılaşdlrma forması;
Anlayış/Təyinetmə forması;
Məqsəd/Fəaliyyət/Nəticə forması;
Problem/Həll forması;
Təsdiq/Dəstək forması;
Ardıcıllıq forması;
5.Fərdi təılim üsullarından istifadə haqqında qərarlar qəbul edir.İnsanların hamısı dünyaya öyrənmə bacarıqları ilə gəliblər, lakin onlar müxtəlif yollarla öyrənirlər.Hovard Qardner “Müxtəlif üsullarla dərketmə” nəzəriyyəsində bu problemi önə çəkib və öyrənmənin səkkiz üsulunu göstərib.Bəzi öyrənənlər tədqiqatlarının nəticələri haqqında hesabat yazmağı, digərləri təqdimat hazırlayıb, şifahi çıxış etməyi, üçüncülər mahnı qoşmağı, dördüncülər vidio materiallar hazırlamağa üstünlük verə bilərlər.
Oxu materiallarının dərk edilməsi zamanı bu yanaşma necə nəzərə alınmalıdır?
Dostları ilə paylaş: |