104
haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı
idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az
olduqları üçün onların möcüzələri haqda nəql olunmuş hədis və
rəvayətlər də olduqca azdır.
Demək həzrət İsa və Musanın (ə) möcüzələri haqda nəql
olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət
Məhəmmədin (s) möcüzələri haqda nəql olunmuş hədis və
rəvayətlər daha çox mütəvatir olmalıdır.
2. Peyğəmbərin
(s)
digər
peyğəmbərlərdən
üstünlüyünün
vacibliyi.
Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin möcüzələrinə
yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət
keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi möcüzələri həyata
keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz
belə bir xüsusiyyətə malik olduğu üçün o, özünü digər
peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin
sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən
üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi
möcüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs
başqalarından üstün olarsa, bəzi xüsusiyyət baxımından onlardan
naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan
bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bəzi xəstəliklərin
müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət
meydana gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı
olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin
öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər
saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan
möcüzə tələb olunmasın deyə, möcüzəni qətiyyətlə inkar etmiş və
bu məzmunda nazil olmuş Quran ayələrini müxtəlif mənalarda
yozmağa cəhd göstərmişlər.
Dostları ilə paylaş: