MüƏLLİFDƏN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə67/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   63   64   65   66   67   68   69   70   ...   182
EL-BEYAN 1 Cİ CİLD

DÖRDÜNCÜ FƏSİL 
HƏZRƏT MƏHƏMMƏDİN (S) VƏ KEÇMİŞ 
PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİ 
1. Möcüzəni inkar edən ilk ayənin araşdırılması; 
2. Möcüzəni inkar edən ikinci ayənin araşdırılması; 
3. Möcüzəni inkar edən üçüncü ayənin araşdırılması; 
4. Həzrət Məhəmmədin (s) Tövrat və İncildə peyğəmbərliyi 
haqda; 
5. Mətləblərin xülasəsi. 


103 
MÖCÜZƏNİ İNKAR EDƏN İLK AYƏNİN 
ARAŞDIRILMASI 
İSLAM PEYĞƏMBƏRİNİN MÖCÜZƏSİNİN DİGƏR 
PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏSİNDƏN ÜSTÜNLÜYÜ 
Bu haqda məlumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük 
möcüzəsi olan Quranın, keçmiş peyğəmbərlərin möcüzəsindən 
daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə 
Quranın bəzi möcüzəvi xüsusiyyətlərinə və onun digər 
peyğəmbərlərin möcüzələrindən daha üstün olduğuna dair qısa 
məlumat verdik. 
Lakin Peyğəmbərin (s) möcüzəsi yalnız Quranın nazil olması ilə 
bitmir. Qurani-kərimdən başqa onun digər möcüzələri də olmuş və 
bəzi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Quran isə ona xas 
olan əbədi və ilahi möcüzədir. 
Quranın digər möcüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) 
digər möcüzələri ilə keçmiş peyğəmbərlərin möcüzələri arasında 
olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik: 
1. Mütəvatir hədis və rəvayətlər; 
Müsəlmanlar Peyğəmbərin (s) möcüzələrinə dair yüzlərlə hədis 
və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına 
baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar. 
Peyğəmbərin (s) möcüzəsi haqda nəql olunmuş mütəvatir 
hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin möcüzələri haqda 
nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır: 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin