106
Bu halda ayənin mənası aşağıdakı kimi olacaqdır.
Allah-taala
Həzrət Məhəmmədin (s) həqqaniyyətini sübuta yetirəcək heç bir
dəlil və möcüzə göndərməmişdir. Demək, Allah tərəfindən
göndərilmiş peyğəmbərlərin öhdəsinə heç bir məsuliyyət düşməmiş
və onların fəaliyyəti hədər yerə olmuşdur.
Çünki peyğəmbərlik
iddiası edən şəxsin öz həqqaniyyətini sübuta yetirmək üçün dəlil və
sübutunun olmaması ağılasığan bir şey deyildir. Əks təqdirdə onun
iftirası aşkara çıxarılacaqdır.
b) «Əlif-lame cəmi»;
Bu məna da peyğəmbərliyi sübuta yetirən möcüzə ayələrinin
bütövlükdə inkar olunması deməkdir. Lakin bu ehtimal da əvvəlki
ehtimal kimi batil və əsassızdır.
v)
Belə isə biz üçüncü ehtimalı qəbul etməli və deməliyik ki,
ayədəki müəyyənlik şəkilçisi olan «əlif-lam» şərt və əhd mənasında
işlənmişdir.
Buradan belə məlum olur ki, Quranın inkar etdiyi
möcüzələr məhz müşriklərin əyləncə məqsədilə Peyğəmbərdən (s)
tələb etdikləri möcüzələrdir.
2.
Əgər müşriklərin inkar və təkzib etmələri onların möcüzə
göstərməsinə mane olsaydı, Peyğəmbərin (s)
ən böyük möcüzəsi
olan Qurani-kərim də nazil olmazdı. Çünki, ümumi bir qanun
olduğu yerdə heç bir istisnaya yol vermək olmaz. Belə bir nəticəyə
gəlirik ki, Quranın inkar etdiyi və ya daha dəqiq desək,
qadağan
etdiyi möcüzələr peyğəmbərlərin bütün möcüzələri deyil, yalnız
müşriklərin əyləncə məqsədilə görmək istədikləri möcüzədir.
3.
Ayədə
möcüzənin
göstərilməməsi
keçmiş
ümmətlərin
möcüzəni təkzib etmələri ilə əlaqələndirilmişdir. Bunu yalnız o
zaman qəbul etmək olar ki, möcüzənin
həyata keçməsinə ehtiyac
duyulmuş olsun və bunun qarşısını alacaq heç bir amil olmasın.
Qeyri halda
isə
möcüzənin baş verməməsini nə
iləsə
əlaqələndirmək heç bir məna daşımayacaqdır.
Məsələn biz, od
olmadığı bir halda ağacların yaş olduğu üçün yanmadığını deyə
bilmərik. O ki qaldı möcüzənin həyata keçməsinə, bunun üçün
yalnız iki amilin olması lazımdır. Onlardan biri ilahi hikmət, ikincisi
isə insanların istək və tələbləridir.
İlahi hikmətin iki səbəbi vardır:
107
1. Allah-taala başqalarını təkzib etmək üçün öz hikmətinin əksinə
bir iş görməz.
2. Əgər insanları təkzib etmək möcüzənin qarşısını alsaydı,
peyğəmbərlərin göndərilməsinə də maneçilik törədərdi.
İkinci
əsas səbəbə, yəni insanların istək və tələblərinə gəldikdə
isə, qeyd etməliyik ki, insanlar
möcüzəni gördükdən və bütün
lazımı göstərişləri peyğəmbərlər tərəfindən aldıqdan sonra yenə də
əyləncə məqsədilə möcüzə görmək istəyirdilər. Belə bir halda
məlum məsələdir ki, Allah-taala onlara möcüzə göstərməyəcəkdir.
Dostları ilə paylaş: