«Nəhcül-bəlağə,
Xaliqin
dediklərindən
aşağı,
məxluqun
[insanların] dediklərindən olduqca üstündür.»
Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun
yiyələndiyi elmlərlə, xüsusilə də fəsahət və bəlağət elmləri ilə
tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş,
hətta düşmənlərini də bu ecazkarlıqları etiraf etməyə vadar
etmişdir. Elmlə yanaşı o, özünün iman və təqvası ilə də fərqlənərək
kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya
ləzzətlərinə göz yumar, hər zaman təqvanı meyar tutardı.
77
Hakimiyyət məsələsi meydana çıxdıqda, Əbu Bəkrin idarəetmə
üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır
olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun haqq-ədaləti
hər şeydən üstün tutur, dövlət idarəetmə üsulunu yalnız Quranda
görürdü. Müaviyə Şamda hakimiyyəti ələ keçirdikdən sonra, öz
mövqeyini möhkəmləndirmək üçün, hətta bir gün də olsun onun
hakimiyyətdə olmasına razı olmurdu. Çünki o, bunun acınacaqlı
aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox gözəl
şəkildə dərk edirdi.
78
ÜÇÜNCÜ FƏSİL
QURANIN ECAZI HAQDA İRƏLİ SÜRÜLƏN
MÜLAHİZƏLƏR VƏ ONUN CAVABLARI
1. Quranda ədəbi səhvlər;
2. Quranın ecazı hamı tərəfindən dərk olunurmu?;
3. Quranla mübarizə mümkündürmü?;
4. Quran əvvəlki səmavi kitablarla müxalifdirmi?;
5. Qurandakı ziddiyyətsizlik;
6. Quranın ecazı rədd olunasıdırmı?;
7. [Quranla] mübarizə aparmaqdan çəkinməyin dəlilləri;
Dostları ilə paylaş: |