Müasir bazar iqtisadiyyatın əsas iqtisadi ünsürlərindən olan firmalar və firmalar arası bazar münasibətləri tədqiqqi xüsusi əhəmiyyətə malikdir



Yüklə 0,56 Mb.
səhifə15/38
tarix05.01.2022
ölçüsü0,56 Mb.
#111607
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
Azad (təkmil) rəqabətin əsas əlamətləri. Bu rəqabət mühitində istehlakçıların sayı məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq baxımından mütləq mənada sərbəstliyə malikdirlər. Azad rəqabətə misal olaraq hər bir vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması və öz fəaliyyətini dayandırmaq hüququnu göstərmək olar. Bu hüququn özü belə müxtəlif aspektləri əhatə edir. Belə ki, fəaliyyət sahəsimüəyyənləşdirilir, ona uyğun bu və ya digər strukturlar formalaşdırılır, muzdlu işçilər cəlb edilir, səhmlər alınır, dövlət istiqrazları cəlb edilir, investisiya qoyuluşu təmin olunur və s. Azad rəqabət şəraitində vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi mümkündür. Azad rəqabət sistemində istehlakçıların diskriminalının bütün formaları istisna olunur.

Azad rəqabət şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq mənada mobil xarakter daşıyır, yəni daim hərəkətdə olur. Azad rəqabət mühitinin iştirakçıları öz maliyyə resurslarını sadəcə olaraq yerləşdirmir, əksinə gəlirlərin artmasına yönəldirlər. Eyni zamanda istehsal və satışın genişlənməsi baxımından kapitalın yerinin dəyişdirilməsi də həyata keçirilir. Bu isə yalnız o halda mümkündür ki, həmin sahəyə əlavə resurslar cəlb edilir, qabaqcıl texnologiya tətbiq edilir.

Hər bir rəqabət iştirakçılarının tam informasiya (tələb, təklif, qiymət, mənfəət norması və s. haqqında) əldə etməsi səhmlərin cəlb ediliməsinə, məhsul satışında, tərpənməz əmlakın alınmasında ən düzgün və optimal variantların seçilməsinə imkan verir. Sonuncu halda iştirakçı dərk etməlidir ki, qoyulmuş səhmlər ona maksimum gəlir əldə etməyə imkan verməlidir.

Məhsulun müxtəlif mənada eyni adlı və yeni növlü olması ticarət markalarının və məhsulun keyfiyyətinin digər fərdi xarakteristikasının məhdudlaşdırılmasını özündə əks etdirir.

Azad rəqabət şəraitində heç bir iştirakçı qərarların qəbul edilməsi zamanı digər iştirakçılara təsir göstərmək imkanına malik deyil. Bu isə ilk növbədə onunla bağlıdır ki, bazarda əmtəə istehsalçılarının sayı çoxdur və bundan əlavə hər bir istehsalçı və satışının əmanəti ümumi istehsalın həcmində daha doğrusu təklifin strukturunda nəzərə çarpmır. Ona görə də ayrı-ayrı istehsalçıların öz məhsullarına qoyduqları qiymət ümumi bazar qiymətlərinə təsir edə bilmir. Beləliklə, azad rəqabət şəraitində qiymətin real səviyyəsi iqtisadiyyatın ayrı-ayrı subyektlərinin iradəsindən az asılı olur və hansısa «gözəgörünməz əl» vasitəsilə müəyyənləşdirilir.

Təkmil (azad) rəqabətin iqtisadi nəticələri aşağıdakı 1№-li sxemdə göstərilmişdir.

Azad rəqabət şəraitində tələb və təklifin tərəddüdləri dövri olaraq bir sahədə istehsalın həcminin artmasına, digər sahədə isə azalmasına gətirib çıxarır. Bir firmada gəlirlərin artımı, digərində onun aşağı düşməsi ilə müşahidə olunur. Xırda müəssisələr rəqabətə davam gətirmədiyindən iri müəssisələr tərəfindən özlərinə birləşdirilir. Bu da istehsalın təmərküzləşməsinə və mərkəzləşməsinə gətirib çıxarır. Bunlar isə öz növbəsində ishisarçılığın yaranmasına və bazarda hakimiyyətin zəbt olunmasına səbəb olur.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin