66
tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi
olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman
ümmətinin sıralarından xaric olunur.
Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi
oluruq ki, o böyük insan, heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə
fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları
təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa dəvət edirdi. Beləliklə o,
qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ənənələrini
vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bəzi qəbilələrə xiffət
gözü ilə baxan Məkkənin əyan-əşrəfi, öz qızlarını islamı qəbul etmiş
və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı
olurdular.
NƏTİCƏ
Göründüyü kimi, Quranda bəyan olunan ilahi qanunlar
müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən
qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır.
Bəşəriyyətin maddi və mənəvi ehtiyaclarını təmin edən bu qanunlar
həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə
alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə
yanaşmaq olarmı? Bir haldakı o, yarımvəhşi və nadan bir
cəmiyyətdə peyğəmbər təyin olunmuş və öz dəvətini o dövr və
məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə
həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür
etdiklərindən daha yüksək idi.
Dostları ilə paylaş: