Mövzu Qlobal iqtisadi trendlələr Plan


məzənnəsininin artım sürətini azaltmaq (sterilizasiya) və mənfi təsirlərə



Yüklə 175,12 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.04.2023
ölçüsü175,12 Kb.
#126102
1   2   3   4   5   6   7   8
AİİP Mövzu 3

məzənnəsininin artım sürətini azaltmaq (sterilizasiya) və mənfi təsirlərə 
məruz qalan sektorların rəqabət qabiliyyətini artırmaq. 
Birinci yanaşma ölkənin valyuta gəlirlərini sterilizə etməyi nəzərdə tutur. Bu 
məqsədlə, valyuta gəlirlərinin dərhal real sektora daxil olmasının qarşısıının 
alınması və gəlirlərin bir hissəsinin xüsusi fondlarda saxlanılması tətbiq olunur. 
Sterilizasiya revalvasiyanın təsirlərini yüngülləşdirir. Sterilizasiyanın digər faydası 
dövlət büdcəsinə pulun daha sabit axınını təmin etməsidir və bu, ölkəyə ildən-ilə 
büdcədəki dəyişikliklərlə bağlı daha çox əminlik verir. Digər tərəfdən ölkə, 
gəlirlərinə nəzarət edərək, qazancın bir hissəsini gələcək nəsillər üçün qoruyub 
saxlayır. Lakin, inkişaf etməkdə olan ölkələrdə bu siyasətin həyata keçirilməsi 
müəyyən müqavimətlə üzləşə bilər. Belə ki, bu ölkələrdə makroiqtisadi təsirlər 
nəzərə alınmadan artan gəlirləri yoxsulluğun azaldılması məqsədilə dərhal 
xərcləmək üçün hökumətə təzyiqlər ola bilər. Srerilizasiya olunmuş pullar 
ölkələrin suveren fondlarında saxlanılır. Avstraliya bu - Gələcək Fondu, İranda - 
Milli İnkişaf Fondu, Küveytdə - Gələcək Nəsillər Fondu, Norveçdə - Pensiya 
Fondu, Rusiya Federasiyasında - Sabitləşmə Fondu, Azərbaycan Respublikasında 
isə Dövlət Neft Fondu adlanır.
Sektorların rəqabət qabiliyyətini artırmaq üçün irəli sürülən strategiya 
böyük məbləğdəki kapital axınlarını nizamlamaq məqsədi ilə iqtisadiyyatdakı 
qənaəti artırmaqdır. Ölkə gəlir və mənfəət vergisini azaldaraq, eyni zamanda 
dolayı vergiləri (ƏDV, aksiz) artımaqla fərdləri və firmaları daha çox qənaət 
etməyə sövq edə bilər. Qənaəti artırmaqla ölkə əmtəə və xidmətlərə daxili tələbi 
azalda və investisiyaları artıra bilər. Təhsilə və infrastruktura qoyulan 
investisiyalar geridə qalan (inkişaf etməyən) istehsalat və ya kənd təsərrüfatı 
sektorunun rəqabət qabiliyyətini artıra bilər. Sektorların rəqabət qabiliyyətini 
artırmaq məqsədi ilə hökumət geridə qalan (inkişaf etməyən) sektorlarda 
proteksionizm tədbirlərinin (subsidiyaların güzəştli kreditlərin verilməsi, vergi 
güzəştlərinin tətbiqi və ya tariflərin artırılması) tətbiqidir.
Təbii resurslara xarici tələbatın artması səbəbindən Kanadada dolların 
qalxması 2000-ci illərin əvvəllərindən 2014-cü ilin sonlarına qədər istehsalat 
sektorunu mənfi təsir göstərdi. 2000-ci illərin sonlarında Çilidə mineral əmtəə 
qiymətlərindəki artım səbəbindən “Holland sindromu”nun xüsusiyyətləri müşahidə 
olunmuşdur. 


Hazırda xammal ehtiyatları ilə zəngin olan ölkələrin hamısı, o cümlədən
Azərbaycan “Holland sindromu”nun mənfi təsiri ilə qarşılaşırlar. Xammal 
satışından əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrindən təcrid etmək 
hesabına bu sahədə ən uğurlru nətəcə əldə edən ölkə Norveç hesab olunur. Zəngin 
neft ehtiyatlarına sahib olan Nigeriya isə, “Holland sindromu”nun mənfi təsirlərini 
öz üzərində ən çox hiss edir və o, yoxsul ölkələr siyahısına başçılıq edir. 

Yüklə 175,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin