168
oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə
oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif
olundu. Mələk yenə də yanıma gəlib üç səbkidə oxumağı tövsiyə
etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Quranın oxunma
səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən
“Əliymən”, istərsən “Səliymən”, istərsən “Əziyzən”, istərsən də
“Həkiymən” oxu. Lakin əzab ayələrini rəhmət ayələri ilə əvəz etmə.»
Quranın müxtəlif səbkilərdə oxunmasına
dair nəql olunmuş
rəvayətlərin xülasəsini nəzərinizə çatdırdıq. Gələcək fəsillərdə bu
rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.
RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ
Quranın yeddi səbkidə oxunmasına dair nəql olunmuş
rəvayətlərin hamısı əhli sünnə mənbələrində nəql olunmuşdur. Biz
burada daha çox əhəmiyyət kəsb
edən rəvayətləri nəzərinizə
çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər
əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.
1. Bu rəvayətlər Zürarənin imam Baqirdən (ə) nəql etdiyi hədisin
məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir:
«Quran birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə
yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.»
(Üsuli-kafi, Nəvadir fəsli, 12-ci rəvayət).
Fəzl ibni Yəsar imam Sadiqdən (ə) Quranın
yeddi səbkidə nazil
olması haqda soruşdu. İmam (ə) cavabında deyir:
«Bu yalanı
Allahın düşmənləri uydurmuşlar. Quran bir olan Allah tərəfindən
Dostları ilə paylaş: