Maliyyə bazarının yaradılması zamanı dövlətin sosial-iqtisadi inkişafın
sabitliyini təmin etməsi prinsipial xarakter daşıyır. Dövlətin maliyyə bazarının
tənzimlənməsi (xüsusilə, kredit vəsaitləri bazarının) əsasən respublikanın
qanunvericilik aktları ilə həyata keçirilir
Bütün inkişaf mərhələsində dövlət qiymətli kağızlar bazarının tənzimlənməsinə
vacib bir obyekt kimi baxmışdır. Dövlətin maliyyə siyasətinin təsiri nəticəsində
bazar iqtisadiyyatın seqmentlərindən asılı olacaqdır. Qiymətli kağızları
hazırlayarkən, fəaliyyət göstərən bazar mexanizminə mənfi təsir göstərən subyektiv
amillərlə yanaşı, obyektiv çətinlikləri də aid etmək olar. Belə bir şəraitdə, dövlət
orqanlarından bazar münasibətlərinin tənzimlənməsi və formalaşması üçün səmərəli
və dəqiq fəaliyyət tələb olunur.
Dövlət tənzimlənməsi, qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi üçün əsas
elementin işlənib hazırlanmasını nəzərə alır, investorların hüquqlarının təmin
olunmasına zəmanət verir. Göründüyü kimi, dövlət,qiymətli kağızların dayağı kimi
çıxış edir. Dövlət, qiymətli kağızlar bazarına, vergi siyasəti ilə də təsir edir.
Dünyanın bir çox ölkələri öz təcrübəsində sübut etmişlər ki, qiymətli kağızlar
əməliyyatına düzgün vergi sistemi qoyulduqda, investisiya formasının inkişafını
daha da genişləndirmək olar.
Dostları ilə paylaş: