2.2 Azərbaycanda yerli özünüidarəetmə fəaliyyətinin hüquqi-təşkilati sisteminin təhlili
Səmərəli və həqiqi yerli özünüidarəetmə cəmiyyətdə onun əsaslarını təşkil edən müəyyən səbəb və şərtlərin mövcud olduğu təqdirdə mümkündür. Belə əhəmiyyətli əsaslardan biri də yerli özünüidarəetmənin hüquqi əsaslarıdır.
Yerli özünüidarəetmənin hüquqi əsaslarını dövlətin yerli özünüidarəetməsinin təşkili və fəaliyyəti məsələlərinin səmərəli tənzimlənməsini təmin edən normativ hüquqi aktlar sistemi, habelə həmin dövlətin yerli özünüidarəetmə sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Avropa məkanında bu sahədə bir sıra böyük əhəmiyyətə malik olan Konvensiya və xartiyalar mövcuddur ki, bu da həmin sənədlərə tərəfdar çıxan dövlətlərə yerli özünüidarəetmə sisteminin daimi olaraq inkişaf etdirilməsi və bu sahədə Avropa standartlarına uyğunlaşdırılması üçün geniş imkanlar yaradır.
Yerli özünüidarəetmə orqanları, qanun çərçivəsində fəaliyyət göstərərək, yerli əhalinin maraqları naminə, onların məsuliyyət daşıdığı ictimai işlərlə məşğul olmaq imkanına malik olmalıdırlar. Müvafiq olaraq, ictimai hakimiyyət, əsasən vətəndaşa daha yaxın olan hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir. Səlahiyyətlər daha yüksək səviyyədə olan orqana o zaman verilə bilər ki, qoyulmuş vəzifənin əlaqələndirmə və həcm tələbləri, habelə səmərəlilik və qənaət tələbləri onun daha aşağı səviyyədə həll olunmasına imkan verməmiş olsun. Bu məqsədlə yerli özünüidarəetmə orqanlarının səlahiyyət dairəsinin müdafiəsinə, yerli özünüidarəetmə orqanlarının vəzifələrinə uyğun olan inzibati strukturların və resursların, səlahiyyətlərin yerli səviyyədə həyata keçirilməsi şərtlərinin, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarətin, onların maliyyələşdirilmə mənbələrinin və hüquqi müdafiəsinin mövcud olmasına aid olan prinsipləri müəyyən etmək lazımdır.
Yerli Özünüidarənin məqsədi vətəndaşlara ən yaxın olan və onların gündəlik həyatına toxunun məsələlər üzrə qərarların qəbul edilməsində fəal iştirak etmək imkanını verən yerli hakimiyyət orqanlarının müəyyən edilməsinin və müdafiəsinin ümumdünya normativlərinin olmamasının aradan qaldırılmasından ibarətdir.
Yerli hakimiyyətlərin siyasi, inzibati və maliyyə sərbəstliyinə təminat verən əsas hüquq normalarını tətbiq etməsi daha məqsədə uyğundur . Belə olduğu təqdirdə o, regionda demokratik düşüncənin və insan hüquqlarının ən geniş miqyasda dəstəklənməsini öz əsas vəzifəsi hesab etməklə, yaradıldığı andan müdafiə etdiyi ərazi idarəetmə prinsiplərinin reallaşdırılması üzrə siyasi iradəsini nümayiş etdirir. Həqiqətən də, belə bir qənaətə gəlmək olar ki, həqiqi demokratiyanın təməl daşı yerli hakimiyyət orqanlarının istifadə etdiyi özünüidarəetmə səviyyəsidir.
Azərbaycan Respublikasında bələdiyyələrin hüquqi-təşkilati sistemini bələdiyyə işçilərinin bu məsələyə yanaşması ilə qiymətləndirək. Lakin bundan öncə onlarla təxminən eyni vəziyyətdə fəaliyyətə başlamış, ancaq daha çox uğurlar qazanmış həmkarları barədə məlumatlı olub-olmamalarına nəzər salaq. Əsas məsələ budur ki, çox zaman digər şərtlər təxminən eyni olduğu halda məhz düzgün təşkilatlanma gələcək səmərəli fəaliyyətin təməlini qoymuş olur. Apardığımız araşdırmalar və müzakirələr göstərir ki, düzgün struktur-funksional quruluşla və təşkilati qanun-qaydalarla fəaliyyət göstərən bələdiyyələr daha çox uğur qazanır və inkişaf üçün zəruri resurs və münasibətə nail olurlar.
Sorğunun tərtib edilməsini aşağıdakı cədvəldə nəzərdən keçirək. İlk öncə göründüyü kimi, respondentlərin yalnız yarıdan bir qədər aşağı qismi özünü kifayət qədər məlumatlı sayır (47,1%). Bunlar gözlənildiyi kimi, əsasən bələdiyyənin rəhbər işçiləridir. Buradan belə bir nəticə çıxır ki, bələdiyyə üzvləri kifayət qədər məlumatlandırılmırlar, bələdiyyələr uyğun ədəbiyyatla, nəşrlərlə az təmin olunurlar.
Cədvəl 1.1. Bələdiyyə işçilərinin bələdiyyə idarəçiliyi haqqında məlumatlılıq səviyyəsi
|
4. Ölkədəki qabaqcıl bələdiyyə idarəçiliyi təcrübəsi haqqında məlumatınız vardırmı?
|
CƏMİ
|
|
1. Bəli
|
2. Xeyr
|
3. Cavab verməyə çətinlik çəkirəm
|
|
CƏMİ, o cümlədən:
|
47,1
|
42,0
|
10,9
|
100,0
|
1. Sədr
|
61,4
|
30,5
|
8,1
|
100,0
|
2. Sədrin müavini
|
50,3
|
36,4
|
13,3
|
100,0
|
3. Şöbə müdiri
|
56,6
|
34,1
|
9,2
|
100,0
|
4. Bələdiyyə işçisi
|
41,6
|
46,5
|
11,8
|
100,0
|
5. Seçkili üzv
|
41,8
|
46,6
|
11,6
|
100,0
|
6. Başqa
|
16,7
|
71,7
|
11,7
|
100,0
|
Bu statistik göstəricilərə biraz yaxından diqqət yetirsək görərik ki, bələdiyyədə çalışan sıravi işçilərlə eyni zamanda, burada özünü məlumatlı saymayan seçkili bələdiyyə üzvləri (o cümlədən, müxtəlif komissiyaların rəhbərləri və üzvləri) də vardır. Buradan isə belə bir nəticəyə gəlmək olar ki, onlar , çox böyük ehtimalla bələdiyyə şuralarında iştirak etmirlər və buna müvafiq olaraq da qəbul edilən qərarlara nə təsir edirlər, nə də onlar bu barədə maraqlanmır və məlumatlanmırlar.
Bu qabaqcıllığın səbəblərini öyrənmək məqsədilə verilən növbəti suala: "Sizcə, onlar ilk növbədə nəyin hesabına müvəffəqiyyət qazanıblar?" aşağıdakı cavablar daha tez-tez səslənmişdir (bu suala bir neçə cavab verilə bilərdi):
Cədvəl 1.2. Bələdiyyə işçilərinə görə müvəffəqiyyətin səbəbləri
İzahat (səbəb)
|
I
səbəb
|
II
səbəb
|
III
Səbəb
|
Bələdiyyə qurumunun başçılarının, liderlərinin şəxsi keyfiyyətləri
|
50,2
|
|
|
Yerli resurslardan effektiv istifadə edilməsi
|
29,7
|
25,8
|
|
Bələdiyyə qurumlarının sərfəli iqtisadi vəziyyəti
|
9,3
|
35,5
|
10,3
|
Dövlət hakimiyyət orqanları ilə sahmana salınmış əlaqələrin olması
|
1,1
|
22,5
|
20,6
|
Bələdiyyə qurumunun optimal inkişafım təmin edən normativ baza
|
2,3
|
11,3
|
32,8
|
Əhalinin, yerli ictimaiyyətin fəallığı
|
0,3
|
4,5
|
36,1
|
Başqa
|
1,2
|
0,5
|
0,3
|
Cavab verməyə çətinlik çəkirəm
|
5,9
|
|
|
Göstəricilərdən göründüyü kimi, bələdiyyələr daha məqsədyönlü fəaliyyətin əsaslarını daha çox bu qurumların ətrafında deyil, onların daxilində axtarmağa meyllidirlər: daha çox ümid bələdiyyə rəhbərlərinin bacarıqları və digər keyfiyyətləri ilə bağlanılır (50,2%) - buna cavab verənlər səbəb kimi birinci yerdə təklif edirlər. İlk dövrdən bələdiyyələrin qeyri-bərabər iqtisadi vəziyyətdə olmasını ikinci vacib səbəb kimi qeyd edirlər (35,5%). Yerli resurslardan düzgün istifadə edilməsi üçüncü yerdə, üst-üstə isə 55,5% halda əsas səbəb kimi səslənmişdir. Nəhayət, əhalinin və yerli ictimaiyyətin fəallığı daha tez-tez səslənən dördüncü səbəb kimi qeyd olunur (36,1%). Bundan bir qədər az halda 32,8%) bələdiyyə qurumlarının optimal inkişafını təmin edən normativ bazanın yaradılması qeyd edilmişdir. Beləliklə, bələdiyyə rəhbərləri və işçilərinin fikrincə, əsas müvəffəqiyyət sxemi, şəxsiyyət amili, bunun hesabına dövlətlə qurulan münasibətlərin nəticəsi kimi resurslara çıxış və nəhayət resurslardan "düzgün istifadə edilməsi" kimi əsas məqamlardan ibarətdir.
Növbəti addım kimi, bələdiyyənin missiyası və təyinatına münasibəti aydınlaşdırmaq vacibdir. Aşağıdakı göstəricilərə diqqət yetirək:
Cədvəl 1.3 Bələdiyyə işçilərinə görə bələdiyyələrin idarəetmə sistemindəki rolu
Bələdiyyələrin idarəetmə sistemində oynadığı rol haqqında aşağıdakı mülahizələrdən hansını siz daha düzgün hesab edirsiniz?
|
Say
|
%
|
1. Bələdiyyə orqanları ilk növbədə yerlərdə dövlət siyasətinin aparıcısı olmalıdır
|
126
|
10,5
|
2. Bələdiyyə əhalinin maraqlarına xidmət edən müstəqil qurumdur
|
800
|
66,7
|
3. Bələdiyyə dövlət və yerli maraqları tarazlaşdıran qurum olmalıdır
|
268
|
22,3
|
4. Cavab verməyə çətinlik çəkirəm
|
6
|
0,5
|
Cəmi:
|
1200
|
100,0
|
Göründüyü kimi bələdiyyə fəallarının öz missiyaları haqqında təsəvvürləri bələdiyyələrin vətəndaş cəmiyyətinin və yerli hakimiyyətin əsası olması baxışına tam uyğun paylanmışdır. Hər üç istiqamətdə bələdiyyələrin müəyyən dərəcədə məsuliyyətləri olmaqla yanaşı əhaliyə xidmət faktoru müasir baxımdan həlledici üstünlüyə malik olmalıdır.
Dostları ilə paylaş: |