MüƏLLİFDƏN


QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə59/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   55   56   57   58   59   60   61   62   ...   182
EL-BEYAN 1 Cİ CİLD

QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN 
UYĞUNLUQ 
7-ci irad: 
Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Quranı vahid kitab 
halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin 
kandarında oturub, iki nəfər tərəfindən Quran ayəsi olması təsdiq 
edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı 
əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və 
vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul 
edilsin. Əgər Quran həqiqətən möcüzə olsaydı, nə onların 
şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına 
salmasına. 
Cavab: 
Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik: 
1. Quranın möcüzə olması onun kəlmələrinin ayrı-ayrılığında 
deyil, fəsahət və bəlağətindədir. Quranın bir yerə yığılması 
məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və 
hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola 
bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab 
etmək olarsa – şəhadət verməsini (yəni toplanmış nüsxələrə nəzarət 
etmələri) tamamilə məntiqi hesab etmək olardı. 
2. İnsanlar Quranın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu 
heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya 
bir ayə gətirməyə belə qadir deyillər. Quran ayələrinə oxşar ikinci 
bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur
lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki 
qaldı Qurana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, 
bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki 


93 
nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə 
şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır. 
3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri 
haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mötəbərliyinə bir 
o qədər də istinad etmək olmaz. Çünki, rəvayət mütəvatir hədislər 
silsiləsinə daxil deyildir. 
4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər 
rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Quran Əbu Bəkrin xilafəti 
dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. 
Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və 
rəvayətlərə işarə edəcəyik. O ki qaldı Quran hafizlərinə, hələ 
Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə 
idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Quran 
nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün 
olmazdı. 
Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-
gündüz Quranı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Quran 
hafizlərinin bol olduğu bir şəraitdə belə bir məsuliyyətli işin yalnız 
iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı. 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin