Bazardaxili və ya konsentrik şəbəkələr. Bunlar əsasən yapon və koreya iqtisadiyyatı üçün xarakterikdir. Tanınmış keiretsu və chaebol “müəssisələr qrupu” bir-birilə əlaqəsi olmayan sahələrdə fəaliyyət göstərən firmalar arasındakı birlikdir. Bazardaxili şəbəkənin tərkibinə rəsmi olaraq müxtəlif sahələrdə fəaliyyət göstərən firmalar və mübadilə bazasında onlarla şaquli əlaqəyə malik firmalar daxildir. Onlar mədəniyyətin, identikliyin və strateji qərarların qəbulunda, resursların mübadiləsi sferasında sıx qarşılıqlı əlaqə ilə xarakterizə olunur. Mərkəz rolunda şəbəkədə marketinq həlqəsi kimi fəaliyyət göstərən ticarət kompaniyası çıxış edə bilər. O iri şaquli subpodratçı qruplarla, distribyutor kompaniyaları və peyk-firmaları ilə əlaqəyə malik olan və çox vaxt rəqiblərlə də texnoloji birliklərdə çıxış edən şəbəkə təşkilatının istehsalçı-üzvləri ilə əlaqəlidir. Məsələn, Toshiba firması birbaşa mübadiləyə əsaslanmış yəxminən 200 kompaniya ilə əlaqələr saxlayır, daha aşağı səviyyədə isə onun 600 “nəvə-kompaniyaları” ilə əlaqələri mövcuddur (Gerlach, 1992). Yapon və koreya şəbəkə firmalarının strukturlarının anlaşılmaz görünməsinə baxmayaraq, maraqlıdır ki, bu yaxınlarda bəzi müəllifllər ilk növbədə Virgin brendi ilə əlaqəli, ancaq, əsasən əməkdaş-kompaniyalar tərəfindən maliyyələşdirilən musiqi və əyləncə, daşıma, maliyyə xidmətləri, müxtəlif brend mallarının istehsalı və satışını göstərərək Virgin kompaniyasının fəlaiyyətini keiretsy tipinə aid etməyə cəhd göstərmişlər (Piercy, 1997).