MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 1,31 Mb.
səhifə11/89
tarix10.01.2022
ölçüsü1,31 Mb.
#109524
1   ...   7   8   9   10   11   12   13   14   ...   89
İslam mö`tədil dindir
Müsəlman olan hər bir şəxs öz dinini düzgün tanımalı və ağlına gələn fikirləri din adındın söyləməməlidir. İslam dini insanları “ifrat” (həddi aşmaq) və “təfrit”ə (üzdən getməyə) deyil, “mö`tədil” yola (orta yola) də`vət edir. Başqa sözlə desək, insan istər fərdi, istərsə də ictimai fəaliyyətlərində «həddindən az»a və «həddindən çox»a yol verməməlidir. Bu ikisinin arasında olan «orta yol»u seçib həyatını davam etməlidir. Əgər o, ifrata və ya təfritə yol verərsə, onda günaha batıb əzaba düçar olacaqdır.

Sözümüzü üç misalla aydınlaşdırmaq istərdik:



1-ci misal: Bilirik ki, həddi-buluğa1 çatan hər bir ağıllı insana ömrünün sonuna kimi namaz qılmaq vacibdir. Bə`zən o, vaxtının çox hissəsini məsciddə keçirir və ibadətlə məşğul olur. Ailəsinə isə ruzi qazanmaq yadına düşmür. Belə olduqda, həmin şəxs ifrata varmış olur, yə`ni ibadətdə həddini aşır. Lakin elələri də var ki, Əziz Peyğəmbərimizin (salləllahu ələyhi və əlihi və səlləm) bu hədisini - “Ibadət on hissədən ibarətdir. Onun doqquzu halal ruzi qazanmaqdır” – deyə sübut gətirir və namazı qılmır, yaxud qəzaya verir. Bu şəxs isə təfrit etmiş olur. Yə`ni namaza əhəmiyyət vermir və səhlənkarlıq edərək üzdən yanaşır. Nəticədə həm ifrat, həm də təfrit edən günah qazanmış olur.

Lakin o, mö`tədil yolu seçərsə, yə`ni müəyyən vaxtını ruzi qazanıb, namazı vaxtında qılarsa, onda savab əldə etmiş olar və Behiştə daxil olar.



2-ci misal: Bütün İlahi dinlərdə “donuz” əti yemək haramdır. Əgər insan acdırsa və onu ölüm təhlükəsi gözləyirsə, yanında donuz ətindən başqa halal ruzi olmasa, belə olan halda özünün sağ qalması üçün donuz ətini yeməsə və ölsə, onda o, günahkardır və ifrat etmiş olur. Həmçinin, əgər halal ruzi olan yerdə ürəyi istədiyi zaman donuz əti yesə, onda da təfrit etmiş olur. Yə`ni, hər iki halda Allah-təalanın hökmünə baş əyməyərək özünün seçim və istəyini Allah-təalanın seçim və istəyindən üstün tutmuş, nəticədə isə əbədi əzabı seçmiş olur.

Lakin əgər insanın ölüm təhlükəsi olarsa və donuz ətindən başqa halal ruzi tapılmasa, onda sağ qalması üçün donuz ətindən bir miqdar yeməsi vacibdir. Çünki, Allah-təala insanı hər şeydən üstün tutur və onun ölümdən qurtulması üçün murdardan istifadə etməsinə icazə verir. Belə olduqda, o, vəzifəsini düzgün yerinə yetirmiş olur.



3-cü misal: Allah-təala istər kişinin, istərsə də qadının fitrətində “şəhvət” (cinsi meyl) hissini yaratmışdır. Bə`zən insan bu işdə ya ifrata, ya da təfritə uğrayır. Belə ki, o, daxilində olan həmin “şəhvət” hissini lazım olmayan məqamda istifadə edərək günah qazanaraq zinaya1 mürtəkib olur. O, bu halda ifrata uğrayır. Ya da ömrünün sonuna kimi subay qalaraq gözləri ilə zina2 edir. Bu halda isə təfritə uğramış olur.

Uca Yaradan bizə bu hissi kontrol edib günaha düşməməyimiz üçün mö`tədil yolu tə`yin etmişdir, yə`ni ifrata və yaxud təfritə yol verməməyimiz üçün “kəbin” oxunaraq ailə qurmağı buyurmuşdur.

Deməli, hər kəs ifrata və təfritə yol verərsə, mə`lumdur ki, həm özünə, həm də cəmiyyətə ziyan vuracaqdır. Nəhayətdə isə o, bu dünyada çox acı fəlakət və nəticələrlə üzləşəcək, Axirətdə isə Uca Yaradanın qəzəbinə düçar olacaqdır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin