76
NƏTİCƏ
Quranın möcüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz
dəlillərlə kifayətlənirik. Artıq
cəsarətlə deyə bilərik ki, Quran
bəşəriyyətin bacarıq və istedadından xaric olan ilahi bir vəhy
toplusudur.
Quranın ilahi vəhy
olduğunu sübuta yetirmək üçün, islamın
bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət
yetişdirməsini dəlil gətirmək kifayət edər.
Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və
hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər.
Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından
bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə
edirlər. Onun söylədiyi ifadələr qarşısında
nə bir şəxs yeni nəzər
verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.
Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən
birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında
söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və
bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa
vurmuşudur. Lakin onun elm və zəkası
ilahi vəhy məktəbindən
qaynaqlanmışdır. Ərəbistan yarmadasının, xüsusilə də Hicazın o
günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir
nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman
gətirdiyi ilk gündən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.
Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi
gözəl ifadələrdən birində deyir:
Dostları ilə paylaş: