Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai


MƏADŞÜNASLIQ İNSAN, RUH VƏ BƏDƏNDƏN TƏŞKİL OLUNMUŞDUR



Yüklə 2,41 Mb.
səhifə69/99
tarix03.01.2022
ölçüsü2,41 Mb.
#49010
1   ...   65   66   67   68   69   70   71   72   ...   99

3. MƏADŞÜNASLIQ

İNSAN, RUH VƏ BƏDƏNDƏN TƏŞKİL OLUNMUŞDUR


İslam maarifi ilə müəyyən qədər tanış olanlara mə`lum olduğu kimi, kitab və sünnə içərisində ruh və cism, yaxud nəfs və bədən barəsində çoxlu söhbətlər edilmişdir. Belə ki, hiss orqanları vasitəsilə dərk olunan cism və bədənin təsəvvür olunması nisbətən az, ruh və nəfsin təsəvvür olunması isə çox mürəkkəb və müəmmalıdır.

Şiə-sünnü mütəkəllim və filosofları arasında olan tədqiqatçılar ruhun həqiqət və mahiyyəti barəsində müxtəlif nəzəriyyələr söyləmişlər. Lakin müəyyən qədər də olsa, mə`lumdur ki, islam nəzərindən ruh və bədən bir-birinə müxalif olan iki gerçəklikdən ibarətdir. Bədən ölüm vasitəsilə həyat xüsusiyyətlərini itirir və tədricən çürüyüb aradan gedir, lakin ruh nəinki belə deyildir, üstəlik həyat əsalətən və ilk növbədə ruha məxsusdur. Ruh bədənlə əlaqəli olmayınca bədən də ondan həyat kəsb edə bilmir; ruh bədəndən ayrılıb onunla əlaqəsini kəsdikdə (öldükdə) bədən öz fəaliyyətini dayandırır, amma ruh öz həyatını əvvəldə olduğu kimi davam etdirir.

Qur`an ayələrində və Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytindən olan imamların kəlamlarına diqqət yetirdikdə mə`lum olur ki, insanın ruhu qeyri-adi bir varlıqdır; bədənlə bir növ ittihad və və yeganəliyə malikdir. Allah-taala Öz kəlamında buyurur:

“Həqiqətən Biz insanı palçıqdan alınmış olan xülasədən yaratdıq, sonra onu aram bir məkanda nütfə qərar verdik, sonra onu laxta qan şəklinə saldıq, laxta qanı çeynənmiş ətə çevirdik, çeynənmiş əti sümüyə döndərdik, sümükləri ətlə örtdük, bundan sonra onu misli görünməmiş başqa bir varlığa döndərdik.”1

Ayənin bəyan tərzindən aydın olur ki, onun əvvəli insanın maddi və tədrici yaradılışını bəyan edir, sonda isə ruhun, yaxud iradə və şüurun yaranması vurğulanaraq əvvəlki yaranışla tamamilə fərqli olan tam başqa bir yaradılışı bəyan edir.

Başqa bir yerdə məadı inkar edənlərin “insan öldükdən, çürüyüb torpağa qarışdıqdan, bədəni itib batdıqdan sonra yerin tərkibində necə bir yaradılış tapacaqdır?” - deyə verdikləri sualın cavabında buyurur:

De: Ölüm mələyi sizi bədənlərinizdən alacaq, ondan sonra öz Allahınıza tərəf qayıdacaqsınız.”2 Yə`ni, öldükdən sonra çürüyən, torpağın içinə qarışan məhz sizin bədənlərinizdir, lakin sizin özünüz (ruhlarınız) ölüm mələyinin əli ilə bədənlərinizdən alınaraq Allah yanında qorunub saxlanır.

Bu kimi ayələrdən əlavə, Qur`ani-Kərim ətraflı və hərtərəfli bir bəyanla mütləq ruhu qeyri-maddi bir şəkildə bəyan edərək buyurur:

Səndən ruhun həqiqəti barəsində soruşurlar: De: Ruh mənim Allahımın əmri qəbilindən olandır.”3

Başqa bir yerdə isə Öz əmrini təqdim edərək buyurur:

Allahın əmri (budur ki,) bir şeyi istədiyi (iradə etdiyi) zaman ona “ol!” dedikdə heç bir fasilə olmadan vücuda gəlir və hər bir şeyin mələkutu da elə budur.”4

Bu ayələr göstərir ki, əşyaların yaranışında Allahın fərmanı tədrici deyil, zaman və məkanın əhatəsindən xaricdədir. Deməli, Allahın fərmanından başqa bir həqiqəti olmayan ruh da maddi deyildir, onun vücudunda tədricilik, eləcə də zaman və məkandan asılı olan maddi xüsusiyyətlər yoxdur.



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin