Müasir şəraitdə idarəetmə orqanları arasındakı münasibətlərin tənzimlənməsi istiqamətləri”


NƏTİCƏ ...............................................................................................................44



Yüklə 80,23 Kb.
səhifə3/10
tarix10.01.2022
ölçüsü80,23 Kb.
#108743
1   2   3   4   5   6   7   8   9   10
NƏTİCƏ ...............................................................................................................44

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI ..............................................49

GİRİŞ

Bizləri əhatə edən dünyanın universal və çox mühüm elementi – idarəetmədir. İdarəetmənin mahiyyətinə nəzər salsaq onun çox geniş anlayış olduğunun şahidi olarıq. İdarəetmənin cəmiyyətlə bağlı hissəsi dövlət idarəetməsi adlanır. Elmi-texniki inqilab və ümumbəşəri dəyərlərlə əlaqəli müasir postindustrial informasiya ilə geniş təmin olunan cəmiyyətdə dövlət idarəetməsinin ölkə daxilindəki rolu dəyişir, dünya ictimaiyyətinə inteqrasiyada və qloballaşmada isə müəyyən problemlər meydana çıxır. Doğrudur, ayrı-ayrı ölkələrdə bu problemin həlli yolları da müxtəlifdir. Lakin dövlətin fəaliyyətinin aktivliyi özündə ümumi cəhətləri təcəssüm etdirir. Dövlət idarəçiliyi özünün miqyasına və realizə olunma xüsusiyyətinə görə iki əsas növə ayrılır: mərkəzi dövlət idarəçiliyi və yerli dövləd idarəçiliyi. Bu iki növün arasında duran regional idarəçilik də mövcuddur, lakin regional idarəçilik nadir hallarda xüsusi təşkilati formalara malik olur. Bu da onunla bağlıdır ki, idarəetmənin əsas funksiyaları regional səviyyədə deyil, mərkəzi və yerli səviyyədə həyata keçirilir.

Bütün bunlar idarəetmə orqanları arasındakı münasibətlərin daha ətraflı təhlil olunmasını, bu münasibətlərlə bağlı problemlərin həll edilməsinə zərurət yaratmışdır. Məhz bu zərurət dövlət idarəetmə orqanlarının və yerli idarəetmə orqanlarının bir sistem kimi tədqiq olunmasını, onların elementlərinin dəqiq müəyyən olunmasını labüdləşdirir.

Bu buraxılış işində məhz bu problemin açıqlanmasına cəhd göstərilmişdir. Buraxılış işində bu problem iki fəslə ayrılmış, hər fəsildə dövlət idarəçiliyinə bir sistem olaraq müxtəlif tərəflərdən yanaşılmışdır.

Birinci fəsildə dövlət və yerli özünü idarəetmə idarəçiliyinə, onların mahiyyəti məsələlərinə baxılmışdır. Burada dövlət və dövlət idarəçiliyi haqqında baxışlar və yanaşmalar öz əksini tapmışdır. Bundan başqa dövlət idarəçiliyinə sistemli xarakter verilmiş və bu cəhətdən təhlil olunmuşdur. Yerli özünüidarəetmə fəaliyyətinin hüquqi əsasları araşdırılmişdır. Dövlətin və dövlət idarəetməsinin funksiyaları açıqlanmış, cəmiyyətin və dövlətin inkişafında onun rolu, bu orqanların səlahiyyət bölgüsü araşdırılaraq göstərilmişdir.

İkinci fəsildə dövlətə, dövlət idarəçiliyinə praktik baxımdan yanaşılmışdır. İlk olaraq icra hakimiyyəti orqani ilə yerli özünü idarəetmə hakimiyyəti münasibətlərinin tənzimlənməsi yönümündə məsələlərə toxunulmuş, daha sonra ölkəmizdə bələdiyyə fəaliyyətinin hüquqi-təşkilati sisteminin təhlili geniş şərh olunmuşdur. Bunlara uyğun olaraq dövlət idarəetmə sistemlərinin təşkilati strukturu açıqlanmış, onun müxtəlif həlqələri arasındakı asılılıq göstərilmişdir. Unutmaq olmaz ki, yuxarıda söylənilənləri həyata keçirmək üçün dövlət idarəetməsi müəyyən hüquqi bazaya malik olmalıdır. Bunu nəzərə alaraq, burada, dövlət idarəetməsinin hüquqi əsasları göstərilmişdir, Azərbaycan reallığının təzahürü izah olunmuşdur. Azərbaycan Respublikasının idarəetmə sistemi, bu sahədə aparılan islahatlar, onların nəticələri göstərilmişdir. Ölkəmizin müstəqillik əldə etdikdən bu günə kimi keçdiyi dövlətçilik tarixindən, əldə olunan nailiyyətlərdən bəhs olunmuşdur. Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyindən və nəticəliliyindən danışılmış, bu sahədə olan problemlər və onların aradan qaldırılması yolları göstərilmişdir.




Yüklə 80,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin