Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan



Yüklə 0,94 Mb.
səhifə45/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
İnandırma məntiqi əsaslandırma əsasında informasiyanı qəbul edən şəxsi razılaşdırmaqdan ibarət təsir prosesidir. Bu prosesdə informasiyanı qəbul edən şəxs müstəqil qərara gəlir. Təlqin emosional-iradi xarakterli təsir forması olduğu halda,inandırma daha artıq intellaktual təsir forması kimi qiymətləndirilir.

Psixoloji təsirin sonuncu variantı olan təqlid başqa adamların davranışının xarici təzahürlərinin və ya kütləvi psixoloji vəziyyətlərin sadəcə olaraq qəbul edilməsinə deyil, nümayişkəranə davranış obrazlarının, əlamətlərin qavranılması və yadda saxlanılmasına əsaslanır. Təqlidin bir neçə növü fərqləndirilir:

a) məntiqi və məntiqdənkənar təqlid;

b) daxili və xarici təqlid;

c) moda və ənənələrin təqlidi;

ç) bir sosial sinif daxilində təqlid və bir sosial sinfin digərini təqlid etməsi.

Müasir dövrdə psixoloqlar şəxsiyyətin situasiyadan kənar dərk olunmasının mümkünsüzlüyünü fikrini irəli sürməklə, insanın həyat şəraiti ilə onun şəxsiyyəti arasında sıx əlaqənin mövcud olması reallığını qəbul edirlər. Bu postulatın müdafiəçilərindən biri olan və psixoloji stress anlayışını elmə daxil etmiş R.Lazurus qeyd edir ki, insan özü üçün çətinlikləri və stress faktorlarının yaradılmasının əsas subyektidir. Onun toxunduğu problemlər insanın məişət həyatı ilə bağlı olan problemlərdir. Bu problemləri “həyatın epizodları” adlandıran R.Lazurus qeyd edir ki, bu problemlər insanın ruhunda onun istədiyindən də dərin izlər buraxır. İnsanın psixoloqa tez-tez müraciəti bəzən boş və mənasız görünsə də, müştəri problemlərinin həll yolunu bu müraciətdə axtarmalı olur. Vasvası olan, öz sağlamlığına hədsiz diqqət yetirən, daxili problemləri olan adamlar psixoloqa daha çox müraciət edirlər. Məsələn, qohum-əqrabası və dostları olmayan təqaüdçülər özlərinə daha çox diqqət yetirirlər. Özü haqqında bilikləri olan adamlar öz uğur və uğursuzluqlarına haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atirlar. İntellektual, emosional və fiziki bioritmləri düzgün hesablamaqla insan onu gözləyən fəallığın, əhvalın enməsinə sakit münasibət bəsləyə və bunun keçici fizioloji proses olduğunu dərk edə bilər.

Psixoloji konsultasiya psixoloji praktikanın terapiyadan ayrılmış nisbətən yeni və müstəqil sahələrindən biridir. Bu sahə klinik qüsurları olmayan, lakin psixoloji yardıma ehtiyacı olan insanların həyatı təlabatlarından yaranmışdır.

Hər bir insan doğrudan da, gündəlik həyatda çoxsaylı problemlərlə qarşılaşır. İşdəki çətinliklər, şəxsi həyatda və ailədəki problemlər, məktəbdə təlim uğursuzluqları, özünəinamsızlığın və özünəhörmətin aşağı olması, qərar qəbul etməkdə üzücü tərəddüdlər, ünsiyyət və münasibətlər yaratmaqda qarşıya çıxan maneə və çətinliklər və s. buna misal ola bilər. Psixoloji konsultasiya psixoloji praktikanın və xidmət sisteminin yeni sahələrdən biri olduğuna görə, onun dəqiq müəyyən edilmiş sahələri mövcud deyildir və ona görə də, onun predmetinə ən müxtəlif problemlər daxildir.

Psixoloqlar psixoloji konsultasiyanın predmetini müxtəlif nöqteyi nəzərdən izah edirlər. Məsələn, ABŞ psixoloqları H.Burks və B.Steffirin fikrincə, “konsultasiya ixtisaslı konsultantın müştəriyə “şəxsiyyət-şəxsiyyət” tipli münasibətlər çərçivəsində göstərdiyi peşəkar yardımdır”.

ABŞ psixoloqu L.Bramer yazır ki, “konsultasiya peşə karyerası, nikah, ailə, şəxsiyyətin təkmilləşdirilməsi və şəxsiyyətlərarası münasibətlər zəminində yaranan problemlərin həllində insana yönəldilmiş prosedurların məcmuyudur”. Psixoloji konsultasiyanın məqsədi müştərinin gündəlik həyatda qarşılaşdığı şəxsiyyətlərarası və emosional xarakterli çətinlikləri anlamaqda və onların həll edilməsində kömək göstərməkdən ibarətdir. Konsultasiya hər bir insana öz şəxsi istəklərinə uyğun davranış proqramı seçməkdə və ona müvafiq hərəkət etməkdə, yeni yeni şəraitə uyğunlaşmaqda, şəxsiyyətin iradi, intellektual və emosional sahədə yaranan problemlərin həllində kömək göstərmək məqsədi daşıyır.

Psixoloji konsultasiya sahəsində çalışan mütəxəssis ona müraciət edən müştərinin şəxsiyyətinə hörmətlə yanaşmalı, onun fərdiyyətini, yaşama hüququnu tanımalı, sərbəst seçim hüququna hörmət bəsləməlidir. Mütəxəssis –konsultant belə bir cəhəti diqqət mərkəzində saxlamalıdır ki, istənilən təlqin və təziq insana öz problemlərini düzgün həll etməkdə, hərəkətləri üçün məsuliyyəti öz üzrəinə götürməkdə mane olur. Psixoloq –məsləhətçiyə yardım üçün müxtəlif adamlar və müxtəlif məqsədlərlə müraciət edə bilərlər.

Müasir psixoloji konsultasiya praktikasında aşağıdakı istiqamətlər geniş yayılmışdır:


  • Psixoanalitik istiqamət;

  • Adler istiqaməti;

  • Davranış terapiyası;

  • Rasional –emosional terapiya (A.Ellis);

  • Müştəriyə yönəlmiş terapiya (K.Rocers);

  • Ekzisteksial terapiya.

Psixoloji konsultasiyanın bir tərəfdən ümumi, digər tərəfdən qlobal, perspektiv, spesifik, konkret və qısamüddətli məqsədləri ola bilər. Təhsil müəssələrində həyata keçirilən psixoloji konsultasiya şagirdin davranışının dəyişdirilməsinə yönəldiyindən əsasən konkret məqsədlərə xidmət edir. Konsultasiya işi aparan məktəb psixoloqunun qarşısına qoyduğu məqsədlər adətən şagirdin, müəllim və valideynlərin tələbatlarından, rol gözləmələrindən asılı olaraq formalaşır. Psixoloq ona müraciət edən müəllim və valideynlərə “Siz bizim ünsiyyətimizdən nə gözləyirsiniz?”, “Sizin istəyiniz nədir?” və s. kimi suallarla müraciət edərək, onların konkret məqsədlərini müəyyənləşdirməlidir. Onlar arasında yaranan dialoq psixoloqa öz məqsədlərini, nə kimi məsləhət və tövsiyyələr verəcəyini müəyyən etmək imkanı vermiş olur. Müəllim və valideynlərin çoxu adətən psixoloqa ümidlə müraciət edir və belə hesab edirlər ki, o dərhal hansısa bir köməklik göstərəcəkdir. Ona görə də, müraciət edənlərin ümidini qırmamaq üçün psixoloq anlamalıdır ki, hər bir adamın psixoloji yardıma ehtiyacı ola bilər. Psixoloq sehirbaz deyildir, o da adi bir insandır və onun da həyati problemləri olmamış deyildir. Böhranlı, münaqişəli vəziyyətlərdən çıxmağın optimal yolları olmamış deyildir. Psixoloq müəllim və valideynlərə bu mövqedən yanaşaraq onlarla fəal əməkdaşlıq mühiti yaratmaq yolu ilə problemlərinin həlli üçün peşəkar yardım göstərə bilər.

Psixoloji yardımın konsultasiya psixoterapiya olmaqla iki əsas sahəsi vardır. Çox vaxt isə bunları bir-birindən qəti şəkildə ayırmaq mümkün olmur. Belə ki, psixoloji yardımın iki sahəsini bir-birindən fərqləndirilməsi tam şərtidir. Psixoloji konsultasiyada da psixoterapiyada olduğu kimi, eyni peşəkar vərdiş və qaydalardan istifadə olunur. Hər iki halda müraciət edən şəxsə kömək konsultant (psixoterapevt) arasında eyni qarşılıqlı təsirə əsaslanır. Bir çox psixoloqlar bu oxşar cəhətlərə və işin oxşar olmasına görə psixoloji konsultasiya ilə psixoterapiya anlayışlarını sinonim anlayışlar hesab edirlər. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrdə psixoloji yardımın bu iki forması qismən fərqləndirilir və psixoterapiya ilə ən çox həkim, psixoterapevtlər məşğul olurlar. Onlar kliniki baxımdan sağlam olan, lakin şüur və şüuraltı səviyyədə situativ problemlərlə qarşılaşmış, fərdlərə psixoterapevtik yardımlar göstərirlər.

ABŞ psixoloqları Gelso, Fretz, Bloşer psixoloji konsultasiyanın psixoterapiyadan fərqləndirən aşağıdakı əlamətlərini göstərmişlər:


  • Konsultasiya kliniki baxımdan sağlam olan insanlara yönəlmişdir; bu adamlar gündəlik həyatda nevrotik xarakterli şikayətləri və psixoloji çətinlik problemləri olan adamlardır;

  • Konsultasiya psixi qüsurların səviyyəsindən asılı olmayaraq sağlam adamlara yönəlmişdir. Bu təmayül ona əsaslanır ki, hər bir insan, hətta maliyyə vəsaitinin çatışmadığına, xəstəliyə, əlilliyə, qocalığa görə sosial deprivesiyaya məruz qalsa belə, öz həyatını və özünü dəyişdirə bilər;

  • Konsultasiya müştərinin bu günü və gələcəyi ilə bağlı narahatlıq doğuran problemlərin həllinə yönəlməlidir;

  • Konsultasiya adətən qısamüddətli köməkdir (ən çoxu 15 görüş);

  • Konsultasiya şəxsiyyət və mühit arasında qarşılıqlı təsir zamanı yaranan problemin həllinə yönəlmişdir;

  • Konsultasiya müştərilərin şəxsiyyətinin inkişafına və onların davranışının dəyişdirilməsinə yönəlmişdir;

Psixoloq -konsultant yüksək nəzəri hazırlığa malik olmalı, peşəkar fəaliyyətdə daim öz hazırlığını genişləndirməyə və dərinləşdirməyə çalışmalıdır. O, insanın genetik və psixoloji təbiətinə bələd olmalı, onun dəyişdirilməsi üçün zəruri olan təsir vasitələrini seçməyi və tədbiq etməyi bacarmalıdır. Bütün bunların uğurla həyata keçirilməsi üçün psixoloq -konsultant şəxsiyyətin strukturunu, davranışını şərtləndirən amilləri, mövcud potologiyanın genezisini (mənşəyini) və normal inkişafını perspektivlərini dəqiq müəyyən etməyi bacarmalıdır.

Psixoloq belə bir cəhəti diqqət mərkəzində saxlamalıdır ki, insanların problemləri bir-birinə oxşasa da, əslində hər bir insanın problemi fərdi və fərqlidir. Ona görə də, konsultasiyazamanı resept xarakterli tövsiyyələr əhəmiyyətsizdir. Hər bir müştəri öz problemlərinin ən yaxşı ekspertidir.

Hər bir psixoloq-konsultant özünün peşə-ixtisas hazırlığının səviyyəsini, şəxsi çatışmazlıqlarını bilir. O, peşə etikasına ciddi əməl etməklə yanaşı öz peşə məsuliyyətini dərk etməlidir.

Təhsil müəssələrində praktik istiqamətdə iş aparan psixoloq konsultasiya sahəsində fəaliyyətində aşağıdakı prinsiplərə əməl etməlidir.


1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin