Mövzu Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri Plan


bilmərəm” tipli cavablar qeyri-müəyyənliyi haqqında rəy yaratmış olur.  Etibarlılıq



Yüklə 222,13 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix26.02.2022
ölçüsü222,13 Kb.
#114697
1   2   3   4   5   6   7   8   9   ...   14
Mövzu1. Psixodiaqnostikanın predmeti, məqsədi və vəzifələri

bilmərəm” tipli cavablar qeyri-müəyyənliyi haqqında rəy yaratmış olur. 

Etibarlılıq  tətbiq  olunan  metodun  mühüm  keyfiyyətlərindən  biri  kimi  tədqiqatın  kim 

tərəfindən və ya təkrar aparılmasından asılı olmayaraq, onun nəticələrinin eyni olacağına təminat 

yaradır. 

Praktik  psixodiaqnostikada  yalnız  müvafiq,  dəqiq  və  etibarlı  metodlardan  istifadə 

olunmalıdır. Əks halda, qeyri-dəqiq göstəricilərin alınması təhlükəsi yaranır ki, bunlar da yanlış 



nəticələrə gətirib çıxara bilər. Burada psixoloq, yəni metodları seçən və tərtib edən şəxs birbaşa 

məsuliyyət daşıyır. 

Uşaqların  psixodiaqnostikasının  keçirilməsi  zamanı  psixoloq  peşə  fəaliyyətini  yerinə 

yetirərkən mənəvi-etik xarakterli aşağıdakı tələblərə əməl etməlidir: 

1.  Psixodiaqnostik müayinə heç bir halda uşağa zərər yetirmək məqsədilə keçirilməməlidir; 

2.  Psixodiaqnostika  yalnız  tibbi  və  hüquq  praktikasında  yol  verilən  xüsusi  hallar  istisna 

olmaqla, uşaqları özlərinin və onların valideynlərinin razılığı ilə keçirilməlidir; 

3.  Qanunla  valideynlik  hüququndan  məhrum  olunmuş  şəxslər  istisna  olmaqla,  digər 

valideynlər  öz  uşaqlarının  psixodiaqnostik  müayinələrinin  nəticələrini  və  bunun  əsasında 

mütəxəssis psixoloqun gəldiyi qənaətləri bilmək hüququna malikdirlər. Psixoloq öz növbəsində 

uşaqların  psixologiyası  ilə  bağlı  valideynlərin  sorğularına  ətraflı  və  dəqiq  cavab  verməyə 

borcludur; 

4.  Müəllimlərin  və  valideynlərin  fikirlərini  və  bir  sıra  digər  amilləri  nəzərə  almadan 

psixodiaqnostik müayinənin nəticələri uşağın taleyi və onun təlim və tərbiyə imkanları haqqında 

yekun rəyin çıxarılması üçün əsas ola bilməz.  

5.  Təhsil sistemində işləyən psixoloq psixodiaqnostika üzrə işi müəllim və tərbiyəçilərlə sıx 

əməkdaşlıq şəraitində qurmalı, onları uşaqlar haqqında zəruri məlumatlarla tanış etməlidir. 

Praktik  psixodiaqnostika  təcrübəsində  istifadə  olunan  metodikaların  əksəriyyəti  yaş 



norması adlandırılan anlayışla bağlıdır. Bu anlayış psixi və fiziki cəhətdən sağlam olan uşaqlarda 

öyrənilən  psixi  xüsusiyyətlərin  orta  inkişaf  göstəricilərini  əks  etdirir.  Yaş  norması  əsasında 

keçirilmiş  müayinənin  nəticələrinə  uyğun  olaraq  uşaqda  xüsusiyyətin  inkişaf  səviyyəsi 

müəyyənləşdirilir. Əgər uşağın fərdi göstəriciləri normadan yüksəkdirsə, onda adətən belə uşağı 

öz yaşıdlarını qabaqlayan, əgər aşağıdırsa, yaşıdlarından geridə qalan uşaq hesab edirlər. Birinci 

halda uşaq akselerant, ikinci halda isə reterdant hesab olunur. 

Qeyd  etmək  lazımdır  ki,  yaş  normaları  mütləq  və  dəyişməz  deyildir.  Uşaqlar  istisna 

olmaqla digər yaş dövrlərinə aid edilən şəxslərin diaqnostikası üçün yaş normaları heç də həmişə 

yararlı hesab edilə bilməz. 

Normalar  həmişə  nisbi  və  dəyişkəndir.  İctimai  tərəqqi  ilə  əlaqədar  olaraq  ötən  əsrin 

əvvəllərində norma kimi qəbul edilmiş göstəricilər şübhəsiz ki, 100 il sonra, yəni müasir dövrdə 

standart kimi qəbul edilə bilməz. Müasir dövrdə uşaqlar akselerasiyanın təsirinə məruz qalırlar 

və onların fiziki inkişaf göstəriciləri kimi, intellektual, şəxsi davranış göstəricilərində də norma 

kimi qəbul edilən orta inkişaf göstəricilərində əhəmiyyətli dəyişikliklər nəzərə çarpır. 

Psixoloqlar belə hesab edirlər ki, yeni normaların standartları dəyişdiyindən müasir dövrdə 

on il  əvvəlki dövrə aid normalardan  praktik olaraq  istifadə etmək olmaz. Hər üç-beş ildən bir 

həmin normalara yenidən baxılmalı, dəyişikliklər və əlavələr edilməlidir. Uşaqda bu və ya digər 

psixi keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə keçirilən psixodiaqnostik müayinənin nəticələri 

əsasında verilən qiymətə görə uşağın gələcək inkişafı haqqında qəti mühakimə yürütmək olmaz. 

Bu fikri uşaqların qabiliyyətləri haqqında da demək olar. Diaqnostik müayinənin keçirildiyi vaxt 

uşağın qabiliyyətinin aşkar edilmiş səviyyəsi heç də onun gələcəyi haqqında dəqiq proqnozların 

əsas mənbəyi kimi qəbul edilə bilməz. Bu, gələcəkdə bir sıra amillərdən – uşaq tərəfindən yeni 

təcrübənin  mənimsənilməsi,  təlimin  keyfiyyəti  və  onun  təkmilləşdirilməsi,  uşaqda  idrak 

əhəmiyyətli yeni motivlərin formalaşması səviyyəsindən asılı olaraq dəyişə bilər.  




Praktik  psixodiaqnostika  psixoloji  xidmət  sisteminin  ən  çətin  sahələrindən  biridir. 

Psixoloji  müayinənin  keçirilməsi,  müvafiq  metodikaların  seçilməsi,  nəticələrin  düzgün 

qiymətləndirilməsi  psixoloqdan  xüsusi  ixtisas  hazırlığı,  peşəkarlıq  və  məharət  tələb  edir.  Bu 

istiqamətdə  iş  zamanı  ən  böyük  çətinlik  uşaqların  istedad  və  qabiliyyəti  ilə  bağlı  proqnostik 

əhəmiyyətli  müayinələrin  aparılması  zamanı  meydana  çıxır.  Burada  birinci  çətinlik  ondan 

ibarətdir ki, uşağın qabiliyyəti praktik olaraq adətən ona verilmiş xüsusi testin nəticələrinə görə 

qiymətləndirilir. Lakin uşaq tərəfindən ona verilmiş tapşırığın (testin) yerinə yetirilməsi yalnız 

onun  qabiliyyətindən  deyil,  həm  də  motivlərdən,  mövcud  bilik,  bacarıq  və  vərdişlərin  inkişaf 

səviyyəsindən  də  asılıdır.  İnkişafın  nəticələri  haqqında  proqnozun  verilməsi  isə  əksinə, yalnız 

qabiliyyətlər  haqqında  bilikləri  tələb  edir.  Qabiliyyətlərin  inkişafı  və  təkmilləşdirilməsi 

perspektivi praktik olaraq hər bir sağlam uşaq üçün müyəssərdir. Burada xüsusi diqqət tələb edən 

amillərdən biri də uşaqların qabiliyyətlərinin daha da yaxşılaşdırılması və inkişafı üçün optimal 

şəraitin, inkişafetdirici mühitin yaradılmasıdır. Bəzən elə olur ki, psixoloji testləşdirmədən keçən 

hər hansı bir uşaq onu vaxtında yaxşı təlim və tərbiyə etmədiklərinə görə, aşağı nəticələr göstərir. 

Lakin  təlim  və  tərbiyə  şəraiti  yaxşılaşdırıldıqdan  və  ya  məktəbi  dəyişdirdikdən  sonra  o,  çox 

keçmədən sürətlə yüksək təlim göstəricilərinə sahib olur, yaşıdlarını arxada qoyur. Ona görə də

uşaqlar  üzərində  tətbiq  olunan  hər  hansı  bir  psixodiaqnostik  metodika  yararlılıq  baxımından 

qeydiyyatdan keçməlidir.  

Müasir psixodiaqnostika  təcrübəsində tətbiq olunan  metodikaların işlənilib hazırlanması 

çoxcəhətli  və  mürəkkəb  mərhələlərdən  keçir.  Təqdim  olunan  metodikaların  bir  sıra  tələblərə 

cavab verməsi, onun tanınması və qeydə alınması aşağıdakı mərhələlərdən keçməlidir: 

1.Təqdim  olunan  metodikanın  vasitəsilə  öyrəniləcək  xassə  və  ya  keyfiyyətin  dəqiq 

müəyyən edilməsi; Əks halda həmin metodikanın xarakteristikası və onun yararlığı öz diaqnostik 

dəyərini itirmiş olur; 

2. Metodikanın uşaqlarda bu və ya digər xassə və keyfiyyətin inkişaf dərəcəsinin müəyyən 

edilməsi  üçün  zəruri  və  obyektiv  əlamətlər  kompleksini  aşkar  etməyə  müvafiq  olması;  Bu 

əlamətlər birqiymətli olaraq metodoloji cəhətdən tələblərə uyğun olmalıdır; 

3.  Fəaliyyət  üçün  seçilmiş  əlamətlərin  əməliyyatlar  şəklində  reallaşan,  yəni  əməliyyat 

sistemlərinin işlənilməsi praktik olaraq müşahidə, ilkin məlumatların əldə edilməsi və relevant 

əlamətlərin yenidən işlənilməsini, ardıcıllığını tamamlamalıdır; 

4.  Metodikanın  tətbiqinin  nəzəri  məsələlərinin  işlənilməsi;  Əgər,  məsələn,  bu  metodika 

test-sorğudan  ibarətdirsə,  onda  bu  mərhələ  seçilmiş  əlamətə  aid  suallar  ardıcıllığının  tərtib 

edilməsi, sınanılan şəxslərin eksperiment zamanı fəaliyyətinə aid təlimatların onlara çatdırılması 

və psixoloqun tədqiqat zamanı fəaliyyətini özündə əks etdirməlidir. 

5. Tətbiq olunan metodikanın dəqiqliyi, etibarlılığı və yararlılığının yoxlanılması; 

6.  Təklif  olunan  metodikanın  praktik  olaraq  yoxlanılması  məqsədilə  uşaqların  həmin 

metodika  ilə  kütləvi  müayinəsinin  keçirilməsi  və  bu  yolla  yaş  normalarının  əldə  edilərək 

dəqiqləşdirilməsi. 

Qeyd  olunan  tələblərin  mürəkkəbliyi  və  ciddiliyi  praktik  psixodiaqnostik  metodikaların 

yaradılması və tətbiqinin olduqca çətin elmi fəaliyyət sahəsi olduğunu söyləməyə əsas verir. Bu 

fəaliyyət  yüksək  ixtisas  hazırlığı,  peşəkarlıq  və  məsuliyyət  tələb  edir.  Ona  görə  də,  səriştəsiz, 

kifayət qədər hazırlığı olmayan şəxslərin bu işlə məşğul olması yolverilməz hesab olunur. 




Yüklə 222,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin