s/s
|
Xarakterik cəhətləri
|
Bazar modelləri
|
Azad rəqabət
|
Xalis inhisar
|
İstehsalçı rəqabət
|
Oliqopoliya
|
1
|
Firmaların sayı
|
Həddən artıq çox
|
Bir
|
Çoxlu
|
Bir neçə
|
2
|
Məhsulun tipi
|
Standartlaşmış
|
Unikal
|
Differensial
|
Standart və ya differensial
|
3
|
Qiymətə nəzarət
|
İstisna olunur
|
Əhəmiyyətli
|
Həddən artıq dar çərçivədə
|
Məhdud və ya əhəmiyyətli dərəcədə gizli razılaşmalar əsasında
|
4
|
Sahəyə daxil olmaq şərtləri
|
Çox asan
|
Məhdud imkanlarla
|
Nisbətən asan
|
Mümkün qədər çətin
|
5
|
Qeyri-qiyməçt rəqabəti
|
yoxdur
|
Demək olar ki, yox
|
Keyfiyyətə, reklama, ticarət markalarına xüsusi diqqət yetirilir
|
Məhsulun differensiallaşdığı şəraitdə xüsusi tipik xarakter daşıyır
|
Qeyri-qiymət qənaəti yüksək keyfiyyətə malik, ən yaxşı etibarlılıq və xidmət müddəti, yüksək məhsuldarlığı, həmçinin geniş assortimenti ilə şərtlənən məhsulun təklif edilməsini nəzərdə tutur. Qeyri-qiymət rəqabətində istehsal olunan məhsulda ekoloji şərtlər, enerji tutumu, iqtisadi və estetik göstəricilər, onun təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Daha keyfiyyətli məhsul istehsalı bazarda hakim mövqeyə malik olmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Bazarda rəqabət münasibətlərinin ən mühüm vasitələrindən biri əmtəənin markalarıdır. Əmtəə və onu istehsal edən və ya satan ticarət firmasının markası və onun nüfuzu məhsulun reallaşdırılması zamanı Ən mühüm şərtlərdən biri hesab edilir.
Rəqabət mühitinin ən əhəmiyyətli cəhəti istehsal xərclərinin aşağı salınması, məhsulun assortimentinin dəyişən tələbata uyğun surətdə yeniləşdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması, məhsulun və onu istehsal edən firmanın rəqabət qabiliyyətinin yüksəldilməsi, qanunvericilik yolu ilə dövlət tərəfindən hüquqi müdafiənin təmin edilməsi və inhisarçı fəaliyyətin məhdudlaşdırılmasıdır.
Dostları ilə paylaş: |