2-Çalışmaq və ümid
Insan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman, çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman, onun köməyinə tələsərək ona arxa və kömək olur. Allaha imanı olan şəxslər heç vaxt özlərini tənha və zəif hiss etmir, mə`yus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübarizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla bütün çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq, insanlar üçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır. Məhz bu səbəbdən də mö`min insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və mə`yus olmaqdır. Mö`minlər isə, heç vaxt məğlub və mə`yus olmurlar. Buna görə də Allahı tanımaq insana ümid bəxş edir.
Dostları ilə paylaş: |