Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya



Yüklə 152,92 Kb.
səhifə7/81
tarix01.01.2022
ölçüsü152,92 Kb.
#103704
1   2   3   4   5   6   7   8   9   10   ...   81
2)Psixologiya elminin sahələri: Müasir dövrdə sosial psixologiya insanmünasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosialbələdləşmədavranışının psixi xassələrə necə yiyələnməsini aydınlaşdırmağa imkan verir. Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. şübhəsiz şəxsiyyətin psixoloji «ölçülərini» insan, onun spesifik həyat şəraiti, gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə istinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün olmazdı. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf etdirilməsi deməkdir. Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük. Psixologiya çoxsahəli birelmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq. Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psixoloji bilikləri özündə cəmləşdirir. Ümumi psixologiyanın maraqlandığı və həll etməli olduğu qlobal məsələlər, cavab verməli olduğu suallar aşağıdakılardan ibarətdir: Psixika nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malikdir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı kriteriyalara əsasən müəyyənləşdirmək olar? Psixika və beyin arasında hansı əlaqə vardır? Psixi inkişafda anadangəlmə və həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən kriteriyalar hansılardır? Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə onun (insanın) şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. Yaş psixologiyasının uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin psixologiyası, yetgin yaşın psixologiyası, qocalıq yaşının psixologiyası, uzun- ömürlülük psixologiyası (herontopsixologiya) kimi bölmələri vardır. Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiyaelminin insanların fərdi – psixoloji və davranış fərqləriniöyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya»termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur. Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışınirsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir.Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdəuşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmiəsas təşkil edir. Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir. Pixologiyanın mühüm sahələrindən biri olan hüquqpsixologiyası insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islahəmək psixologiyası və s. bölmələri vardır. Müasir psixologiyanın özünə xüsusi yer tutmuş sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar. Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir. Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət edir. Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq yollarını öyrənir. Müasir psixologiya elminin yeni sahələrindən biri olan psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə , prosesi və halətlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin nəzəriyyəsi və praktikası ilə məşğul olur. Etnik psixologiya hər bir xalqın millətin özünəməxsus psixoloji xüsususiyyətləri vardır. Əvvəllər sosial psixologiyanın mühüm bir sahəsi kimi müəyyən qrupda insanların etnik ümumiliyi və milli mənsubiyyəti kimi xüsusiyyətlərini, davranış və rəftar tərzini öyrənmişdir. Hazırda isə etnik psixologiya fənlərarası bilik sahəsi olub insanların psixikasının etnik xüsusiyyətlərini öyrənir. Yəni milli, irqi, etnik mənsubiyyəti nəzərə almaqla insanların psixoloji xüsusiyyətlərini öyrənən elm sahəsidir. Hər bir xalqın özünəməxsus etnik psixoloji xüsusiyyətləri onların davranış və rəftar tərzində, münasibətlər sistemində, adət-ənənələrində, sərvət meyillərində və.s özünü biruzə verir.


Yüklə 152,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin