«Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi
nəticəsində] onun başına gələcək müsibəti [ölüb getməsini]
gözləyirik!» – deyirlər.
Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun
deyə «Kəusər» surəsi nazil oldu. (ərə) «Yəni biz sənə böyük nemət
«kəusəri» bəxş etdik.»
Bəli, bu Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli
nemət idi. Ömrünün son gününədək öhdəsinə düşən peyğəmbərlik
vəzifəsinə məsuliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-
ədalətə dəvət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı
mübarizə aparır və bütün ömrünü islamın yayılmasına həsr edirdi.
Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. Dünya
durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə kovsər
hovuzunun kənarına yığılıb şəfaətindən bəhrələnəcəklər.
«Yəni bütün bu nemətlərin müqabilində Allaha şükr et! Namaz
qıl və Allah yolunda qurban kəs.»
Ayədəki «Nəhr» sözü bir neçə məna daşıyır.
1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;
2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə;
101
3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər
qalxması;
4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.
Lakin «nəhr» sözü haqda deyilən bütün mənaları ayəyə şamil
edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s)
ona bəxş olunan nemətlərə şükr etməsi kimi qəbul edə bilərik.
Allah-taala bəxş etdiyi nemətlərə, Peyğəmbərə (s) şükr etməsini
əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi:
«Səni istehza edən
düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-
əlamət belə qalmayacaqdır!»
Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Quranın xəbər
verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-
əlamət qalmadı.
Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı
təbəqələri olacaqdır.
Kovsər surəsi haqda qısa məlumat verdik.
İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq
yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız ifadələri ilə müqayisə
etmək olarmı?!
O, Musəyləmə Kəzzabın Quranla mübarizə üsulundan istifadə
etsə də, nəticədə məqsədinə çata bilməmişdir.
|