Satın alma : Burada bir firma digər bir firmanı satın alaraq onun ticari ünvanınıaradan qaldırır. Bu formada satın alınan firma satın alan firmanın içərisində ərimiş olur.
Birləşmə : Burada ən azı iki firma birləşərək yeni bir firma meydana gətirirlər. Birləşən firmaların ticari ünvanları dəyişərək yerinə yeni yaradılan firmanın ünvanı keçir.
Holdinqləşmə : Bir firma başqa bir firmanın idarəçiliynə sahib olacaq səviyyədə sərmayəyə sahib olması nəticəsində təşkil olunan firmalar birliyinə holdiqləşmə deyilir. Burada digər firmaların sərmayə payı tamamilə ya da idarəçiliyə sahib olacaq səviyyədə sərmayə payına sahib olan firma holdiq firma (ana firma) , tabe olan firma isə kiçik və ya bağlı firma adlandırılmaqdadır.
Beynəlxalq səviyyədə firmalar arası kapital qoyuluşu formalarına görə uzun və qısa müddətli kapital qoyuluşlarına bölünür.
Firmalar arası maliyyə birliklərinin ən geniş yayılmış forması konsorsiumlardır .Konsorsium iri maliyyə tutumlu iqtisadi layhələriun həyata keçirilməsi zamanı firmalar arasında yaradılan maliyyə birlik formasıdır ki, beynəlxalq miqyaslı layhələrin həyata keçirilməsi zamanı yaradılı. Məsələn xəzər neftinin dünya bazarına çıxarılması məqsədiylə bağlanmış əsrin müqaviləsi dünyanın bir çox iri firmaları ilə SOCAR-ın yaratdığı konsorsium sayəsində həyata keçirilmişdir.Firmalar arası maliyyə münasibətləri firmaların bazar fəaliyyəti zamanı digər firmalararla qarşılıqlı bazar əməliyyatlarını həyata keçirmək üçün qurulur. Bu da öz növbəsidə firmalar arası maliyyə ortaqlıqlarına da çevrilə bilir.
Müasir bazar iqtisadiyyatı şəratində firmalar arası maliyyə birlikləri əsasən maliyyə bazarı iştirakçısı olan firmalar arasında yaradılır.Məsələn ABŞ-ın iki nəhəng maliyyə devləri olan Travels Grups siğorta şirkəti ilə Citicorp bankı son maliyyə böhranının mənfi təhsirindən qorunmaq üçün dünyanın ən iri maliyyə kapitalına malik olan bir bank yaratdılar ( Citibank kapitalının həcmi hazırda 73 mlyard dollardı). Firmalar arası maliyyə birlikləri firmaların öz maliyyə resuslarının birgə istifadəsinin daha səmərəli və daha az riskli olduğu şəraitdə meydana çıxır. Həmçini bu birliklər bir firmanın digər firmaya iri həcimli kapital qoyuluşu ilə də müşahidə olunur.
Bu cür maliyyə birliklərinin ən geniş yalyılmışı konsorsuyumlar olsa da onlar sadəcə bir və ya bir neçə layhənin həyata keçirilməsi üçün yaradılır bu layhələr bitdikdən sonra isə bu maliyyə birlikləri öz fəaliyyətinini dayadırır . Ümumiyyətlə maliyyə birlikləri uzun müddətli mövcud olmur. Firmalar əsasən bazarda özlərinə maliyyə tərəfdaşları yəni bank və ya kredit təşkilatlarının köməkliyindən daha çox istifadə etməyə çalışırlar. Müasir dövürdə maliyyə birlikləri öz yerini virtual şəbəkə birlikləri və stratejik alyaslara verməkdədir bu cür birliklər daha effektiv nəticələr verir. Firmalar arası maliyyə münasibətləri isə əsasən bazar vastəçiləri yəni bankların köməkliyilə həyata keçirilir.
Firmalar arası ticarət münasibətləri bazar iqtisadiyyatı şəratində ən geniş şəbəkəyə malik münasibətlərdəndir.Ticari əlaqələr müasir dövürdə ticarətin beynəlxalq xarakter alması və ticari manelərin bir çoxunun aradan qalxması səbəbindən durmadan inkişaf edir.Bu da öz növbəsidə isdər firmalar arasında mikroiqtisadi səviyyədə istərsədə makroiqtisadi səviyyədə əlaqələrin qurulmasına şərait yaradır.
Dostları ilə paylaş: |