mühəndis psixologiyası, tibbi psixologiya, əmək psixologiyası, elmi və bədii yaradıcılıq
psixologiyası, idarəetmə psixologiyası, pedoqoji psixologiya və s. ilə yanaşı, formalaşma
mərhələsində olan təhsil sistemində psixoloji xidmətin də adını çəkmək olar. Müasir təlimin
strategiyasında, yəni şagirdlərdə metakoqintiv bacarıqların formalaşmasının rolu və
əhəmiyyəti xüsusilə aktuallaşmaqdadır. Təlimin idrak fəallığının xüsusi forması və öyrənmə
məzmunu kəsb edən fəaliyyət növü olduğunu nəzərə alsaq, şagirdlərdə təlim fəaliyyəti bacarıq
və vərdişlərinin formalaşmasında koqnitiv proseslərin müstəsna rolu birmənalı olaraq qəbul
edilməlidir.
Praktik psixoloqun şagirdlərlə aparacağı diaqnostik işlərin sistemində mühüm yüklərdən
biri idrak proseslərin və qabiliyyətlərin aşkara çıxarılmasına yönəlmiş fəaliyyətlə bağlıdır.
Şagirdlərin məktəbdə təlimə başladığı ilk dövrlərdə psixoloji diaqnostika adətən uşağın təlimə
qabilliyinin müəyyənləşdirilməsi, qabiliyyətlərinin aşkara çıxarılması və inkişafda mövcud olan
qüsurların vaxtında müəyyən edilməsi və onların aradan qaldırılması məqsədlərindən irəli gəlir.
Məlumdur ki, şagirdin idrak qabiliyyətləri və tələbatları ilə onun idrak fəallığı və təlim uğurları
arasında birbaşa koppelyasiya mövcuddur. Uşağın idrak qabilliyyətləri və ümumi əqli
potensialı onun intellektual, iradi, emosional aləminin əsas göstəricisi, müxtəlif fəaliyyət
Dostları ilə paylaş: |