Psixodiaqnostika təcrübəsində fərdin əldə etdiyi psixi inkişaf səviyyəsinin
• hər hansı psixi xassə və keyfiyyətin inkişaf səviyyəsinin aşkara çıxarılması;
• müəyyən yaş mərhələsində psixi xassə və keyfiyyətlərin yaranması və onun inkişaf
• fərdin və ya müəyyən qrupun xüsusi təşkil edilmiş təlim-tərbiyənin təsiri altında
(məsələn, pedoqoji eksperiment nəticəsində) psixikası və davranışında yaranan real
• şəxsiyyətin keçmişdə inkişaf dinamikasının təhlili əsasında onun bu və ya digər
• müayinə edilən adamların və ya qrupun əldə edilmiş inkişaf göstəricilərini nəzərə
almaqla, gələcəkdə diferensiallaşdırılmış iş aparmaq məqsədilə onların kateqoriyalara
• fərdin və ya qrupun bu və ya digər fəaliyyət sahəsində, məsələn, öz xidməti vəzifəsinin
icrası üçün onun peşə yararlığının müəyyənləşdirilməsi;
• fərdin və ya qrupun tibbi və ya sosial normalar baxımından inkişaf göstəriciləri və
davranışının uyğun olub-olmamasının müəyyənləşdirilməsi və zəruri psixokorreksiya işlərinin
aparılması;
• fərdin və ya qrupun gələcək həyat yolunun seçilməsi (peşə, nigah üçün tərəfdaş və s.),
gələcək özünütəhsil üçün tövsiyələrin işlənib hazırlanması.
Psixodiaqnostikanın qeyd olunan ümumi vəzifələrinin böyük hissəsi məktəbəqədər
müəssisələrdə və məktəblərdə müxtəlif yaşlı uşaqlarla iş prosesinə aiddir. Bununla belə,
psixodiaqnostikanın daha konkret məqsədlərlə bağlı olan bir sıra xüsusi vəzifələri də vardır.
Həmin vəzifələrə aşağıdakılar aid edilə bilər:
• həyatın ilk aylarından başlamış orta məktəbi qurtaranadək olan dövrdə uşaqların psixoloji
(idraki, intellektual, şəxsi və şəxsiyyətlərarası) inkişafının yaş dinamikasının öyrənilməsi. Bu
halda hər bir uşağın (böyük uşaqlar üçün aylıq, körpə və erkən yaşlı uşaqlar üçün illik) inkişaf
göstəricilərini özündə əks etdirən xüsusi psixodiaqnostik xəritə tərtib olunmalıdır.
• hər bir uşağın fərdi inkişaf xüsusiyyətlərinin orta standart normadan kənara çıxması
(müsbət mənada sürətli inkişaf, mənfi mənada geridəqalma) hallarının müəyyənləşdirilməsi;
• uşaqlarda keçirilən inkişafetdirici pedoqoji eksperimentlərin nəticələri əsasında təlim və
tərbiyənin səmərəliliyini yüksəltməyə psixoloji cəhətdən xidmət edən praktik tövsiyələrin işlənib
hazırlanması;
• uşağın təbii imkanlarının, istedad və fərdi qabiliyyətlərinin inkişaf səviyyəsini vaxtında
aşkara çıxarmaq və daha da inkişaf etdirmək məqsədilə elmi cəhətdən əsaslandırılmış peşə
məsləhətləri və peşəyönümü işlərinin həyata keçirilməsi;
• uşağın təlimi və tərbiyəsinin optimal təşkilini təmin etmək məqsədilə onun psixologiyası
haqqında müəllim və valideynlər üçün faydalı ola biləcək çoxcəhətli məlumatların əldə edilməsi.
Dostları ilə paylaş: