MüƏLLİF: ustad müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: AĞabala mehdiyev kitabın adı: İlahi ədalət Müəllif: Ustad Mürtəza Mütəhhəri



Yüklə 5,32 Mb.
səhifə23/24
tarix02.07.2018
ölçüsü5,32 Mb.
#55517
1   ...   16   17   18   19   20   21   22   23   24

TƏKVİNİ VƏ ŞƏRTİ ŞƏRTLƏR


İnsanlar adətən yaradılış, cəza, mükafat, xoşbəxtlik və bədbəxtliklər barəsindəki ilahi qanunları bəşəriyyətin ictimai qanunları ilə müqayisə edirlər. Halbuki bu işlər təkvini və həqiqi şəraitə tabedirlər. Amma ictimai qanun və şəraitlər şərti və etibari qanunlara tabedirlər. İctimai qanunlar şərti şəraitlərə tabe ola bilərlər, amma yaradılış qanunları, o cümlədən ilahi cəza və ya mükafatlandırma həmin şəraitə tabe ola bilməz və onlar təkvini şəraitə tabedirlər. Təkvini və şərti sistemlərin fərqini aydınlaşdırmaq üçün bir misal gətirirəm.

Bildiyimiz kimi, hər bir ölkə ictimai sistem və quruluşlarda özünə məxsus qanunlara malikdir. İctimai qanunlar bəzi məsələlərdə təbii və təkvini şərait baxımından bir-biri ilə bərabər, şərti şərait baxımından isə fərqli, məsələn biri bir ölkədən, digəri isə başqa ölkədən olan iki nəfər arasında fərq qoyur.

Məsələn, İranda bir nəfəri rəsmi surətdə işə götürmək istəyəndə təkvini cəhətdən bərabər olan müraciətçilərin biri iranlı, digəri isə əfqanıstanlı olsa, ola bilər ki, iranlını işə götürsünlər, amma əfqanıstanlını isə bu ölkə vətəndaşı olmadığı üçün işə götürməsinlər. Belə olan halda əgər əfqanıstanlı etiraz edərək işə götürülən iranlı ilə təbii şərait baxımından tamamilə bərabər olmasını desə, məsələn desə ki, əgər o sağlamdırsa mən də sağlamam, əgər gəncdirsə mən də gəncəm, əgər filan sahədə mütəxəssisdirsə mən də mütəxəssisəm və sairə, ona idarə qanunlarının onu işə götürmək icazəsi verməməsini deyəcəklər.

Şərti bir iş ilə həmin əfqanıstanlının da vəziyyəti dəyişə bilər və o da başqaları kimi olar, yəni o, müraciət edərək İran vətəndaşlığını qəbul edə bilər Vətəndaşlığı qəbul etməyin onun həqiqi şəxsiyyətində heç bir təsir göstərməməsi aydın bir məsələdir. Amma ictimai qanunlar baxımından onun şəxsiyyəti dəyişir. Adətən şərti şəraitin nəzərə alınması, həqiqi və təkvini şəraitdəki bərabərliklərin riayət edilməməsi ilə birgə olur.

Amma ictimai və şərti qanunlara tabe olmayan və ancaq təkvini şəraitə tabe olan məsələlərdə iş başqa cürdür.

Məsələn İrana, Allah eləməmiş, vəba xəstəliyi gələndə bu ölkə vətəndaşı ilə başqaları arasında fərq qoymur. Əgər iranlı ilə əfqanıstanlı cismi və mühit baxımından bərabər şəraitdə olsalar mikrobun ayrı-seçkilik salması və «əfqanıstanlı iranlı olmadığı üçün onunla işim yoxdur» deməsi qeyri-mümkündür. Burada məsələ ictimai və şərti deyil, xilqət və təbiət məsələsidir, qanunvericilik və qanun düzəltmək deyil, təkvin məsələsidir.

İlahi qanunlar, insanların cəza və mükafatlandırılmaları, bədbəxtlik və xoşbəxtlikləri baxımından həqiqi və təkvini şəraitə tabedir. Məsələn, biri «mənim adım müsəlman olduğu üçün üstünlüyə malik olmalıyam» deyərək iddia edəndə onun sözünə baxılmır.

Məsləni qarışdırmayın, söhbət İslamın müsəlmanların ictimai həyatları üçün müəyyənləşdirdiyi qanunlardan deyil, cəza və mükafatla bağlı məsələlərdə Allahın bəndələri ilə rəftarından gedir.

İslamın ictimai qanunlarının da, dünyanın ictimai qanunları kimi bir sıra şəraitləri nəzərdə tutaraq müəyyənləşdirilmiş şərti qanunlar olmasında və insanların, dünyəvi həyatlarına aid olan bu qanunları bir sıra şərti şəraitlərə riayət etmələrinin gərəkliyində heç bir şübhə yoxdur.

Amma Allahın işi və ilahi iradənin yaradılışdakı cərəyanı, o cümlədən insanlara səadət bəxş etmək, onları bədbəxtliyə çəkmək və cəza vermək, yaxud mükafatlandırmaq ictimai qanunlara tabe deyil. Ümumiyyətlə həmin məsələ bu qismə daxil deyil Allahın müqəddəs zatı mütləq iradəsinin cərəyanında şərti qanunlar əsasında hərəkət etmir. İctimai sistemlərdə yetərli təsiri olan şərti qanunların, Allah-taalanın müqəddəs zatının təkvini iradəsinin cəryanında heç bir təsiri yoxdur.

İslamın bəşəriyyətin ictimai rəftar və davranışlarına aid olan qanunlarına əsasən, dilinə şəhadət kəlməsini gətirən şəxs müsəlman sayılır və o, İslamın zahiri imkanlarından istifadə edir. Amma axirət qanunları və o biri dünya hesabında, Allahın rəftarı baxımından «Kim ardımca gəlsə, o, şübhəsiz ki, məndəndir»1«Allah yanında ən hörmətli olanınız Allah qarşısında ən çox təqvalı olanınızdır»2 qanunu hakim olur.

Əziz İslam Peyğəmbəri (s) belə buyurub:

«Ey camaat, sizin hamınızın bir ata və bir Allahınız var, hamınız Adəmdən, Adəm isə torpaqdan yaradılıb.»

Yəni hamının əsil-nəsəbi torpağa qayıdır, ərəbin əcəmdən heç bir üstünlüyü yoxdur və yeganə üstünlük meyarı təqvadır.

Həqiqət axtarışı istiqamətində addımlayan Salman Farsi elə bir yerə çatmışdı ki, Peyğəməbr (s) onun barəsində belə buyurmuşdu: «Salman bizdən, Əhli-beytdəndir».

Buna görə də şeytani vəsvəsələrin təsiri altına düşən və ürəklərini «bizim adımız Əli ibni Əbutalibi sevənlərin adları arasındadır, hər nə olsa onun rəiyyətlərindən sayılırıq» kimi sözlərlə şad edənlər, nahaq yollarla əldə etdikləri və ya yaşadıqları müddətdə xeyir işlərə sərf etməli olduqları pulların böyük miqdarını müqəddəs məkanların idarəçilərinə verərək mələklərin əzab verməyə cürət etəməmələri fikri ilə onları övliyaların qəbirləri yaxınlığında dəfn etmələrini vəsiyyət edənlər bilməlidirlər ki, çox xam xəyaldadırlar və qəflət pərdəsi gözlərini örtüb. Onlar özlərini dözülməz ilahi əzabın içində görəndə gözlərini açacaqlar və elə həsrətə düçar olacaqlar ki, ölüm imkanı olsaydı min dəfə ölməyə razı olardılar. Bəs elə isə, bu gün nə qədər ki, gec olmayıb qəflət yuxusundan ayılsınlar və tövbə edərək keçənlərin yerini doldursunlar.



«(Ya Məhəmməd!) qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!»1

Qurani-kərimin ayələri və İslami rəvayətlər baxımından günahkarın hətta müsəlman olsa belə, əzaba düçar olacağı qəti bir məsələdir. Həmin sənədlərdən belə bir nəticə əldə edilir ki, əgər günahkar iman əhlidirsə ol bilsin axırda son nicat və cəhənnəmdən qurtuluşa nail olacaqdır. Amma onun bu nicatı neçə il əzabı daddıqdan sonra ola bilər. Bir dəstə adamın günahı ölüm zamanı çəkdiyi çətinliklərdə, digər bir dəstəninki isə qəbir və bərzəx aləmində təmizlənir. Digər bir qrup isə öz cəzasını qiyamətin qorxuları və hesabın çətinliyində çəkəcək. Bir qrup isə cəhənnəmə düşəcək və illərlə əzabda qalacaq. İmam Cəfər Sadiqdən (ə) «Onlar orada sonsuz müddətə qalacaqlar» ayəsinin təfsirində nəql edilib ki, bu ayə atəşdən nicat tapanlar barəsindədir.

İndi də ölüm zamanı verilən əzabları açıqlayan rəvayətlərdən nümunə üçün bir neçəsini gətiririk, bəlkə bizim qəflət yuxusundan oyanmağımıza səbəb ola və bizi qarşımızda olan qorxulu və çətin mənzillərə hazırlaya.

1. Şeyx Kuleyni həzrət imam Sadiqdən (ə) nəql edib ki, Əlinin (ə) gözü ağrıyırdı. Həzrət Peyğəmbər (s) ona baş çəkməyə gəlmişdi və Əlinin (ə) ağrıdan ah-nalə səsi ucalırdı. O həzrət soruşdu: Bu səs-küy tabsızlıqdandır, yoxsa ağrının çoxluğundan? Əmirəl-möminin dedi ki, ey Allahın Peyğəmbəri, mən indiyə kimi bundan şiddətli ağrı görməmişəm. Peyğəmbər həmin vaxt kafirin çətin və qorxulu olan canvermə halını nəql etdi. Əli (ə) həmin sözləri eşidən kimi durub oturdu və dedi: Ey Allahın Peyğəmbəri, həmin söhbəti bir də danış, o mənə ağrılarımı unutdurdu. Sonra belə dedi: Ey Allahın Peyğəmbəri, sizin ümmətinizdən də bu cür canı alınan olacaq? Peyğəmbər buyurdu: Bəli. Zülm edən hakim, yetim malı yeyən və yalandan şahidlik edən şəxsin canı belə alınacaq.

2. Şeyx Səduq «Müctəhidə əli çatmayanlara» adı ilə yazdığı kitabda nəql edib ki, Əbuzərin oğlu Zər dünyadan köçəndən sonra Əbuzər onun qəbrinin yanında dayanaraq əlini qəbrə sürtüb belə dedi: Allah rəhmət etsin. Allaha and olsun ki, sən mənə qarşı xoşrəftar idin və indi ki, mənim əlimdən çıxmısan, səndən razıyam. Allaha and olsun ki, sənin getməyindən qorxmuram, məndən heç nə əskilməyib və mən Allahdan başqa heç kəsə möhtac deyiləm. Əgər xəbərdarlıq vaxtının qorxusu olmasaydı, mən sənin yerinə getməyi arzulayardım. Amma istəyirəm ki, bir az keçənlərin yerini doldurum və o dünyaya hazırlaşım. Sənin qəmini çəkmək, mənə ayrılıq qəmini unutdurub. (Yəni bütün fikrim budur ki, nə edim ki, sənə daha xeyirli olsun və bu mənə səndən ayrılığın qəmini çəkmək imkanı vermir.) Allaha and olsun ki, məndən ayrıldığına görə ağlamamışam. Amma sənin halının necəliyinə və başına nələr gəlməsinə ağlamışam. Ey kaş sənin nə dediyini və sənə nə deyildiyini biləydim. İlahi! Sənin, övladımın mənim barəmdə qoyduğun haqqından keçirəm, bəs Sən də öz haqqından keç, ki, Sən bağışlamaq və kərəm göstərməyə daha layiqsən».

3. İmam Sadiq (ə) ata və babalarından nəql edib ki, Peyğəmbər (s) belə buyurub: Qəbir əzabı və çətinlikləri möminin günahlarının kəffarəsidir.

4. Əli ibni İbrahim «onların önündə dirilib duracaqları günə qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır» ayəsi barəsində həzrət Sadiqdən (ə) nəql edib: Allaha and olsun ki, mən sizin bərzəx aləmindən başqa heç nəyiniz üçün nigaran deyiləm. İş bizə tapşırılanda biz sizi bağışlamağa daha layiqik.»

Yəni bərzəxdə şəfaət yoxdur və bizim şəfaətimiz ondan sonradır.

Ümumiyyətlə yalan, qeybət, töhmət, xəyanət, zülm, başqalarının malını yemək, şərab içmək, qumar oynamaq, söz gəzdirmək, söyüş söymək, namaz qılmamaq, oruc tutmamaq, həccə getməmək, cihada getməmək və sairə günahların cəzaları barəsində Quranda və mütəvatir rəvayətlərdə o qədər sözlər deyilib ki, saymaqla qurtarmaz. Onların heç biri kafirlərə məxsus deyil. Merac hədislərində Peyğəmbərin (s) «ümmətimin kişi və arvadlarının müxtəlif qruplarını əzabın müxtəlif dərəcələrində gördüm ki, onlar müxtəlif günahlarına görə əzab çəkirdilər» məzmunlu sözləri çoxdur.


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin