94
tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və
fəsillər ayrılmamışdır.
Şübhəsiz, Quranın bəyan etmə üslubu digər üslublardan daha
qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha
tez çatdırır. Quran surələrindən hər birini mütaliə etdikdə yaradılış,
məad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli məlumatlar
əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır,
kamil insana xas olan əxlaq normaları
və dinin bir çox şəri
məsələləri ilə yaxından tanışlıq hasil olur.
Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində
istər fəsahət və bəlağət, istərsə də ümumi məna baxımından heç bir
nizamsızlıq müşahidə etmirik.
Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və
oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir
mövzunu mütaliə edən oxucu, Quranın
digər müqəddəs
hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yəni
kamala çatmaqdan məhrum olardı.
Qurana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi
mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.
Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk
etmək
üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor,
qulaqlarını isə kar etmişdir.
Əgər Quran ayrı-ayrı fəsillərə bölünsəydi başqa bir ciddi
çatışmamazlıqla qarşılaşardı. O da Quranda
bir neçə dəfə təkrar
olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb
edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni
fəsildə nəql olunsaydı, Quran öz təravət və cazibədarlığını itirər və
belə olduqda təkrar heç bir məna kəsb etməzdi.
Dostları ilə paylaş: