MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə12/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   8   9   10   11   12   13   14   15   ...   89
İslam ictimai dindir
İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun “ictimai” din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, cəmiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir. Buna görə də hər kəs İslamı öyrənməli və düzgün analiz etməlidir.

İslamda tərki-dünyalıq qə`bul olunmazdır. Insan namaz, oruc və digər fərdi əməllərlə yanaşı, cəmiyyət və bəşəriyyət qarşısındakı vacib əməllərini də yerinə yetirməlidir. İslamda vacib buyurulan Vətəni müdafiə etmək, Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq və bu kimi göstərişlər, həmçinin onlardan irəli gələn yüzlərlə, minlərlə vəzifə bunu (dinin ictimai olmasını) deməyə əsəs verir.

Bir sözlə, İslam - həmrəylik, öz ardıcıllarını səadət və xoşbəxtliyə çatdıran, insanı yaşadığı cəmiyyətlə sıx ünsiyyət saxlamağa sövq edən bir dindir.

Hər bir müsəlmanın üzərinə düşən fərdi və şər`i vəzifələri yaşadığı cəmiyyətdə ictimai əlaqələr yaratmaqla icra etməsini zəruri hesab edəriksə, bunu da qə`bul etməliyik ki, cəmiyyət üzvləri ilk növbədə bir-birlərinə qarşı tə`yin olunan hüquq və vəzifələrlə tanış olmalı və onlara riayət etməlidirlər. Bununla yanaşı xalq arasında bir sıra əxlaq normaları və ictimai qayda-qanunlar da vardır ki, insani dəyərlərin qorunması, ümumi asayiş və tarazlığın tənzim olunması onlara necə riayət etməkdən asılıdır. Təbiidir ki, bu normalara düzgün yanaşmayan şəxslər cəmiyyətdən uzaqlaşdırılacaq və kimsənin e`timadını qazanmayacaqdır.

Kamal və sonsuz xoşbəxtlik” arzusunda olan insan, İslam dininin buyuruqlarını yerinə yetirməli və bu işdə ciddi olmalıdır. İstər İlahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, onların hər biri insanın “kamal və sonsuz xoşbəxtliyə” çatması üçün yalnız öz ideyasının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq - insanın xoşbəxt həyat və səadətə - necə çatmasındadır. Görəsən, insan buna nail olmaq üçün hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?

Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar həmişə ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar. Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir. Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif çətinliklərlə qarşılaşmağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. Insanda olan bu xüsusiyyəti İslam alimləri «kamillik axtaran fitrət» adlandırırlar.

Belə bir fitri xasiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə belə bir xüsusiyyətin insan fitrətində mövcud olduğunu e`tiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın “səadət və kamala” çatması üçün bəşəriyyətə müxtəlif üsullar və yollar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.

Qeyd etdik ki, insan “sonsuz xoşbəxtlik” arzusundadır. Əgər bunu qə`bul edəriksə, sözün əsl mə`nasında İslam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qə`bul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki, varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs Vücudu və Zatıdır. Insan kamala yalnız o zaman nail ola bilər ki, Allahın razılığını qazanmaqla Ona yaxınlaşmış olsun. Bunun isə yeganə yolu - İslam dininin göstərişlərinə layiqincə əməl etməkdir.

İslam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. Insanın daimi istək və ehtiyaclarını tə`min edən yalnız Allah-təaladır. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhvə yol vermiş olurlar.

Qur`an-Kərim buyurur: «Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.»1

Pul və var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. Insan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər.

Qur`an bu haqda buyurur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən ibadətinizə) möhtac deyil və hər cür şükrə layiqdir.» 2

İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam tə`limlərində axtarırlar. Allah-təala haqq din olan İslamı insanlara yalnız müəyyən bir zaman üçün deyil, əksinə Qiyamət gününə qədər gələcək bütün zamanlar üçün göndərmişdir.

İmam Hüseyn (ələyhissəlam) “Ərəfə” duasında bu mətləbə işarə edərək buyurur: “İlahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?!”

Insanın kamala çatmasının ən başlıca şərti - Allahın razılığını qazanmaq məqsədi ilə İlahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.

Başqa sözlə desək, İslam, insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Amma bu heç də o demək deyildir ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. Əksinə, insan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış bütün çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.

İslamın söz verdiyi ədalətli cəmiyyətdə yaşamasını, övladlarının sağlam cəmiyyətdə böyüməsini, itirilmiş heysiyyətinin qaytarılmasını, tapdanmış haqlarının bərpasını istəyən, təhqir altında, kölə halında istəməyən, quldarlıq və feodalizm quruluşlarından, monarxiyadan, diktaturadan yaxa qurtarmaq istəyən hər bir kəs mübarizəyə qoşulmalıdır. Əks təqdirdə heç bir şey dəyişməyəcək və dünya zülm ilə dolacaq.

Qur`an buyurur: «Har hansı bir tayfa öz halını (vəziyyətini) dəyişməyincə, Allah da onun vəziyyətini dəyişməz.»1

Insanı xoşbəxt etmək üçün onun həyatını elektrikləşdirmək, kompyüterləşdirmək kifayət etmir. Axı onun döyünən qəlbi, daim rahatlıq axtaran ruhu var! Elmi-texniki tərəqqi insanın cisminə rahatlıq gətirir. O isə təkcə “cism”dən yox, həm də “ruh”dan təşkil olunub. Ruhən xoşbəxt olmayan insan dünyadan imtina edir, intihara əl atır. Əksinə, ruhən xoşbəxt olan insan isə elektronikasız da keçinə bilir. Bəs ruhu necə xoşbəxt etməli? Ruhun xoşbəxtliyi isə yalnız və yalnız Yaradanın əmrlərinə “itaət” etməkdən ibarətdir. Insanın bütün fikirləri, əməlləri və danışıqları Allaha yönəlməli, hədəf yalnız Allah olmalıdır.

Qur`ani-Kərim bu barədə belə buyurur: «Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapar.»2

Dördüncü fəsil


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin