MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə120/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   116   117   118   119   120   121   122   123   ...   182
EL-BEYAN 1 Cİ CİLD

ONUNCU NƏZƏR 
MÜXTƏLİF LƏHCƏLƏR 
Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə
Quranda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif 
ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar. 
Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. 
(Ecazi Quran 70-ci 
səh.). 
Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bəzi 
kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, 
«yəqulu» kəlməsində boğazda tələffüz olunmalı «qaf» hərfini qeyri-
ərəb xalqların tələffüz etdiyi adi «q» hərfi kimi, şamlılar isə onu «ə» 
hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin 
aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan 
müsəlmanlar üçün Quran qiraətinin asanlaşdırılmasıdır. Çünki, 
hamının Quranı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir 
məsələdir. Bu səbəbdən də Quranın hər bir qəbilə və millətin öz 
ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin 
yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, 
ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada 
çoxluq mənasında işlənmişdir. 
Cavab:
Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur. 
1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş 
rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş 
rəvayətdə Quranın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə 
olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məsudu «hətta 
hiynə» kəlməsini «ətta hiynə» kimi tələffüz etməsini qadağan və 
Quranı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir. 
2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin 
tələffüzündə deyil, mahiyyət və mənasına əsasən yarandığına işarə 
edilmişdir. 
3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz 
olaraq istifadə olunması rəvayətlərin zahiri mənası ilə uyğun 
gəlmir. 


184 
4. Bu nəzəriyyəyə istinad edərək Quranı, hal-hazırda da müxtəlif 
ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya 
müsəlmanlarının 
adət-ənənələri 
ilə 
ziddiyyət 
təşkil 
edən 
məsələlərdəndir. 
5. Əgər bu nəzəriyyənin tərəfdarları Quranın əvvəllər müxtəlif 
ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu 
iddia edərlərsə, cavabında deməliyik
:
Bu heç bir dəlil və əsası 
olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq 
bütün alimlər, Quranın yalnız bir səbkidə oxunmasını təkid etmiş 
və ərəb qəbilələrinin ləhcələrinin Quranın qiraətinə sirayət etməsinə 
qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) 
zamanında islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən 
Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və 
sözsüz ki, onların da Quranda istifadə olunan ifadələri tələffüz 
etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından 
sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri islamı 
qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa 
başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə 
heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara 
Quranı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə 
verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından 
çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?! 
Biz bununla da Quranın yeddi səbkidə nazil olması haqda irəli 
sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər 
haqda söhbət açmaq istəyirik. 
Belə bir nəticəyə gəlirik ki, Quran yeddi qiraət üslubunda deyil, 
yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə 
Quranı yalnız bir səbkidə təlim etmişdir. Demək, Quranın yeddi 
səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər 
qondarma və heç bir əsası olmayan iftiralardır. 


185 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin