172
dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir
şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də
onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular!
Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin»
surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim
sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy.
İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum
fəhum sahun.
Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın
əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına
icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif
edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki
bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə
vermiş olur.
Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda
bağışlanmaz günahdır.
Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
Dostları ilə paylaş: