Müasir şəraitdə idarəetmə orqanları arasındakı münasibətlərin tənzimlənməsi istiqamətləri”


I FƏSİL.DÖVLƏT VƏ YERLİ İDARƏETMƏ ORQANLARININ QARŞILIQLI MÜNASİBƏTLƏRİNİN ASPEKTLƏRİ



Yüklə 80,23 Kb.
səhifə4/10
tarix10.01.2022
ölçüsü80,23 Kb.
#108743
1   2   3   4   5   6   7   8   9   10
I FƏSİL.DÖVLƏT VƏ YERLİ İDARƏETMƏ ORQANLARININ QARŞILIQLI MÜNASİBƏTLƏRİNİN ASPEKTLƏRİ

1.1Dövlət idarəetməsi və yerli özünü idarəetmənin mahiyyəti, məzmunu və funksiyaları

″Dövlət idarəetməsi″ sosial idarəetmənin növlərindən biridir lakin, öz xüsusiyyətlərinə görə sosial idarəetmənin digər növlərindən fərqlənir. Beləki sosial idarəetmənin başqa növlərindən fərqli olaraq ″dövlət idarəetməsi″ daha geniş istifadə olunan idarəetmə növüdür.

“Dövlət idarəetməsi” anlayışı elmi ədəbiyyatlarda və bir çox ölkələrin qanunlarında ən aktual məfhum hesab olunur. Azərbaycan Respublikası Sovetlər İttifaqı tərkibinə daxil olduğu müddətdə də bu məfhumdan geniş istifadə olunmuşdur. Sovetlər İttifaqı dağıldıqdan və Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra xalqımız özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna başladı. Buna istinadən 12 noyabr 1995-ci il tarixində referendum yolu ilə qəbul olunmuş Konstitusiyamız bu məhfumdan imtina etdiyindən, onun əvəzinə ″icra hakimiyyəti″ işlədilməyə başlandı. Ancaq bu o demək deyildir ki, dövlət idarəetməsi mövcud deyil və ya bu yalnız məhfumların dəyişdirilməsidir. Edilən bu dəyişiklik Konstitusiya ilə elan olunmuş hakimiyyətlərin bölünməsi prinsipi ilə izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə əsasən: ″Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

-qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirirlər.



Dövlət idarəetməsinin geniş və qısa mənada məzmunu aşağıdakı kimi verilə bilər:

  • Dövlət idarəetməsi geniş mənada dövlətin cəmiyyətdə təşkilati-nizamlayıcı və xidməti funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətidir, yəni dövlətin qanunverici, icra, məhkəmə və digər hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsidir.

  • Dövlət idarəetməsi qısa mənada icra hakimiyyətinin həyata keçirilməsi üzrə icra hakimiyyəti orqanlarının icraedici-sərəncamverici fəaliyyətidir, yəni inzibati fəaliyyətdir.

Dövlətin funksiyalarına gəldikdə isə onun mahiyyəti ictimai inkişafın əsas məsələlərinin həllində və hər şeydən əvvəl, ölkə əhalisinin müxtəlif mənafelərinin təmin edilməsində dövlətin oynadığı real rolu ifadə edir. Dövlətin funksiyaları dövlətin inkişafının bu və ya digər dövrlərində onun qarşısında duran əsas vəzifələrdən asılı olaraq müəyyən edilir və bu vəzifələrin həyata keçirilmə vasitəsini özündə təcəssüm etdirir. Dövlət idarəetməsinin funsiyaları kimi aşağıdakıları fərqləndirirlər:

  1. Proqnozlaşdırma və modelləşdirmə (elmi öncədəngörmə, idarəetmə hadisəsi və proseslərinin vəziyyətinin, strukturunun, dinamikasının və perspektivlərinin sistematik araşdırılması). Proqnozlaşdırma gələcəkdə idarəedici təsirə məruz qalacaq proseslərin və vəziyyətlərin elmi əsaslarıdırılmış şəkildə qiymətləndirilməsinin işlənib hazırlanması metodu olub dövlət idarəçiliyində mühüm rol oynayır. Çünki məhz onun vasitəsi ilə bu və ya digər qərarın qəbul olunmasının mümkün nəticələrini müəyyənləşdirmək mümkündür.

  2. Planlaşdırma - bu, dövlət idarəetmə sistemində bu və ya digər proseslərin inkişaf istiqamətlərinin, nisbətlərin, artım sürətlərinin, kəmiyyət və keyfiyyət göstəricilərinin, xüsusi halda, dövlətin funksiyalarının ( iqtisadi, sosial – mədəni, hərbi, müdafiə, mütəşəkkil cinayətkarlıqla və dövlət qulluğu sistemində korrupsiya ilə mübarizə və s.) reallaşdırılması yollarının müəyyənləşdirilməsidir. Bu funksiya həm də dövlət idarəetməsinin məqsəd və vəzifələrinin, inkişaf istiqamətlərinin və dövlət fəaliyyətinin islahatlarının işlənib hazırlanması nəzərdə tutur. Planlaşdırma idarəetmədə planların tərtibi, razılaşdırılması və təsdiqi prosesidir. Bu funksiya qarşıya qoyulmuş məqsədlərə nail olmaqda xüsusi əhəmiyyətə malikdir, çünki gözlənilən nəticələr planlaşdırmanın keyfiyyətindən çox asılıdır.

  3. Təşkiletmə - müəyyən edilmiş prinsiplər və yanaşmalar əsasında dövlət idarəetmə sisteminin formalaşdırılmasını, onun strukturunun, idarəetmə qaydalarını müəyyyən edən əsasnamələrin, reqlamentlərin, normativlərin, tələblərin, cavabdehliyin və s. müəyyənləşdirilməsini nəzərdə tutur.

  4. Koordinasiya – dövlət idarəetməsinin ümumi məqsədlərinə və vəzifələrinə nail olmaq üçün müxtəlif dövlət orqanlarının fəaliyyətinin razılaşdırılmasını və əlaqələndirilməsini nəzərdə tutur.

  5. Nəzarət – dövlət idarəetmə sisteminnin faktiki vəziyyətinin və onun strukturunun tələb olunan standartlara və səviyyəyə uyğun olub – olmadığının təyin edilməsi; dövlət orqanlarının ümumi fəaliyyətinin, idarəetmə subyektlərinin konkret hərəkətlərinin öyrənilməsi və nəticələrinin qiymətləndirilməsi; dövlət idarəetmə sistemində nəzərdə tutulanla faktiki yerinə yetirilənin nisbətinin təyin edilməsi. Nəzarət dövlət idarəçiliyində qanunçuluğun, intizamın təmin olunmasına yönəldiyi üçün ardıcıl, obyektiv, qanuni, operativ və aşkar olmalıdır.

  6. Tənzimləmə - dövlət idarəetmə sisteminin təşkili və fəaliyyəti prosesində idarəetmə metodlarından və vasitələrindən istifadə olunmasını nəzərdə tutur və normativ – hüquqi aktlar, dövlət büdcəsi, vergi sistemi, standartlar, gömrük tarifləri, sahələrin inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və s. vasitəsi ilə həyata keçirilir. Tənzimləmə dövlət tərəfindən qanunvericilik və digər normativ – hüquqi aktların qəbul olunması yolu ilə idarəetmə orqanlarının həyata keçirdiyi idarəetmə prosesinə irəli sürülən ümumi tələblərin reqlamentləşdirilməsini təmin edir.

  7. Uçot – dövlət idarəetməsinin maddi, maliyyə, əmək və s. Resurslarının hərəkəti haqqında, idarəetmə münasibətlərinin, dövlət idarəetmə orqanlarının səlahiyyətlərinin, dövlət idarəetmə qərarlarının reallaşdırılmasının nəticələri haqqında, bütövlükdə dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və onların dövriyyəsi haqqında kəmiyyət formasında ifadə olunmuş informasiyanın qeyd olunması; dövlət idarəetməsinin təşkili və fəaliyyətinə təsir edən bütün amillərin kəmiyyətcə qeydiyyatının aparılmasıdır.

Yerli özünüidarəetmənin ən əsas forması bələdiyyələrdir. Bu da ondan irəli gəlir ki, bələdiyyələr daha geniş imkanlara malik olurlar. Onların ciddi şəkildə təşkilatlanması, özünü maliyyələşdirmə imkanlarının olması və tədricən olsa da, özünüidarəetmə üzrə peşəkarcasına ixtisaslaşmaları problemlərə dərhal reaksiya verməyə, lazımi imkanları operativ şəkildə seçərək problemin həllinə cəlb etməyə imkan verir. Azərbaycan Respublikasında bələdiyyə anlayışı xalq hakimiyyətinin yeni bir formasıdır. Bu sistemin ölkəmizdə tətbiqi azad, demokratik cəmiyyətin bərqərar olmasının başlıca faktorudur. Bələdiyyələrin mövcudluğu inkişaf etməkdə olan ölkəmizdə nəinki azad hökümətin olmasına zəmin yaradır, eyni zamanda azad ruhun varlığını duydurur.

Bələdiyyənin əsas mahiyyəti ondan ibarətdir ki, o, məhdud ərazidə məskunlaşmış insanların hüquq və azadlıqlarının qorunmasını, onların yerli problemlərinin həllində fəal və mütəşəkkil iştirakını təmin edən prinsip və yerli əhalinin fəaliyyətinin təşkili sistemi kimi vətəndaşların həyat səviyyəsinin, rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bələdiyyənin əsasını bir ərazinin sakinlərinə özlərinin ortaq və ümumi maraq və ehtiyaclarını lazımınca qoruya bilmək üçün bu mənafeləri öz orqanları vasitəsiylə müəyyən etmək və bunlardan zəruri hesab etdikləri yerinə yetirmə sahəsində müstəqilliyin verilməsi təşkil edir. Bələdiyyələrin ən arzuolunan cəhəti ondan ibarət olar ki, o, yerli hakimiyyətin qayğısına qalmağa qanunvericiliyə uyğun olar olaraq qalması üçün hüquqlara malik olsun, bu məsələlərin həlli üçün məsuliyyət daşısın, bu vəzifələrin yerinə yetirilməsində həm qanuni müstəqilliyə, həmdə vəsaitlərin xərclənməsində müstəqilliyə malik olsun. Yerli özünüidarəetmə haqqında Avropa xartiyasında verilən tərifdə bu anlayış kimi müəyyən edir.

Bələdiyyənin məzmununa qısa məənada yanaşsaq, o, konkret inzibati ərazidə yerli əhəmiyyətli bütün məsələlərin həllini və məsuliyyəti əhalinin öz üzərinə götürməsi, bu ərazidə vətəndaşların iqtisadi, sosial, mədəni inkişafına təminat verməsi təşkil edir.

Bələdiyyə anlayışında ən başlıca məsələlərdən biridə ondan ibarətdir ki, bələdiyyə hakimiyyəti orqanın necə seçilməsini deyil, insanların yaşayış yerində həyat fəaliyyətinin təşkili məsələləri ilə bağlı qərar qəbulunda müstəqilliyin olmasıdır.

Hal-hazırkı müasir dövrdə bələdiyyə dedikdə aşağıdakı əlamətlərə malik qurumlar başa düşülür.



  1. seçki yolu ilə formalaşdırılan qərarverici və icraedici orqanların olması;

  2. məhdud olsada müəyyən muxtariyyətin olmasi;

  3. ayrca mülkiyyətə və büdcəyə malik olması;

  4. hüquqi şəxs statusu.

Beləliklə, bələdiyyə- bu və ya digər inzibati ərazi vahidində məskunlaşmış əhalini təmsil edən, özünün inzibati idarəetmə aparatına malik olan, seçki əsasında yaradılan orqan tərəfindən yerli əhəmiyyətli məsələlərin və işlərin həll edilməsini həyata keçirən yerli idarə orqanıdır. Bununla yanaşı bələdiyyələr əhalinin geniş təbəqələrinin dövlətin idarə olunması işində yaxından iştirakını təmin edir, onların təşəbbüskarlıq və siyası fəallığı artırır, beləliklə də əsl demokratiyanın – xalq hakimiyyətinin bərqərar olmasına kömək edir.


Yüklə 80,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin