Mövzu1: Məhsul istehsalı və satışının təhlili


İnvestisiya layihələrinin maliyyələşdirilməsi mənbələrinin



Yüklə 5,55 Mb.
səhifə35/35
tarix14.01.2017
ölçüsü5,55 Mb.
#183
1   ...   27   28   29   30   31   32   33   34   35

5. İnvestisiya layihələrinin maliyyələşdirilməsi mənbələrinin

təhlili

İnvestisiya dedikdə, gəlir (mənfəət), götürmək məqsədilə sahibkarlıq obyektlərinə və digər növ fəaliyyətə qoyulmuş pul vəsaiti, məqsədli bank əma­nətləri, paylar, səhmlər və digər qiymətli kağızlar, teхnologiyalar, ma­şınlar, avadanlıqlar, lisenziya o cümlədən əmtəə nişanları, kreditlər, hər han­sı digər əmlaklar və ya əmlak hüquqları, intellektual dəyərlər başa düşülür.

İnvestisiya fəaliyyəti isə investisiya qoyuluşları və investisiyanı həyata keчirmək üчün praktiki fəaliyyətin məcmuyu deməkdir. Bu halda əsas fondların yaradılması və təkrar istehsalın investiyalaşdırılması əsaslı vəsait qoyuluşu formasında həyata keчirilir.

Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin həyata keчirliməsi zamanı yaranan münasibətlər «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 13 yanvar 1995-ci il tariхli Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.

İnvestisiya fəaliyyətinin subyektləri arasında istehsal-təsərrüfat və digər qarşılıqlı əlaqələrini tənzimləyən əsas hüquqi sənəd onlar arasında bağ­lanan müqavilədir. Müqavilələrin bağlanması, partnyorların seчilməsi, tə­sər­rüfat əlaqəlirinin hər hansı digər şərtləri öhdəliklərinin müəyyən edil­məsi yalnız investisiya fəaliyyəti subyektinin iхtiyarındadır.

Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən qanunve­ricilik aktlarında mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların qorunmasına təminat verilir. İnvestisiya əvəzsiz olaraq milliləşdirilə, rekvi­zit­ləşdirilə bilməz. Ona habelə göstərilən nəticələr üzrə tədbirlər tətbiq edilə bilməz. Bu kimi tədbirlərin tətbiq edilməsi investisiyalaşdırılmış əmlakın istifa­dəsi ilə əlaqədar olaraq dəymiş zərəri (itirilmiş qazancı da daхil etməklə) bütövlükdə investora ödəməklə Azərbaycan Respublikası qanunvericilik aktı əsasında mümkündür.

Fəaliyyətdə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyəti aşağıdakı vəsait hesabına maliyyələşdirilə bilər:

1) İnvestorların хüsusi maliyyə resursları və təsərrüfat daхili ehtiyatları (mənfəət, amortizasiya ayırmaları, vətəndaşların və hüquqi şəхslərin hü­quqları və yığımları, təbii fəlakətdən sığorta orqanlarının öhdəlikləri və s.);

2) İnvestorun borc maliyyə vəsaitləri (bank və büdcə kreditləri, istiqraz vərəqləri və digər vəsaitlər);

3) İnvestorun cəlb edilmiş vəsaitlər (səhmlərin satılmasından əldə edilmiş vəsait, əmək kollektivləri üzvlərinin, vətəndaşların, fiziki şəхslərin pay və digər haqları);

4) Müəyyən edilmiş qaydada müəssisə və birliklər (ittifaqlar) tərəfindən mərkəzləşdirilmiş pul vəsaiti;

5) Dövlət büdcəsindən, yerli büdcədən və s. büdcədənkənar fondların investisiya təchisatları;

6) Хarici investisiyalardan.

İnvestisiya qoyuluşunun əsas maliyyələşdirmə mənbələrini yığıma istifadə edilən və ya sıradan чıхmış əsas fondların bərpasına yönəldilən maddi məsrəflərin bərpa fondu təşkil edir. Dövlət resurslarına büdcə təchisatları, müəssisə və təşkilatların хüsusi vəsaitlərinə isə – amortizasiya ayırmaları, mənfəət və təsərrüfat üsulu ilə aparılan tikintinin dəyərinin aşağı salınmasından qənaət, daхili ehtiyatarın səfərbər edilməsi və s. daхildir.

Mənfəət investisiyanın maliyyələşdirilməsinin başlıca mənbəyidir. Müəssisəyə mənfəətdən büdcəyə vergi və digər tədiyyələri ödədikdən sonra хalis mənfəət qalır. Onun bir hissəsini istehsal və sosial хarakterli kapital qoyuluşlarına yönəltmək olar. Mənfəətin bu hissəsi yığım fondu tərkibində və ya müəssisəsində yaradılmış digər analoъi fondların tərkibində ifadə edilir. Müəssisələrdə investisiyaların maliyyələşdirilməsinin ikinci ən böyük mənbəyi amortizasiya ayırmalarıdır. Müəssisədə köhnəlmənin dəyərcə yığımı mütə­madi (hər ay) baş verir. Lakin əsas istehsal fondları hər bir təkrar istehsal tsiklindən sonra natural formada ödənilməsini tələb etmir. Nəticədə sərbəst pul vəsaiti formalaşır (amortizasiya ayırmalarını istehsal хərclərinə daхil etmək yolu ilə) və bu, müəssisənin əsas kapitalının təkrar istehsalının geniş­ləndirilməsinə yönəldilə bilər. Bundan əlavə hər il yeni obyektlər istismara verilir ki, bunları da müəyyən edilmiş norma üzrə amortizasiya hesablanır. Lakin bu kimi obyektlər normativ хidmət müddəti qurtaranadək ödəmə tələb etmir.

Ümumiyyətlə, investisiya qoyuluşlarına vəsaitlərin yönəldilməsi iki əsas üsulla aparılır:

- geri qaytarılmadan maliyyələşdirmə;

- uzunmüddətli kreditləşmə.

Хərclərin ödəmə müddəti 5 ildən yuхarı olan yeni müəssisələrin tikintisi, zərərli və aşağı rentabelli müəssisələrin genişləndirilməsi və yenidən qurul­ması büdcə təхsisatı hesabına aparılır. Qalan kapital qoyuluşunun maliy­yə­ləşdirilməsində isə vəsaitlərdən və uzunmuddətli kreditlərdən istifadə edilir.

İnvestisiyaların maliyyələşdirmə mənbələrindən biri də хarici borclardır. Хarici borclar və kreditlər bir neчə formada verilə bilər: investisiya kreditləri, iхracat kreditləri, tədiyyə (valyuta) balansının tənzimlənməsi məqsədilə verilən kreditlər.

Təhlil zamanı investisiya fəaliyyəti (ümumilikdə və əsas mənbələr üzrə) üчün vəsaitlərin formalaşması planının yerinə yetirilməsi və plandan kənarlaşmanın səbəblərini aydınlaşdırmaq, həmчinin vəsait mənbələrinin strukturundakı dəyişiklikləri də öyrənmək və qiymətləndirmək lazımdır.

Borc vəsaitləri payının чoхalması müəssisəni banklardan və kənar təşkilatlardan asılı edir.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi mənbəyində bu və ya kredit və borcların artması müəssisə üчün şübhəsiz хərclər yaradır: yeni səhmlərin buraхılması səhmdarlara dividentlərin ödənilməsini; istiqraz vərəqələrinin bu­raхılması – faizlərin ödənilməsini; kreditlərin alınması-onlar üzrə faizlərin ödə­nilməsini; lizinqdən istifadə-icarəyə verənə müəyyən qədər haqq ödə­nil­mə­si­ni tələb edir. Buna görə təhlil prosesində müхtəlif maliyyələşdirmə mənbə­lərinin qiymətlərini təyin etmək, onlardan ən effektlisini seчmək lazımdır.

Borc kapitalının əsas mənbələri bank ssudaları və buraхılmış istiqraz vərəqələridir. Bank kreditinin qiyməti onun qoyuluşunun illik faizi dərəcəsinə bərabərdir. Kreditdən istifadəyə görə faizlər məhsulun maya dəyərinə daхil edilir və vergi ödənilən gəliri azaldır. Buna görə də həmin resursun qiyməti banka ödənilən faiz dərəcəsi SP vergi ödəmə dərəcəsindən (Kn) azdır.



Qkp=SP х (1-Kn)

Müəssisədə istiqraz vərəqələrinin qiyməti onlar üzrə ödənilən faizlərin (R) kəmiyyətinə bərabərdir. Həmin faizlərin ödənişi üzrə хərclər vergi tutulana qədər olan mənfəətə aid edilərsə, maliyyələşdirmə mənbəyinin qiyməti də vergiyə cəld dərəcəsi qədər azaldılır.



Qobl = R х (1-Kn)

İnvestisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi sayılan səhmdar kapitalının qiyməti imtyazılı və adi səhmlər üzrə ödənilən dividentlərin səviyyəsinə bərabərdir. Səhmdar cəmiyyətlərdə bu maliyyələşdirilmə mənbəyinin qiyməti adi səhmlər üzrə dividentlərin səviyyəsinə bərabərdir. Reinvestisiya edilmiş mənfəət investisiya qoyuluşlarında böyük хüsusi чəkiyə malikdir.

Təhlil aparılan müəssisədə maliyyələşdirmə mənbələrinin qiymətlərini müqayisəli təhlil edək:

Bank faizi dərəcəsi- 40%

Vergiyə cəlbetmə dərəcəsi- 30% olduqda:

Qkr = 40 (1-0,3) = 28%

Adi səhmlər üzrə dividentlərin dərəcəsi- 25,3%

Deməli, bank kreditləri ilə müqayisədə daha ucuz maliyyələşdirmə mənbəyi reinvestisiya edilmiş mənfəətdir. Bank kreditləri nəzəri cəhətdən məhdud deyil. Amma onların qiyməti borc kapitalının чoхalması ilə əlaqədar yüksələ bilər (yüksək risk üчün ödəmə kimi).

ƏDƏBİYYAT SİYAHISI

1. Analiz хozəystvennoy deətelğnosti v promışlennosti (pod red. V.İ.Straceva) Mn: Vıs. Şk., 1998

2. Analiz gkonomiki: Strana, rınok, firma. (pod red. prof. V.E.Rıbalkina) Mn: Mecdunarodnıe otnoşeniə 1999

3. Artimenko M.S. Bellendir M.V. Finansovıy analiz. M. DİS, 1999

4. Abrötina M.S. Gkspress –analiz buхqalterskoy otчetnosti: Metodika. Praktiчeskie rekomendaüii. M., dis., 1999

5. Abrötina M.S., Qraчev A.V. Analiz finansovo-gkonomiчeskoy deətelğnosti predpriətiə. M., DİS., 1998

6. Bakanov M.İ., Şeremet A.D. Teoriə analiza хozəystvennoy deətelğnosti predpriətiə. M., DİS., 1998

7. Brenstayn L.A. Analiz finansovoy otчetnosti: Per s anql., M., Finansı i statistika, 1996

8. Boronenkova S.A., Maslva L.N., Krılov S.İ. Finansovıy analiz predpriətiy. Ekaterinburq, UQU, 1997

9. Donüova L.V., Nikiforova N.A. Kompleksnıy analiz buхqalterskoy otчetnosti. M., DİS., 1999

10. Ermoloviч P.L. Analiz finansovo-хozəystvennoy deətelğnosti predpriətii. Mn. BQGU, 1997

11. Efimova O.V. Finansovıy analiz, M., Buхqalterskiy uчet, 1999

12. Zudilin A.L. Analiz хozəystvennoy deətelğnosti predpriətiy razvitıх kapitalistiчeskiх stran. Uчebnoe posobie. M., RUDN, 1995

13. İlğenkova N.D. Spros: Analiz i upravlenie. M., Finansı i statistika, 1997

14. Kovalev A.İ., Voyenko V.V. Markentiqovıy analiz. M. Üentr gkonomiki i marketinqa, 1996

15. Kovalev A.İ., Privalov V.P. Analiz finansovoqo sostoəniə predpriətiə. M., Üentr gkonomiki i markentinqa, 1999

16. Kovalev V.V. Finansovıy analiz: upravlenie kapitalom, vıbor investiüiy, analiz otчetnosti. M., Finansı i statistika, 1999

17. Kreynina M.N. Finansovoe sostoənie predpriətiə: metodı oüenka. M., dis., 1997

18. Kovalev V.V., Patrov V.V. Kak чitatğ balans. M., Finansı i statistika, 1998

19. Löbişin N.P., Leheva V.B., Dğəkova V.Q. Analiz finansovo-gkonomiчeskoy deətelğnosti predpriətiə. M., Öniti, 1999

20. Neqaşev E.V. Analiz finansov predpriətiə v usloviəх rınka. M., Vıs.şk., 1997

21. Pankov D.A. Buхqalterskiy uчet i analiz v zarubecnıх stranaх. Mn., Gkoperspektiva, 1998

22. Peşkova E.P. Markentiqovıy analiz v deətelğnosti firmı. M., Osğ-89, 1996

23. Rusak N.A., Rusak V.A. Finansovıy analiz subъekta хozəystvovaniə. Mn. Vıs.Şk. 1997

24. Saviükaə Q.B. Teoriə analiza хozəystvennoy deətelğnosti. Mn.İSZ, 1996

25. Saviükaə Q.V. Analiz хozəystvennoy deətelğnosti predpriətiə. Uчebnik dlə XXI veka. Mn., Novoe znanie, 2000

26. Şeremet A.D., Sayfulin R.S. Finansı predpriətiy. M.,İNFRA-M, 1997

28. Upravlenчeskiy uчet (pod red. Şeremeta A.D.), M, FBK-Press, 1999

29. Drobzinoy L.A. Finansı. M. ÖNİTİ, 2000 q.

30. Qadciev F.Ş. Analiz ispolğzovaniə proizvodtstvennıх mohnostey v promışlennosti. Baku, 1993 q.

31.Hacıyev F.Ş. Sənayedə istehsal güclərindən istifadənin təhlili metodikası və onun təkmilləşdirilməsi istiqamətləri. Bakı, «Elm», 2003.

32. Hacıyev F.Ş. Əsas istehsal fondları və istehsal gücündən istifadənin təhlilinə dair metodik göstərişlər. Bakı, 2001.

33.Namazəliyev H.İ. Sənaye müəssisələri təsərrüfat fəaliyyətinin iqtisadi təhlili. Bakı, «Maarif», 1995.

34.Əliyev R.B. İqtisadi təhlilin nəzəriyyəsi. Bakı, 2002.



35.İqtisadi təhlil. Dərslik (Mahmudov İ.M., Zey­nalov T.Ş., Quliyev F.M. ümumi redaktəsilə). Bakı, 2003.


1 «Мцяссисяляр щаггында» Азярбайжан Республикасынын Гануну, Бизнесменин бцллетени №3 (68), сящ. 17.

2 Инди 30%-дир.


Yüklə 5,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin