Müəllim: Elgün Məhəmmədəli oğlu Aslanov Azərbaycan Dövlət Aqrar Universiteti Ictimai elmlər və multikulturalizm kafedrası


Mövzu 11. Müasir dövrdə Azərbaycanda multikulturalizm



Yüklə 1,44 Mb.
səhifə13/13
tarix27.04.2018
ölçüsü1,44 Mb.
#49270
1   ...   5   6   7   8   9   10   11   12   13

Mövzu 11.

Müasir dövrdə Azərbaycanda multikulturalizm

Plan


  1. Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində həyata keçirdiyi praktiki işlər və tədbirlər.

2.Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə 3.Dövlət müşaviri xidmətinin yaradılması;

4.Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondunun” və Bakı 5.Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması;


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunmuşdur.

Xidmətin əsas məqsəd və məramı ölkəmizdə mövcud olan milli müxtəlifliyin qorunub saxlanması, ölkəmizdəki milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatının, milli azlıqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizdəki multikultural mçühitin öyrənilməsi və dünyada təbliği işinin aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir.

Ölkə Prezidenti Dövlət müşavirliyi xidmətinin qarşısına qoyulmuş bu məqsədlərin daha rəvan formada həyata keçirilməsi üçün iki yeni dövlət qurumu yaratmışdır.

7 may 2014-cü il tarixində Prezidentin imzaladığı Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradıldı. Bilik Fondunun əsas məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Fondun vəzifələri aşağıdakılardır:

2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;

2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;

2.2.3. azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;

2.2.4. şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;

2.2.5. gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;

2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;

2.2.7. Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;

2.2.8. Azərbaycan Respublikasının dinamik inkişafı dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;

2.2.9. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;

2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;


Bundan əlavə Ölkə Prezidenti 15 may 2014-cüil tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratmışdır. Mərkəzin əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtə- lifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir.

Multikulturalizm Mərkəzininin vəzifələri aşağıdakılardır:

2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;

2.2.2. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;

2.2.3. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;

2.2.4. müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;

2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək;

2.2.6. aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqtəşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək;

2.2.7. təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütöv- lüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək;

2.2.8. müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması

istiqamətində tədbirlər həyata keçirmək;

2.2.9. Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək;

2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibət-

lərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə vətəndaşlarının qiymətlən- dirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb həyata keçirmək;

2.2.11. multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq



  1. “Bakı Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və iştirakçıları. “Bakı Prosesi” çərçivəsində həyata keçirilmiş əsas tədbirlər. “Bakı Prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsi. I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları. I, II, III və IV Bakı Beynəlxalq Humanitar Forumlar.

Bakı prosesi”nin yaranma tarixi

 “Bakı prosesi” - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Bu təşəbbüsü Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

Bakı prosesi”nin əsas aktorları

Azərbaycan Respublikası hökuməti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının.

Bakı prosesi”nin məqsədləri:



  • Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;

  • Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;

  • Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;

  • Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;

  • Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə kimi tanınması;

  • Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.

Bakı prosesi” çərçivəsində həyata keçirilmiş əsas tədbirlər:

1. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfrans (2-3 dekabr, 2008);

2. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabr ayında Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu il sentyabr ayında BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi təşəbbüsünü elan etməsi “Bakı prosesi”nin regional bir təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb olmuşdur.

3. I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel, 2011);



4. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (29 may – 01 iyun, 2013); Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır.
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin