2. ÖLÜ DƏ HALVA YEYƏR?
Molla, ağacı, deyir, başdan duruf ayaxdan kəsirdi. Bir nəfər də gəlir belə baxır. Deyir:
– Ə kişi, nağarırsan sən? Ağacın başında durmusan, kökünnən kəsirsən. Ağaj yıxılajax, yıxılıf öləssən.
Elə o saatdarı pışkını da atır, düşür. Tutur xirtdəyinnən ki, sən mənim öldüyüm günü bilirsən. Bu da bilmirdi. Nə bilir yazıx. Çıxış yolu axtarır. Deyir:
– Meşəyə gedirsən oduna-zada?
Deyir:
– Hə, gedirəm.
Deyir:
– Gedəssən, ulağı yüklüyəssən odunnan, gələndə ulax üş dəfə yel buraxajax. Birincidə sənin əjəlin gələjəh, ikincidə canına çökəjəh, üçüncüdə uje bil ki, ölürsən da.
Molla belə də edir. Gedir oduna. Elə ədəti imiş odun gətirməh meşədən. Gedir meşəyə odun qırır, yüklüyür ulağa, gəlir. Çox yükləmişdi, deyir, yoxuş idi yol. Çıxanda güjə düşür ulax, özünü yığışdıra bilmir, bir yel buraxır. Yel buraxanda, deyir, molla ucadan əsniyir. Əsniyir, deyir ki, hə, gəlir əjəlim. Yoxuşun ortasına çatanda bir yel də buraxır ulax. Deyir:
– Hə, əjəlim bədənimə çökdü.
Yoxuşun başına çatanda birini də buraxır. Deyir:
– Hə, indi öldüm.
Tirtap uzanır. Elə orda da qalır. Guya öldü. Ulax gəlir qapıya, molla gəlmir. Dalıncan gəlillər ayləsi, nə bilim, qohum-əqrəbası görəh nejoldu. Gəlif görüllər molla yıxılıf ölüf. Götürüf aparıllar bunu evin bir tərəfində uzandırıllar, meyitdi da. Uzanıf indi bu. Üsdünə-başına da sorux-morux** çəkillər. Ölür burda. Başdıyır, da ədətimizdi, öləndə halva bişirillər. Halva qazanı, teşti ojağın üsdünə qoyuflar, halva bişir. İndi dürməh qayırıllar, bunun dəfnində qəbirsdannıxda paylıyajaxlar. Yığıllar bir tuj vedrələrə. Bu teşt də kakraz bu meyidin başının üsdündə oluf. İndi orda – çöldə büküllər, padnosa qoyuf gətirillər, burda yığıllar teştin içinə. Molla da başdıyır burda yavaş-yavaş yeməyə. Bu daşıyıf gətirən hər gələndə görür ki, ə, gətirir, elə az qalıf. Çıxır deyir:
– A bajı, mən daşıyıram, nəysə orda dürməh yoxdu. Mən daşıdıxca elə bil nəysə yeyir. Elə bil bu ölü yeyir axı dürməhləri, – deyəndə o birsi deyir:
– Nə danışırsan, az. Ölü də halva yeyərmi?
Onda molla başını qaldırır, deyir ki, mən yanı o qədər ölüyəm ki, iki bülüş, – yanı bükük deməhdi, – iki bülüş halva da yeyə bilmirəm?
Dostları ilə paylaş: |