3. MAA DA İNƏYİM QALDI
İnəyini aparır bazara, – lotular dedin yadıma düşdü, – qırx lotular, deyir, durmuşdular. Görüllər molla inəyi gətirir. İndi fırıllax qurullar ki, molladan inəyi müftə-əlləzin alsınnar. Yanı pulsuz mollanın inəyini əlinnən alsınnar. Gəlif çatır. Molla bulara çatanda biri qabağa gedir.
– Salam-əleyki.
– Əleykimət-salam.
– Ay molla, keçini hara aparırsan?
Deyir:
– Ay bala, sən keçi deyirsən de ey, sözüm yoxdu ona, amma mən bunu qapıdan çıxardanda inəh çıxartmışam. Bazara aparıram satmağa.
Deyir:
– A kişi, gözün cılıx-bılıx, yəni əyən-bəyən görür, dolaşıx görür. Keçidi ey, bu.
Deyir:
– Ay oğul, nə deyirsən de. İndi keçidi, keçidi da, neyniyim, nə deyirsən?
Deyir:
– Əşi, bu keçini niyə bazara aparırsan? Elə sat bizə da.
Deyir:
– Alın, satım da.
Deyir:
– Neçəyə?
Deyir:
– Qiyməti özünüz qoyun, özünüz də alın.
Deyir:
– Ay molla, bu çox, çox getsə, bazarda gedər qırx maata da. Bunu ver elə qırx maata bizə.
Deyir:
– Verdim.
Molla da lotuları tanıyırdı ey. Bilirdi buların fırıldağınnan bu çətin çıxajax, amma çıxajax. Deyir ki, yaxşı, qırx maata verdim sizə. Biri gəlir qabağa, deyir:
– Molla, bax, bu mən ölüm, onun bir maatın keç mana.
Deyir:
– Ay oğul, bir maatdan ötəri mən ölüm nədi, ayıfdı. Yaxşı, bir maatını keşdim sənə.
O çəkilən kimi o birsi gəlir:
– Molla, mən ölüm, nolar bunun bir maatın da maa keç.
Belə bu minvalla otuz dokquz maatını keçir. İndi qalıf başçısı, lotuların başçısı. Baş lotu gəlir. Deyir ki, a kişi, heç insafdı bunun hərəsinə bir maat keşmisən, nolar bir maat da məə keç da.
Deyir:
– Yaxşı, bir maat da sənə keçirəm.
İndi biri dözüm gətirmir, deyir:
– Molla, bəs qırx maat idi, hərəmizə bir maat keşdin, səə nə qalır?
Deyir:
– Ay oğul, heş-zad, maa da inəyim qaldı.
Dostları ilə paylaş: |