QURANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ
6-cı irad:
Onlar deyirlər: Ərəblərin Quran kimi ikinci bir kitab
yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir.
Bunun bir neçə səbəbi olmuşdur.
İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ
keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün,
bütpərəst ərəblər Quran kimi ikinci bir kitab yazmağa cəsarət
90
etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Quranla mübarizə
müsəlmanlar tərəfindən necə qarşılana bilər.
Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi
hakimiyyətin islama və Qurana olan marağı getdikcə zəifləyib
məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Quran və islam
dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.
Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Quranın şirin məna
və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və
Quran qəlblərdə dərin iz qoydu və insanlarla Quran arasında
qırılmaz ünsiyyət yarandı.
Cavab:
Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.
1. Peyğəbmər (s) öz müxaliflərini Quranla mübarizəyə dəvət
etdiyi zaman hələ Məkkədə yaşayır və islamı gizlincə təbliğ edirdi.
Məlum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şer və
ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna
baxmayaraq, fəsahət və bəlağət elmlərinə yiyələnmiş ərəblər
Quranın qarşısında aciz olduqlarını etiraf edir və həqiqəti dərk
etdikdə onun qarşısında diz çökürdülər.
2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt
qeyri-müsəlmanların Quran və islamla apardıqları mübarizəyə
maneçilik törədə bilməzdi. Belə ki, islamdan əvvəl və sonra
Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində
yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa məruz
qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları
toxunulmamazlıq hüququna yiyələndikləri üçün, kimsədən
çəkinmədən etiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların
xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna
yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox
diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə
xüsusi şərait yaradılırdı.
Bəli, belə bir azad şəraitdə Qurana bənzər ikinci bir kitab yaza
bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qurana qarşı öz
etirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.
3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə
onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Bəs görəsən
91
bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün
onlar gizlində də olsa, Qurana qarşı mübarizə apararaq istəklərinə
nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi
dastanlar əlavə etsələr də, Quran ayələrində kiçik bir ziddiyyət və
ixtilaf yaratmağa cəsarət etməmişlər.
4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey
dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox
hallarda həmən şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.
Yazılmış şer və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli
olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün
əvvəlki dəyərini itirməyə başlayır.
Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mənəvi
zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz
təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk
qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da
əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.
İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda
deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü
büruzə verir.
Əgər Quran möcüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi
özünü burada da büruzə verərdi. Məlum olduğu kimi, bu
müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə
baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş amma öz təravət və
şirinliyini qoruyub saxlaya bilmişdir.
Əgər Quran da oxucu və ya dinləyicidə yorğunluq hissi
yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab
edərdilər. Quran nə qədər çox təkrar olunursa, öz cazibədarlığını
bir o qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət
hissinin artmasına səbəb olur. Quranın tilavəti insanda ruh
yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük
təsir göstərir. Belə bir xüsusiyyət nəinki Quranın əzəmətinə xələl
gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi möcüzə olduğunu
bir daha sübuta yetirir.
5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Quranla
ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər»
92
iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində
qəbul edə bilərik. Çünki, ərəb olmayan qeyri-müsəlmanlar da
Quranın tilavətindən mənəvi zövq aldıqlarını etiraf etmiş və
mənasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və
ruh yüksəkliyi duymuşlar.
Dostları ilə paylaş: |