4-Rahatlıq
Psixoloqların araşdırmalarından mə`lum olur ki, ruhi xəstəliyə mə`ruz qalma hazırki dövrdə əvvəlki vaxtlardan daha çoxdur. Onlar belə izah edirlər ki, bu xəstəliyə düçar olmağın səbəblərindən biri “nigarançılıq hissi” keçirməkdir. Gələcək hadisələrin, ölümün, müharibənin, kasıbçılığın, məğlubiyyətin və s. nigarançılığı insanı ruhi xəstəliyə düçar edir. Bunun müalicəsində isə deyirlər: “Bu nigarançılıq aradan qaldıran səbəblərdən biri də Allaha iman bağlamaqdır.” Deməli, Allaha iman bağlamaq nigarançılığı dəf edir. Mehriban, Ruzi verən, bəndələrinin vəziyyətindən hər zaman agah olan və bəndələri ona üz tutan zaman onlara kömək edən Allah, imanlı insanları bu çətinliklərdən də rahat və azad edir. Məhz bu səbəbdən də həqiqi mö`minlər özlərini həmişə rahat hiss edirlər. Heç bir nigarançılıq onlara qalib gələ bilmir. Bütün işləri Allah xatirinədir. Buna görə də, bir ziyan gördükdə əvəzini Allahdan istəyirlər. Hətta müharibə meydanlarında onların üzündə təbəssüm və sevinc hiss olunur.
Qur`an bu barədə belə buyurur: «Iman gətirib imanlarını zülmlə (günahla) qatışdırmayanlar əmin -amanlıqdadırlar və hidayət olanlar (düz yolda olanlar) məhz onlardır.»1
Allahı tanımaq insana aramlıq və rahatlıq bəxş edir. Qur`an buyurur: «O kəslər ki, ayaq üstə, oturduqları və uzandıqları halda Allahı yadlarına salır, göylərin və yerin yaradılışı barəsində fikirləşir (qəlb və dilləri ilə deyir)lər: Pərvərdigara, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun (Cəhənnəm) əzabından qoru.»2
Nə vaxt olmadın ki, axtaram Səni?
Hər vaxt aşkarsan, könül həmdəmi.
Qeybə çəkilmədin gözüm araya,
Üzbəüzdə gördüm baxdım haraya.
Yüz min cilvə ilə səhnədəsən Sən,
Yüz min gözlə Səni seyr edirəm mən.
Ikinci fəsil
DİN
“Din” - ərəb kəlməsi olub lüğətdə müxtəlif mə’nalarda işlənmişdir. Onlardan: “cəza”, “itaət”, “hökm”, s. qeyd etmək olar. Amma, bu sözün ən mühüm və ümdə mə’nası “itaət və əmrə tabe olmaqdır”.
İlahiyyat alimləri dini belə tə`rif edirlər: “Din, Allah-təala tərəfindən bəşəriyyətin xoşbəxtliyə çatmasından ötrü haqq Peyğəmbərlərə (ələyhimussəlam) nazil olan hökmlər və göstərişlər toplusudur. Ona görə bu əmrlərə və qayda-qanunlara tabe olmağı lazım bilmişdir ki, insanlar bunlara tabe olmaqla Allahın və`d etdiyi səadətə çatsınlar.”
Bə’zi alimlər isə belə demişlər: “Din, elə bir İlahi quruluşdur ki, ağıl və təfəkkür sahiblərini öz iradə və ixtiyarı ilə dünyada xeyirə, axirətdə isə səadətə tərəf sövq etdirir və onları düzgün yola istiqamətləndirir.”
Hər iki tə`rifə fikir verdikdə mə`naların eyni olduğunu görürük.
Dinin iki mühüm və əsas dayağı (kökü, şərti) vardır:
1-Varlığın mənşəyinə əqidə (Allaha iman);
2-Bu əqidədən doğan tələblərə əməl etmək (Allahın əmrlərinə itaət);
Din - insanların bu dünyada yaxşı yaşayış və axirət evində əbədi səadəti üçün Allah tərəfindən təqdim olunmuş kamil proqramdır. Şübhəsiz ki, insanların hidayəti (doğru yola sövqü) və xoşbəxtliyi üçün ən kamil olan bu proqram, insanı varlıq aləminin həqiqətləri ilə tanış edir.
Din - problemlərlə qarşılaşmış insan üçün ən e`tibarlı sığınacaqdır. Insana izzət və böyüklük verən yalnız “din” və “iman”dır.
İlahi dinlər ayrı-ayrı fərdlərin və cəmiyyətin islahı, kamala çatması, nicat və xoşbəxtliyi üçün göndərilmişdir.
Dostları ilə paylaş: |