49. KORUN ÜRƏYİNDƏN KEÇƏN
Gətirif kornan sağa yeməh qoyullar, dolma qoyullar. Kor deyir ki, ə, bəlkə bu iki-iki yeyir. Bir az keçir, deyir: Bəlkə üç-üç yeyir. Üç-üç yeyəndə yanındakı adam qolunnan tutur ki, qardaş, bunu bir-bir yeyəllər. Deyif:
– Vallah, mənim gözüm görmür, elə bilirəm ki, mən bir-bir yeyəndə sən iki-iki, üç-üç yeyirsən.
50. GƏLİNİN ABİDİ YOLDAN ÇIXARTMASI
Bir abid olur, neçə illərin abidi olur, Allahın qoyduğu qaydadan kənara çıxmamış bir adam olur. Bir dənə qadın, – qadın şeytan cinsidi, – deyir:
– Hə, mən səni çıxardaram yolunnan.
Deyir ki, mən qırx il, əlli il çəhdiyim zəhməti bir qadınnan ötrü bada verə bilmərəm. Neynirsə, bunu yoldan çıxardır. Alladannan sora qolunu götürüf oynuyur. Deyir:
– Niyə oynuyursan?
Deyir:
– Ə, yüz illih abidi alladıf yolunnan çıxartmışam, niyə oy- namıyım?
Bu arada abid də qolunu götürüf oynuyur. Deyir:
– Yaxşı, mən səni alladıf yolunnan çıxartmışam deyə oynuyuram. Bəs sən niyə oynuyursan?
Deyir:
– Mən də sənin kimi Allahın düşmanını belə-belə eləmişəm deyə oynuyuram.
Dostları ilə paylaş: |