179
3. «Təlhin» kəlməsinin «təlin» və «nənşizu» sözünün «nənşuru»
kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur.
Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha» hərfinin
«ayn» hərfilə, «təlhin» sözünün «təlinlə», «za» hərfinin «ra» hərfilə
və «nunşizuha» kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə
müəyyən dəyişikliklər yaradır.
Göründüyü kimi, fərq yalnız
qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab
etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil,
qiraətdir.
4. Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir
səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi
nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması
bu kimi
ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi
oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə
tutmaq nə dərəcədə düzgün olardı?
5. Qurani-kərimin əksər ayələri qarilər
tərəfindən eyni səbkidə
tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə
yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum
olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin
tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun
yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s)
heç vaxt bu kimi
ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra
yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə,
qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər
artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
Cəzairi nəhayət bir qədər orta
mövqe tutaraq bu barədə
demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli
sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır.
Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş
«Quran yeddi səbkidə nazil olmuşdur» hədisindən əsla agah
deyillər.
(Tibyan 59-cu səh).