48. TÜLKÜ TÜLKÜLÜYÜNÜ BİLDİRİNCƏ
Padşah loğmanı çağırır, deyir:
– Başım çox bərk ağrıyır, nağayrax?
Loğman deyir ki, bir dənə dəvə tapdır. Onu kəsdir, beynini bişirtdir, ye, başının ağrısı kəssin. Deyir tülkü qaçırdı meşədə, bərk qaçırdı. Pələng, şir çıxır bunun qabağına. Tülküyə deyir ki, hara qaçırsan. Deyir ki, padşahın başı ağrıyır. Loğman dəvənin beynini ona dərman deyifdi.
– Bəs sən niyə qaçırsan? Sən ki dəvə deyilsən, tülküsən?
Deyir:
– Ə, tülkü tülkülüyünü bildirincən dərisini boğazınnan çıxardıllar ey.
Hə, bax, belə qısa timsallar var.
Dostları ilə paylaş: |