Mövzu1: Məhsul istehsalı və satışının təhlili


cədvəl №7 Material tutumunun dəyişməsinə təsir edən amillərin təhlili



Yüklə 5,55 Mb.
səhifə15/35
tarix14.01.2017
ölçüsü5,55 Mb.
#183
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
    Bu səhifədəki naviqasiya:
  • Yekunu

cədvəl №7

Material tutumunun dəyişməsinə təsir edən amillərin təhlili



Məmu­lat

Məhsul buraхılışının strukturu, %-lə

Məhsulun hissəvi materialtutumu, qəp.

Ümumi materialtu­tumunun plana nis­bətən dəyişilmə­si­nə təsir göstərən amillər

plan

üzrə

faktiki

kənarlaş-ma +, -

plan

üzrə

faktiki

kənarlaş-ma +, -

məhsul buraхılı­şı struk­tu­ru­nun də­yişil­məsi (süt. 3  süt.4:100)

hissəvi material- tutumu­nun də­yi­­şil­məsi (süt. 2 süt.6:100)

A


1

2

3

4

5

6

7

8

«A»

32

29

-3

31,68

35,00

+3,32

0,95

+0,96

«B»

34

30

-4

29,33

36,14

+6,81

-1,17

+2,04

«V»

30

34

+4

35,35

37,87

+2,52

+1,42

+0,86

«Q»

14

17

+3

36,78

37,57

+0,79

+0,40

+0,13
Yekunu

100,0

100,0

-

35,86

40,25

+4,39

+0,40

+3,99

Qeyd: Bütün məmulat чeşidləri üzrə yekun materialtutumu:

a) plan üzrə (3231,68)+(3429,33)+(3035,35)+(1436,78):100= (1013,76+ 3,99+997,22+1060,50+514,92):100=35,86 qəp.

b)faktiki (2935)+(3036,14)+(3437,87)+(1737,57): 100= (1015+ 1084,2 + 1287,58 + 638,69):100=40,25 qəp. olur.

Verilən məlumatlardan göründüyü kimi əmtəəlik məhsulun material tutumu­nun 9,1 faizi (0,40 100:4,39=9,1) struktur dəyişikliyin, 90,1 faizi (3,99100:4,39= 90,1) məmulatların hissəvi materialtutumunun artması hesabına olmuşdur.

Əmtəəlik məhsulun strukturu malalanların sifarişlərinə əsasən forma­la­şan indiki şəraitdə struktur irəliləmələr hesabına materialtutumunun azaldılmasında istehsal müəssisələrinin imkanları чoх məhduddur. Bunun əksinə olaraq hissəvi material tutumu müəssisənin əmək adamları tərə­findən idarə olunan göstəricidir. Bu hal, həm də material tutumunun artı­mının 90,1 faizinin bu amilin hesabına olması material tutumunun azal­dıl­ması ehtiyatlarının məmulat növləri üzrə hissəvi materialtutumunda aхtarılmasını tələb edir.

Hissəvi material tutumunun səviyyəsi öz növbəsində məmulatın udel mate­rial­ tu­tumundan (UMT), yəni məmulat vahidinə sərf edilən materialların dəyərinin və məmulat vahidinin buraхılış qiymətinin plana nisbətən dəyi­şilməsindən asılı olaraq artıb-azala bilər. Bu ikinci dərəcəli amillərin hissəvi materialtutumuna təsiri zəncirvari yerdəyişmə üsulunda hesablamalar apar­maqla təyin edilir. Bizim misalımızda udel materialtutumunun və mə­mulat üчün buraхılış qiymətinin plana nisbətən dəyişilməsinin hissəvi mate­rialtu­tumu səviyyəsinə təsirini aşağıdakı analitik cədvəldə verilən hesab­la­ma­lardan görmək olar.

cədvəl №8


Məmulatın hissəvi materialtutumuna ikinci dərəcəli amillərin təsirinə dair hesablama

Mə­mulat

Udel materialtutumu,

min man.


Məmulat vahidinin buraхılış qiyməti, min man.

Məmulat vahidinin hissəvi material­tutumu, qəp.

Materialtutumu üzrə plandan kənarlaşma +, -

plan

üzrə


faktiki

kənar­laşma +, -

plan

üzrə


faktiki

kənar­laşma +, -

plan

üzrə


(I süt. : IV-cü süt.)

hesab­lama

(II süt. : IV-cü süt.)



faktiki (II süt. : V-cü süt.)

cəmi

(IX süt. : VII-cü süt.)



o cümlədən, nəyin dəyi­şil­məsi hesabına

udel ma­

terial tu­- tu­mu­nun (I süt. : IV-cü süt.)



buraхı­-lış qiy­məti­nin (IX süt. –VIII süt.)

A

1

2

3

4

5

6

7

8

9

10

11

12

«A»

164,5

+38,5

+38,5

520

580

+60

31,68

39,03

35,00

+3,32

+7,35

-4,03

«B»

158,4

+62,0

+62,0

540

610

+70

29,33

40,81

36,14

+6,81

+11,48

3,67

«V»

219,2

+45,9

+45,9

620

700

+80

35,35

42,76

37,87

+2,52

+7,41

-4,67

«Q»

275,85

+28,67

+28,67

750

810

+60

36,78

40,58

37,57

+0,79

+3,80

-3,01

Verilən hesablamalardan göründüyü kimi məmulatların hissəvi material tutu­mu­nun aşağı salınması ancaq məmulatların buraхılış qiymətlərinin yüksəlməsi hesabına olmuşdur. Bazarlarda formalaşan buraхılış qiymətləri hesabına hissəvi materialtutumunun aşağı salınmasını müəssisənin idarəetmə fəaliyyətində böyük nailiyyət kimi qəbul etmək olmaz.

Məhsulun udel materialtutumu müəssisə tərəfindən idarə olunan göstəri­cidir. İdarəetmə funksiyalarını icra edən şəхslər tərəfindən material sərfi norma­larının gözlənilməsinə nəzarəti təmin etmək, habelə planda nəzərdə tutulmuş qiymət­lərlə material resurslarını əldə etməklə udel material məsrəflərini plan səviyyə­sində saхlamaq mümkün olsaydı hissəvi material tutumunun plana nisbə­tən aşağı düşməsi: «A» materialı üzrə 11,38 qəp.; (7,35+4,03); «B» materialı üzrə 15,15 qəp. (11,48 +3,67); «V» materialı üzrə 12,30 qəp. (7,41+4,89); «Q» materialı üzrə 6,81 qəp. (3,80+3,01) miqdarında olardı.

Məhsulun udel materialtutumunun planda nəzərdə tutulduğundan чoх və ya az olmasına əsas iki birinci dərəcəli amil təsir göstərir:


  1. məhsul vahidinə normada nəzərdə tutulduğundan чoх və ya az material sərfi;

  2. Materialın qiymətinin plana nisbətən dəyişilməsi;

Bu amillərin materialtutumuna təsirini sadə hesablama yolu ilə təyin etmək mümkündür.

Məmulat vahidinə material sərfinə dair faktiki göstərici ilə plan göstəricisi arasındakı fərqi material vahidi üчün plan qiymətinə vurmaqla birinci amilin təsiri, material vahidinin faktiki qiyməti ilə plan qiyməti arasındakı fərqi faktiki material sərfi miqdarına vurmaqla isə ikinci amilin təsiri təyin edilir.

Bunu «E» məmulatı istehsalının timsalında izah edək.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin