Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Valideynlərlə və müəllimlərlə aparılan pedoqoji-psixoloji konsultasiya işinin məzmunu və formaları



Yüklə 0,94 Mb.
səhifə55/70
tarix01.01.2022
ölçüsü0,94 Mb.
#104275
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
12. Valideynlərlə və müəllimlərlə aparılan pedoqoji-psixoloji konsultasiya işinin məzmunu və formaları.

Plan:

  1. Psixoloji konsultasiyanın keçirmə texnikası.

  2. Valideynlərlə aparılan psixoloji konsultasiya işinin məzmunu və formaları.

  3. Uşaqların konsultasiyasında müzakirə mövzusu olan məsələlər.

  4. Müəllim və tərbiyəçilər aparılacaq konsultasiya işlərinin mahiyyəti, forma və vəzifələri.


Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

Ailədə uşağa qullaq və onun tərbiyəsi hər bir valideyni düşündürən və qayğılandıran problemlərdən biridir. İlk tərbiyəçilər olan ata və anaların bir çoxu uşağın tərbiyəsi ilə bağlı meydana çıxan suallara cavabları özləri axatarıb tapdıqları halda, əksəriyyəti bu sahədə təcrübəsi olan yaşlılarla, hörmətli və nüfuzlu adamlarla, tərbiyəçi və müəllimlərlə məsləhətləşməyə ehtiyac duyurlar. “Uşağın utancaqlığı və ya küsəyənliyini necə aradan qaldırmalı?”, “Uşağa nəyi və necə öyrətməli?”, “Pis adət və vərdişləri, neqativizmi necə aradan qaldırmalı?”, “Uşağı məktəbə necə hazırlamalı?”, “Ailədə uşağın dərsə hazırlığına necə kömək etməli?”, “Uşaqların televizora baxmasını necə tənzimləməli?”, “Məktəb yaşlı uşaqlar mobil telefon gəzdirməlidirmi?” və s. bu kimi yüzlərlə sual valideynləri daim düşündürmüş, müasir dövrdə isə onların sırası daha da genişlənmişdir. Belə suallar ailədə valideynlərə göstərilməli olan psixoloji xidmətin zəruriliyinə elmi-psixoloji və pedaqoji əsaslar yaradır. Ona görə də, təhsil sistemində psixoloji xidmət işində pedaqoji –psixoloji konsultasiyalar mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Məktəb təhsilinin yarandığı həm ötən əsrlərdə, həm də müasir dövrdə valideynlərlə aparılacaq konsultativ işin ağırlığı həmişə məktəb müəllimlərinin üzərinə düşmüşdür və bu gün də bu işdə müəllimlərin və sinif rəhbərlərinin rolu böyükdür. Təhsil sistemində psixoloji xidmət yarandıqdan sonra isə valideynlərə göstərilən konsultasiyaların təşkili və keçirilməsində ixtisaslı mütəxəssis kimi praktik psixoloqun rolu artmaqdadır. Uşağın həyatda müşahidə olunan hər hansı normadan kənaraçıxma halları və patoloji təzahürləri, təlimə, yaşlılara və həmyaşıdlarla münasibətdəki anomaliyaların səbəblərini bilməyən valideynlər ixtisaslı yardıma ehtiyac duyurlar. Uşağın anatomik -fiziki inkişafı gedişində meydana gələn normal yaş böhranlarının simptomları ailədə valideynlər və yaxın qohumlar arasında ağır emosional təsərrüfatların yaranmasına, obrazlı desək “qan qaraçılığına” səbəb olur. Belə hallarda ailəyə kömək etmək üçün hər şeydən əvvəl valideynlərə onların övladlarının xüsusiyyətləri haqqında tam məlumat vermək, onun müsbət və mənfi keyfiyyətlərini, güclü və zərif cəhətini göstərmək lazım gəlir. Bu tipli etibarlı və düzgün məlumatlar isə ilk növbədə uşağı müntəzəm müşahidə edən mütəxəssis kimi psixoloqdan əldə edilə bilər.

Böyük məktəbəqədər yaşın sonunda uşağın məktəbə hazırlanması ailədə yeni qayğılara səbəb olur. Bu dövrdə uşaqlara qarşı tələbkarlıq kəskin artır. Valideynlər ailədə uşaqlarına irəlicədən yazmaq, oxumaq, hesablamaq kimi təlim vərdiş və bacarıqları aşılamağa çalışaraq vaxtı qabaqlamaq istəyirlər. Lakin qarşılaşdıqları ilk çətinliklər çox vaxt onların səbrini tükəndirir, ailədə əsəbi mühit yaradır,uşağın qabiliyyətsizliyi haqqında yanlış qənaətlərə səbəb olur. Adətən belə hallarda ailədə konfliktli vəziyyətlər yaranır. Valideynlər uşağın imkanlarını düzgün qiymətləndirə bilmədiyindən mütəxəssis rəyinə ehtiyac duyulur.

Məktəbə qəbul ərəfəsində uşaqların təlimə hazırlığının diaqnostikasını keçirən psixoloq valideynlərin müşahidəsi ilə müxtəlif metodikalardan istifadə etməklə, hər bir uşağın diferensial müayinəsini keçirir və onun funksional hazırlıq səviyyəsi haqqında obyektiv rəy hazırlayır. Həmin rəydə uşağın intellektual inkişaf səviyyəsi, sensor və motor funksiyaların vəziyyəti, bilik və bacarıqların səviyyəsi, uşağın şəxsiyyətinin və fəaliyyətinin xüsusiyyətləri öz əksini tapmış olur, valideynlərə konkret məzmunlu tövsiyyələr verilir.

Valideynlər üçün təşkil edilən konsultasiayalar öz xarakterinə görə söhbətə yaxındır. Burada əsas fərq ondan ibarətdir ki, konsultasiyanı keçirən psixoloq valideynlərin suallarını dinlədikdən sonra onlara ixtisaslı məsləhətlər verir, nəyi isə üyrətmiş olur. Psixoloji konsultasiyalar psixoloqun valideynlərlə apardığı fərdi və diferensial işin əsas formalarından biridir. Konsultasiyanı keçirən psixoloq bir tərəfdən uşağın tərbiyə olduğu ailəni daha yaxından tanıyır, digər tərəfdən isə onları uşaqların tərbiyəsi məsələlərinə həssaslıqla yanaşmağa təhrik edir. Psixoloq -konsultantın simasında valideynlər özlərinə xeyrxah tərəfdaş tapmış olur, onun dəstəyini və himayəsini hiss etmiş olurlar.

Ailədə uşaqların tərbiyə şəraitini, mövqeyini və valideynlərlə qarşılıqlı münasibətlərin xarakterini öyrənməklə psixoloq hər bir valideynə ixtisaslı, həm də diferensial yardım göstərə bilər. Bu məqsədlə o, valideynlərə aşağıdakı anketdə qeyd olunan suallara yazılı cavablar verməyi xahiş edir:



  • Sizin oğlunuz (qızınız) üçün hansı müsbət keyfiyyətlər səciyyəvidir?

  • Siz övladınızda hansı qabarıq mənfi xüsusiyyəti görürsünüz?

  • Övladınızda hansı xüsusiyyətləri tərbiyə etməyə çalışırsıız və buna nə qədər nail olursunuz?

  • Ailədə övladınızın daimi vəzifəsi varmı və o, bunu necə yerinə yetirir?

  • Övladınız ailədə özünəxidmət qabiliyyətini nümayiş etdirə bilirmi?

  • Ailədə uşağınızın gün rejimi varmı, rejimə necə əməl edilir?

  • Övladınız ailənin digər üzvlərinə necə münasibət bəsləyir, lazımı kömək göstərirmi?

  • Sizin övladınız ailə işlərində və bayramlarında fəallıq və təşəbbüs göstərirmi?

  • Övladınız boş vaxtlarını harada və kimlərlə keçirir?

  • Övladınızın evdə ayrıca otağı varmı, o, dərslərlə hazırlığa nə qədər vaxt ayırır?

Alınmış nəticələri təhlil etməklə növbəti görüşlərdə psixoloq hər bir valideynə zəruri konsultasiyalar verir.

Psixoloji konsultasiyalar özlərinin təşkili formalarına görə fərdiqrup olmaqla iki yerə ayrılır. Psixoloqun təşkil etdiyi fərdi konsultasiyalar ayrı-ayrı valideynlərlə təklikdə, qrup konsultasiyaları isə bir neçə valideynin birgə iştirakı ilə keçirilir. Adətən fərdi konsultasiyalar ailədə və ya təhsil müəssisəsində, qrup konsultasiyaları isə ancaq təhsil müəssisəsində keçirilir. Konsultasiyaların keçirilmə müddəti 30 dəqiqədən bir saatadək ola bilər. Konsultasiyaların mövzusu həm konkret, həm də geniş və əhatəli ola bilər. Mövzular valideynin istəyindən, uşaqların üzərində aparılan müşahidə faktlarından, müəllim və valideynlərin şikayətlərindən asılı olaraq fərqli məzmun daşıya bilər. Psixoloq konsultasiyaların təşkilində gənc valideynlərə xüsusi diqqət yetirməli, onlara uşağın tərbiyəsinin optimal metodları haqqında əməli tövsiyyələr verməlidir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin