Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


PEYĞƏMBƏRŞÜNASLIQ HƏDƏFƏ DOĞRU – ÜMUMİ HİDAYƏT



Yüklə 2,41 Mb.
səhifə59/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   55   56   57   58   59   60   61   62   ...   99

2. PEYĞƏMBƏRŞÜNASLIQ

HƏDƏFƏ DOĞRU – ÜMUMİ HİDAYƏT


Münasib şəraitlər əsasında əkilən buğda dənəsi inkişaf etməyə başlayır, dəyişikliklər mərhələsinə keçir, hər an özünə yeni bir forma alır, dəqiq nəzm və tərtibə əsasən müəyyən mərhələləri keçir və nəhayət kamil buğda dənlərinə malik olan bir sünbülə çevrilir. Əgər onun dənlərindən biri yerə düşsə yenə də əvvəlki prosesi başlayaraq, axırda öz məqsədinə çatacaqdır. Hər hansı bir meyvə çəyirdəyini münasib şəraitdə torpağa əkəriksə, torpağın altında inkişafa başlayaraq öz qabığın yarıb yaşıl bir rüşeyim şəklinə düşür, dəqiq və əvvəlcədən onun üçün müəyyən olunmuş bir yolu ötərək böyük və meyvəli yaşıl bir ağaca çevrilir.

Heyvan nütfəsi isə yumurtada, yaxud ana bətnində inkişafa başlayır, hələlik nütfə şəklində olan həmin heyvan ona məxsus olan mərhələləri ötüb keçir, nəhayət həmin heyvanın kamil nümunəsinə çevrilir.

Əvvəlcədən müəyyən olunan və onun tərəfindən qət edilən yol bu dünyada müşahidə olunan hər bir varlığın daxilində qoyulmuşdur və bu da həmin növün taleyidir. Əvvəlcə dən şəklində olub inkişaf edən yaşıl buğda sünbülü heç vaxt qoyuna, keçiyə, yaxud filə dönməz; eləcə də öz növündən olan erkək növ ilə cütləşən (mayalanan) dişi heyvan heç vaxt buğda və yaxud çinar ağacı doğmaz. Hətta əgər körpəsinin təbii əməlində, yaxud bədən üzvlərinin tərkibində bir nöqsanlı hal olarsa məsələn, qoyun bir gözlü doğsa, yaxud sünbülü olmayan bir buğda şaxəsi əmələ gəlsə, onların hökmən müəyyən səbəblər nəticəsində anormal olmasına hökm olunur.

Əşyaların yaranışında və keçdiyi inkişaf proseslərində ardıcıl nəzm və tərtibə, yaradılış növlərindən hər birinin özünəməməxsus təkamül və dəyişikliyə, xüsusi nizama malik olması inkaredilməz bir məsələdir. Bu nəzəriyyədən nəticə olaraq iki məsələni qeyd etmək olar:

1. Yaradılış növlərindən hər hansı birinin yarandığı dövrdən bu dövrü keçdiyi vaxta qədər olan mərhələlər arasında bir növ qırılmaz rabitə bərqərardır. Məsələn, qeyd olunan həmin növ özünün yaranış, inkişaf və dəyişiklik mərhələlərinin hər birində arxadan irəliyə doğru dəf edilir, qarşı tərəfdən isə cəzb olunur.

2. Qeyd olunan qırılmaz rabitəyə nəzər salmaqla mə`lum olur ki, hər bir növün yaranışının əvvəlindən e`tibarən keçdiyi mərhələlərin axırıncısı həmin növ tərəfindən istənilən (mətlub) və təkvini diqqətə malik olacaqdır. Belə ki, yerə əkilən qoz dənəsindən əvvəlcə yaşıl rüşeyim çıxır, həmin vaxtdan e`tibarən böyük bir ağac olmaq istiqamətində inkişafa başlayır; yumurtanın içində, yaxud ana bətnində olan rüşeym də yaradılışının ilk əvvəlindən tam və kamil bir canlı olmaq üçün müəyyən mərhələləri qət edir.

Qur`ani-Kərim özünün mütərəqqi tə`limlərində (burada əşyaların yaradılışı, inkişafı və son məqsədə doğru olan hidayəti mütləq şəkildə Allaha istinad edilir) varlıqların hər birinin öz kamalı istiqamətində keçdiyi yolları “ilahi hidayət” adlandırır və bunları Allaha nisbət verərək buyurur:

O həmin Allahdır ki, hər bir şeyə onun xilqətini əta edib sonra onu hidayət etdi.”1

Başqa bir ayədə isə buyurulur:

O kəs ki, (varlıqları) xəlq edib onu normal hala saldı, təqdir edib hidayət etdi.”2

Yenə buyurulur:

(Varlıqların) hər birinin müəyyən hədəfi vardır ki, (daim) ona doğru gedir.”1

Yenə buyurur:

Biz asimanları, yeri və onların arasında olanları oyun oynamaq üçün yaratmamışıq (bunlar hədəfsiz yaradılmayıb); onlar yalnız haqq olaraq yaradılmışdır (onların yaradılışında müəyyən hədəf və məqsəd vardır); lakin camaatın çoxu (bunu) bilməz.”2



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin